Ananın sağlam qida vərdişləri

  • Qadın
Körpələrini ana südü ilə bəsləmək istəyən anaları ən çox maraqlandığı mövzu məhz südartıran ərzaqlar və əmizdirmə dövründə düzgün qidalanma vərdişləridir. Əmizdirən analar adətən südlərinin miqdarını artırmaq üçün yüksək kalorili yeməklərə üz tutmağa və lazımından artıq miqdarda qida qəbul etməyə başlayırlar. Süd ehtiyatlarını artırmaq, ana-bala köpünü azaltmaq, əmizdirən müddət daxilindənəinki kökəlməmək hətta özünüzə və körpənizə xələl gətirməməklə istədiyiniz qədər arıqlamaq, ən əsası isə sağlamlığınızı möhkəmləndirmək üçün analarımıza bir neçə sadə məsləhətlərimiz var.

— Suyu bədəniniz tələb edən miqdarda qəbul edin. Son araşdırmalar (L.B. Dusdieker et al. “Effect of supplemental fluids on human milk production”) göstərir ki, bədənin tələb etdiyindən artıq mayenin qəbul etməsi südün keyfiyyətinə mənfi təsir göstərə bilir.
Davamı →