Uşaqlarda antibiotik istifadəsində bilməli olduqlarınız

Antibiotik hansı hallarda istifadə olunmalıdır?
İnfeksion xəstəliklər ümumiyyətlə ya bakteriya ya da viruslar səbəbindən yaranır. Qrip, soyuqdəymə, suçiçəyi, qulaq dibi kimi xəstəliklər virusların səbəb olduğu xəstəliklərdir. Bu cür xəstəliklərdə antibiotik istifadəsi lazımsızdır. Çünki bu zaman immun sistemi viruslarla mübarizə aparır və sizin yalnız müalicəyə dəstək olaraq bol su içmək, istirahət etmək, lazım olarsa, istilik salıcı və ağrıkəsici dərmanlar qəbul etmək kimi üsullardan istifadə etməyiniz kifayətdir. Uşaqlarda 6 ay- 2 yaş arasında ildə təxminən 5-8 dəfə rast gəlinən yuxarı tənəffüs yolu infeksiyası 80-90% virus mənşəlidir və buna görə də antibiotik istifadəsinə ehtiyac yoxdur. Ancaq bakterial xəstəliklər zamanı antibiotik istifadəsi lazım olur. Orta qulaq infeksiyası, boğazda bakteriyaların səbəb olduğu infeksiyalar, ağciyər iltihabı və idrar yolu infeksiyası kimi hallarda antibiotik istifadə olunmalıdır. Uşaqlarda olan xəstəliyin səbəbinin bakteriyalar olduğu müəyyənləşdikdən sonra mütləq həkim məsləhəti ilə antibiotik qəbuluna başlanılmalıdır.

Davamı →

Uşaqlarda antibiotik istifadəsi necə olmalıdır ?

Antibiotik müalicəsinin viral infeksiyalardan çox bakterial xəstəliklərdə tətbiq edilməsi tövsiyə olunur. Ehtiyac olmadığı halda antibiotik qəbulu uşaq orqanizmi üçün zərərli hesab olunur. Hansı hallarda uşağa antibiotiklərlə müalicə təyin olunmalıdır? Uşağa hansı antibiotiklər təyin oluna bilər? Bu məqalədə bilməli olduğunuz məsələlərdən danışacağıq.

Davamı →

Antibiotiklərin zərərləri və istifadə qaydaları

Antibiotiklər yalnız infeksion xəstəliklərin törədicisi olan bakteriyalara qarşı effektiv hesab olunur! Məhz buna görə antibiotikləri KRVİ, qrip, qızılca, məxmərək, epidemik parotit, A, B, C hepatitləri və s. xəstəliklər zamanı tətbiq etmək mənasız, xeyirsiz və hətta zərərlidir.
Antibiotiklər — mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti- “qarşı”, bios isə “həyat” deməkdir.

Davamı →

Antibiotik

Antibiotik nədir?
Bakteriyaların fəaliyyətinə mane olan maddə “antibiotic” adlanır. Antibiotiklər iki cür təsir göstərə bilər: onlar ya bakteriyaların artmasını dayandırır (bakteriostatik antibiotiklər), ya da bakteriyaları birbaşa öldürür (bakterisid antibiotiklər). Antibiotiklər bakteriyalar tərəfindən törədilən bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Bu xəstəliklərin arasında həyat üçün təhlükəli infeksiyalar (məsələn, meningit) və hətta adi problem sayılan sızanaq da var. Antibiotiklər viruslar tərəfindən törədilən qrip və ya soyuqdəymə kimi xəstəliklər zamanı istifadə olunmur, çünki antibiotiklər viruslara təsir göstərmir.
Davamı →

Antibiotiklər haqqında faydalı məlumatlar

Antibiotiklər – mikrobların inkişafını dayandıran və ya onları məhv edən kimyəvi maddələrdir. “Antibiotik” – yunan sozu olub mənası: anti — “qarşı”, bios isə “həyat” deməkdir.

Antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünün əsas səbəbi idi. İlk antibiotik olan penisillin 1929-cu ildə Şotlandiyalı bakterioloq Aleksander Fleminq tərəfindən kəşf edilmışdır. O, təsadüfən laborator kasacıqların birində stafilokokların inkişafını dayandıran penisillin adlı kif göbələyini aşkar etmişdir. Bu, XX əsrin ən böyük kəşfi, tibbdə isə həqiqi bir inqilaba səbəb oldu. Daha sonra 1940-cı ildə İngiltərədə penisillin antibiotiki təmiz şəkildə alınmışdır.

Hazırda dünyada təxminən 200 növ antibiotik hazırlanmışdır. Kimsə soruşa bilər ki, bəs nə üçün bu qədər çox? Məsələ ondadır ki, mikroblar da özlərini antibiotiklərin hücumundan qorumaq üçün – bəziləri onlara qarşı davamlılıq yaradır, digərləri isə antibiotikin özünü parçalayan ferment hazırlayır və s. Ən pisi də ondan ibarətdir ki, daima bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər! Məhz buna görə alimlər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar. Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, ilk antibiotik olan penisillin hal hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itirmişdir. Buna səbəb isə əksər mikrobların, penisillini parçalayan “penisillinaza” adlı ferment hazırlamaqla, özlərini ondan qoruya bilməsi ilə izah olunur.


Ardı →

Soyuqdəymə antibiotiklə müalicə edilmir

Soyuqdəymə antibiotiklə müalicə edilmir. Qrip və viruslarla əlaqədar meydana çıxan infeksiyalara antibiotiklər təsir göstərə bilmir.antibiotiklər
Antibiotiklər qızdırmanı aşağı salmır və vitamin rolunu oynamır. Antibiotiklərlə ancaq bakteriyalarla bağlı əmələ gələn infeksiyalar
müalicə edilir.
Qış aylarında havalar soyuq və sərt keçdiyi üçün daha çox soyuqdəyməyə məruz qalırıq. Xüsusən də, immunitet sistemi zəif olanlarda soyuqdəymə hallarına daha çox rast gəlinir. Şübhəsiz ki, uşaqlar da soyuqdəymədən, müxtəlif cür infeksion xəstəliklərdən yaxa qurtara bilmirlər. Və belə vaxtlarda bəzən həkim məsləhəti olmadan antibiotiklərə müraciət etməli oluruq. Nəticədə, xəstəliyin sağalması, soyuqdəymənin aradan qaldırılması əvəzinə, müxtəlif cür fəsadlara yol açmış oluruq. Antibiotiklərdən düzgün istifadə etmədikdə bakteriyalar həmin antibiotiklərə qarşı müqavimət göstərə bilirlər. Belə olduqda antibiotik bakteriyalara heç bir təsir göstərə bilmir və xəstəliyin sağalması xeyli gecikir. 
Ardı →

Antibiotiklər haqqında

Antibiotiklər mikroorqanizmlərin metabolizminin son məhsulları olmaqla güclü antimikrob təsirə malikdirlər. Mikroorqanizmlərin kultivasiyası müddətində onlar qidalı mühitə ifraz olunur və qidalı mühitlərin tərkibindən kimyəvi yolla ayırmaqla əldə edilir. Bəzi hallarda antibiotikləri yarımsintez və sintez yolu ilə əldə edirlər.
Antibiotiklərin təsnifatı: Antibiotiklər mənşəyinə, kimyəvi tərkibinə, antimikrob təsir mexanizmlərinə, aktivlik spektrinə görə təsnif edilir.
Mənşəyinə görə: antibiotiklər mikrob, bitki və heyvan mənşəli ola bilərlər.
Mikrob mənşəli antibiotiklər aşağıdakı qruplara bölünür:
Davamı →

Antibiotiklər

Antibiotiklər (yun. ἀντί — nti— qarşı, βίος—bios—həyat, canlı) — təbii və yarımsintetik olan, canlı hüceyrələrin (mikrob və bakteriyaların, ibtidailərin) artım və inkişafının qarşısını ala bilən heyvan və ya bitki mənşəli maddələrdir.
Antibioz mürəkkəb bioloji hadisədir. Əsas mahiyyəti isə bir sıra mikroorqanizmlərin onları əhatə edən mühitdə başqa mikrobların çoxalmasını və inkişafını dayandıran xüsusi aktiv maddələr ifraz etməsindən ibarətdir. Bu aktiv maddələr antibiotiklər adlanır.
Elm tarixində antibioz hadisəsinin böyük əhəmiyyətini ilk dəfə İ.İ. Meçnikov qeyd etmişdir. İlk antibiotik olan penisillini isə 1929-cu ildə məşhur ingilis bioloqu, Nobel mükafatı laureatı Aleksandr Fleminq kif göbələklərindən almışdır. O vaxtdan antibiotiklər tibdə getdikcə daha geniş tətbiq edilir. Hazırda antibiotiklər əsasən bioloji metodla alınır.
Davamı →