Qida qəbulunun sayı ilə çəki arasında əlaqə

Arıqlamaq istəyən insanların çoxu eyni səhvə yol verirlər. Belə ki, onlar qida qəbulunun sayını gün ərzində cəmi 1-2 dəfəyədək azaldırlar.
Lakin onlar bu halda nəinki arıqlaya bilmirlər, hətta belə rasionla əksinə kökələ də bilərlər.
Əslində, qida qəbullarının sayının azaldılması sağlam qidalanmanın baza qaydalarının kobud şəkildə pozulmasıdır. Bu, arıqlamağa kömək etmir, belə ki, qidanın qəbulları arasında zaman kəsiyi nə qədər çox olursa, daim aclıq hissi bir o qədər yüksək olur ki, buna da qana qrelin kimi müvafiq hormonların ifrazı və hipotalamusda yerləşən qida mərkəzinin qıcıqlanması səbəb olur.

Davamı →

Hamiləlik çəkilərindən azad olmaq üçün ...

Hamiləliyin ilk 3 ayında xanımlar kilo almaq əvəzinə arıqlayır.Hətta iştahsızlıq, halsız olur ki, bunlar nəticısində 2-3 kilo ana arıqlayır.
Ancaq 24-cü həftədən başlayaraq iştah artımı, hormonal dəyişiklik özünü bürüzə verməyə başlayır.Ümumilikdə hamiləlikdə 10-15 kilo kökəlmək normal qarşılanır. 40-cı həftədə artıq 10-15 kilo almış olur analar.
Bəs hamiləlikdə necə qidalanmaq doğrudur?
Davamı →

Yedikcə arıqladan 10 qida

1. Qatıq
Qatığın 100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınızda şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd, xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə bilərsiniz.

Davamı →

Metabolizmi sürətləndirərək yağları əridən 6 qida

Qreyfurt Araşdırmalar müntəzəm olaraq yemək zamanı qəbul edilən yarım qreyfurt və ya 150 ml qreyfurt şirəsinin 2 həftədə 2 kq arıqlamağa səbəb olduğunu ortaya çıxarıb. Qreyfurtda olan aşağı səviyyəli qlukogen sayəsində insulin və xolesterolun səviyyəsi aşağı düşür. Qreyfurtda olan inositol təbii şəkildə yağları əridir və acı tamlı maddə metabolizm prosesini sürətləndirərək yağları asan şəkildə parçalaya bilir.

Yaşıl çay Yaşıl çayın xərçəng xəstəliyinə qarşı təsiredici xüsusiyyəti məlumdur. Bundan başqa, metaboliz prosesi sürətləndirərək bədəndəki yağların əriməsini də təmin edir. Yeməkdən sonra içilən 1 fincan yaşıl çayın faydasını qısa zaman kəsiyində görmək mümkündür. Hər gün qəbul edilən 5 fincan yaşıl çay 70-80 kalorinin azalmasına səbəb olur.

Az yağlı süd məhsulları Kalium mənbəyi olmaqla yanaşı, süd məhsulları yağ hüceyrələrinin də əriməsinə kömək olur. Gündə 3-4 dəfə az yağlı süd məhsulları qəbul edən qadınların yağ əritmələri bu məhsulları yeməyənlərlə müqayisədə 70 faiz daha çoxdur. Kalsium bədənin yağları daha sürətlə əritməsini təmin edir. Gündəlik olaraq 1.200 mg kalsium qəbul etmək lazımdır.


Ardı →

9 sehirli məhsul

Orqanizmdə yağları əridən bu məhsullar, həqiqətən arıqlamağa kömək edir.

Amma yağların parçalanması çox çətin prosesdir dedikdə heç də səhv etmirik. Yağlı kremi olan tort yedikdən sonra bu məhsullardan birini yeyib dərhal kömək edəcəyi təbbi ki mümkün deyil. Qidalanmaya ağılla yanaşıb, aktiv həyat tərzi sürmək lazımdır. Kalori və yağlaı yalnız idman və qidada bəzi məhdudiyyətlər yandıra bilər. Bu məhsullar, yalniz həzm prosesinə köməkçi olub, maddələr mübadiləsini tələsdirmək və qidanın mənimsənilməsinə çox yaxşı təsir göstərir. Bunun üçün rasiona meyvə və tərəvəzləri mütləq şəkildə əlavə etmək lazımdır. Bəzilərini isə hətta yeməkdən sonra qəbul etmək lazımdır.

Qreypfrut
Yağların ərinməsi və arıqlamaq üçün çox faydalıdır. Qreypfrut qanda qlukoza səviyyəsini aşağı salan insulin hormonunu azaldır. Nəzərinizə çatdıraq ki, məhz insulin yağ ehtiyatlarının artmasına səbəb olur. Bu ehtiyatlardan qurtarmaq üçün yeməkdən sonra qreypfrut şirəsi və ya yarım qreypfrut yeməyiniz məsləhət görülür. Bununla maddələr mübadiləsini sürətləndirib, yağların metobolizmi tezləşdirilir. Belə təsirə demək olar bütün sitrus meyvələri aiddir. Onlar həmçinin şlaklardan xilas edib, orqanizmi toksinlərdən təmizləyərək, immun sistemi gücləndiri.
Ardı →