Aspirinin bilmədiyimiz faydaları

10 avqust aspirinin «ad günü» sayılır. Məhz bu gün 1897-ci ildə Almaniyanın «Bayer» fabrikinin kimya laboratoriyasında aspirin ilk dəfə işlənib hazırlanıb.

Maraqlıdır ki, indiyə qədər bu ən məşhur dərmanlardan birinin əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.

Digər mənbələrdə aspirinin müəllifi kimi kimyaçı Artur Eyxenqrinin adı qeyd edilir. Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur. Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.
Davamı →

İnfarktın ilkin əlamətləri və ilk tibbi yardım.

Ürəyin kifayət qədər oksigen ala bilməyib ölməsinə infarkt deyilir. 
Bəs infarktın ilkin əlamətləri nələrdir?

İnfarkt əlamətlərinin fərqliliyinə görə hətta daha əvvəldən infarkt keçirmiş kəslərin belə yeni infarktın fərqinə varmama ehtimalı yüksəkdir. Hamımız infarktı birdən başlayıb, şiddətli seyr edən bir hadisə olaraq düşünürük. Birdən başlayan şiddətli bir sinə ağrısının infarkt olacağından onsuz da kimsənin şübhəsi olmaz. Ancaq infarkt əksəriyyətlə yavaş başlar və yüngül bir ağrı, narahatlıq hissi şəklindədir. Bu əlamətlər bir neçə dəqiqə davam edir, gedir və təkrar geri gəlir. Çoxu adam bu mərhələyə aldanır, həkimə müraciət etmir və ya geç müraciət edir. Başda da söylədiyimiz kimi əlamətlərin kifayət qədər ciddi olmadığını düşünür. Lakin nə qədər erkən müdaxilə edilərsə bir o qədər yaxşıdır.

Bir çox infarkt sinə qəfəsinin mərkəzində, yaxud tam yeri müəyyən olmayan sıxılma hissi verən bir ağrı şəklində yüngül bir narahatlıq olaraq başlar. Sinənin mərkəzində bir neçə dəqiqə davam edən və ya gəlib gedən narahatlıq hiss edilər. Bu ağrı sol qola və çənəyə doğru yayılar. Ağrı hərəkət etməklə artar, dayanarkən azalar, lakin keçməz. Ağrı yarım saatdan uzun davam edər. Ağrıyla birlikdə soyuq tərləmə və ürək bulanması verər.


Ardı →

Maqnit burulğanları zamanı nə etmək lazımdır

Təbiətin şıltaqlıqlarından olan maqnit burulğanı zamanı xüsusi mühafizə tədbirləri görmək məsləhətdir.Statistika göstərir ki,bu və ya digər şəkildə tam 20%,natamam isə 100% əhali ondan təsirlənmiş olur.Əvvəlcədən xəbərdarlıq edildiyi üçün ehtiyatlanmaq asandır,nəzərə almaq lazımdır ki,onun təsiri prosesdən 1-2 gün sonra müşahidə olunur.
Ardı →

Aspirin | Xərçəng xəstəliyinə qarşı

Aspirin qeyri adi faydası olan preparatdır. Aspirin dünyada ən çox istifadə olunan dərmandır. Yeni araşdırmaların nəticələrindən aydın olub ki, ən aşağı dozada, 80 milliqram aspirin ölümlə nəticələnən xərçəng xəstəliyinin bəzi formalarının qarşısını ala bilir.


Aspirin preparatı üzrə araşdırmalar 25 000 insan üzərində  aparılıb. Ürək xəstəliyinin qarşısını almaq üçün həmin insanlara hər gün aşağı dozalı aspirin verilib. Araşdırmalar zamanı aspirinin digər təsirləri də aşkar edilib. Bunlardan biri aspirinin bəzi xərçəng formalarını azltması olub. Bu sahədə aparılan bir sıra araşdırmalardan birində Britaniyadakı Oksford universitetindən həkim Piter Rozveld iştirak edib. Doktor Rozvelt deyib ki, 5, 6, 7 il aspirin qəbul edən insanlarda xərçəng xəstəliyi riskinin 25 faizə qədər azaldığı müəyyən edilib.


Ardı →