Aspirinin bilmədiyimiz faydaları

10 avqust aspirinin «ad günü» sayılır. Məhz bu gün 1897-ci ildə Almaniyanın «Bayer» fabrikinin kimya laboratoriyasında aspirin ilk dəfə işlənib hazırlanıb.

Maraqlıdır ki, indiyə qədər bu ən məşhur dərmanlardan birinin əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.

Digər mənbələrdə aspirinin müəllifi kimi kimyaçı Artur Eyxenqrinin adı qeyd edilir. Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur. Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.
Davamı →