Aspirinin bilinməyən faydaları

Aspirin haqqında hər gün artan araşdırmalara yenisi əlavə olun. Qanı sulandırdığı üçün zərərli sayılan aspirin dişlər üçün çox faydalı olduğu məlum oldu.

Şimali İrlandiyanın Belfast Universitetinin alimləri apardığı araşdırmada aspirinin dişlərə faydası olduğu açıqlandı. Dişlərdə genetik səbəblərdən əlavə mühit faktoru ilə əlaqəli ortaya çıxan diş çürümələri və diş itkisi texnologiya ilə müalicə edilə bilir. Amma bunun üçün davamlı müalicə lazımdır.


Davamı →

Aspirinin bilmədiyimiz faydaları

10 avqust aspirinin «ad günü» sayılır. Məhz bu gün 1897-ci ildə Almaniyanın «Bayer» fabrikinin kimya laboratoriyasında aspirin ilk dəfə işlənib hazırlanıb.

Maraqlıdır ki, indiyə qədər bu ən məşhur dərmanlardan birinin əsl müəllifi məlum deyil. Belə hesab olunur ki, bu dərmanı Feliks Xoffman icad edib. Bəzi məlumatlara görə kimyaçı Xoffman bu dərmanı uzun illər revmatik ağrılardan əziyyət çəkən atasına kömək etmək üçün hazırlayıb.

Digər mənbələrdə aspirinin müəllifi kimi kimyaçı Artur Eyxenqrinin adı qeyd edilir. Aspirin dünyada ən çox satılan dərmanlarından biridir. Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bundan əlavə aspirin qan duruldan, infarkt və insultun riskinin azaldan vasitə kimi istifadə olunur. Son zamanlar aspirinin xərçəngəleyhinə təsiri də aşkar olunub.
Davamı →