Astmalı xəstələr üçün məsləhətlər

Mütəxəssislər tətildə gediləcək yerlər, nəqliyyat növləri, qalacağınız otel və ya ev seçiminə diqqətlə yanaşmağı tövsiyə edirlər. Onlar astma xəstələrinin tətildə nə etmələri haqda məlumat veriblər.

Tətil üçün bütün məsələlər əvvəlcədən planlanlaşdırılmalıdır. Astma və allergiya xəstələri tətilə çıxmazdan əvvəl bütün riskləri göz önünə almalı, qalacaq yer barəsində diqqətli olmalıdırlar. Havası çirkli olmayan, tozun çox olmadığı və yüksək nəmişliyə malik olmayan yerlər seçilməlidir. Maşınla gedərkən kondisionerdən istifadə edilməli,


Davamı →

Bronxial astma əleyhinə reseptlər

Bronxial astma – xroniki xəstəlik olub, periodik tutmalarla xarakterizə edilir. Astma xəstəliyinin tutmaları ağırlıq dərəcəsinə görə müxtəlif olur. Yüngül öskürmə formasından başlamış həyatı təhlükə altına alan ağır boğucu öskürmə formalarına qədər variasiya edə bilir.
Öskürək tutmalarının başvermə mexanizmi belədir: bronx və bronxiollar daralır, döş qəfəsi sıxılır, tənəffüs çətinləşir. Tənəffüs yollarının selikli qişası ödemləşir və kirpikli epitelin hərəkətinə mane olur. Selikli qişadakı selik ifraz edən vəzilər qıcıqlanır və həddən artıq selik ifraz etməyə başlayır. Nəticədə ağciyərlərdə havanın ventilyasiyası çətinləşir. Zamanla tutmalar daha da ağırlaşır və ağciyər toxumasında geriyədönməyən dəyişikliklərə, ağciyərin xroniki xəstəliklərinə səbəb olur.

Davamı →

Bronxial astma haqqında bilmədiyimiz faktlar

Bronxial astma tənəffüs yollarının xroniki davamlı iltihab prosesidir.
Dünyada geniş yayılan bronxial astma Azərbaycanda da insanları narahat edən ağciyər tənəffüs yolu xəstəliklərindəndir. Dünyada astma xəstələrinin sayı ümumi əhalinin 8-10 faizini təşkil edir. Bəzi ölkələrdə hətta bu rəqəm 12-14 faizə bərabərdir. Bronxial astma daha çox Amerikadadır, çünki orda infeksion xəstəliklərə demək olar ki, rast gəlinmir. Aparılan araşdırmalara görə ölkəmizdə 18 yaşdan yuxarı insanlar arasında astmadan əziyyət çəkənlərin sayı 7 faizə bərabərdir. Lakin uşaqlar arasında da bu xəstəliyə tez-tez rast gəlinir.
Davamı →

Astma

Astma tənəffüs yollarının müxtəlif allergenlər və tətikləyici maddələrin təsiri altında daralması, iltihabi ilə gedən xroniki xəstəlikdir.
Astma zamanı tənəffüs yollarında əsas iki dəyişiklik yaranır.
  • İltihab -  tənəffüs yollarının selikli qişasının hava ilə daxil  olan müxtəlif maddələrə qarşı allergik reaksiyası  nəticəsində yaranır.
  • Daralma- iltihab nəticəsində selikli qişa ödemləşir, saya əzələlərdə spazm yaranır, nəticədə bronxlar daralır.
Broxlardakı spazm və iltihab nəticəsində xəstəliyin klinik simptomları yaranır.
Davamı →

Bronxial astma xəstəliyi

Bronxial astma – tənəffüs sisteminin xroniki infeksion-allergik mənşəli xəstəliyidir. Xəstəlik zamanı tənəffüs sistemi selikli qişasının müxtəlif qıcıqlara qarşı həssaslığı yüksəlir. Bronxial astma xəstəliyinin əsas kliniki əlamətləri bronxial keçiriciliyin pozulmasıı ilə müşahidə olunan tutma şəkilli təngnəfəslik, öskürək və xırıltıdan ibarətdir.
Bronxial astma tutması qısa və uzun müddətli ola bilər. Xəstəliyin ilkin inkişaf mərhələlərində baş verən tutmalar qısa müddətli olub, öz-özünə keçir, insan hər hansı bir xəstəliyin olmasından şübhə etmir. Vaxt keçdikcə, xəstəlik daha da irəliləyir, tutmaların baş vermə tezliyi, müddəti və xarakteri dəyişilir.


Davamı →

Astma xəstəliyi

Astma tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə  allergik rinit və ya ekzema tipli allergiya var.


Davamı →

Astma və boğulma

Bronxial astma (nəfəs darlığı) — bronxların spazmı və onların selikli qişasının ödemi ilə əlaqədar təngnəfəslik tutmaları ilə müşayiət olunan allergiya xəstəliyidir. Xəstəlik sutkanın hər hansı vaxtında birdən-birə baş verərək, tənəffüsün və başlıca olaraq nəfəsvermənin çətinləşməsi, müəyyən məsafədən eşidilən fışıltı və xırıltılı qollarını pəncərə altlığına və ya çarpayıya, stul arxasına söykəyərək və s. vəziyyətdə oturmağa və ayaqüstə qalmağa məcbur olur. Təngnəfəslik tutması bir neçə dəqiqədən bir neçə saata qədər çəkir, çox ağırlaşdıqda astmatik vəziyyət inkişaf edir və ya tutmalar qısa fasilələrlə bir-birinin ardınca olur.


Davamı →