Böyrəklərimizi sıradan çıxarır-Hidronetroz
Bu xəstəlik vaxtında müdaxilə edilməsə böyrəklərin məhvinə səbəb olur. Hidronefroza qadınlarda 20-60 yaş arası, kişilərdə isə daha çox 60 yaşdan yuxarı rast gəlinir.
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bədənin vəziyyətinin dəyişilməsi, nəfəsalma zamanı böyrəklər şaquli istiqamətlə 1-2 sm olmaqla yerini dəyişir.
Bu normal fizioloji prosesdir. Lakin bəzən böyrək 10 sm kimi aşağı enir, hətta kiçik çanağa düşür, bəzən isə burulur. Böyrəyin belə həddən artıq hərəkətliliyi «nefroptoz» adlandırılır.
Nefroptoz təhlükəli pozulmadır. Nefroptoz zamanı böyrəyin normal fəaliyyəti pozulur.Nəticədə bu böyrəkdə iltihab inkişaf edə bilər, daşlar əmələ gələ bilər. Bundan əlavə böyrəklərin normal fəaliyyətinin pozulması nəticəsində insanda arterial hipertenziya (arterial təzyiqinin patoloji yüksəlməsi) inkişaf edə bilər.
Əksər hallarda nefroptoz qadınlarda inkişaf edir. Bunun səbəbləri arasında:
Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.
Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.
Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq, uzun gödəkçələrə üstünlük vermək lazımdır.
Böyrəklər hərəkət sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır (xüsusilə ağır çəkilərin qaldırılmasını).
İldə 2 dəfə olmaqla böyrəkləri orada yığılan duz, qum və s. maddələrdən təmizləmək lazımdır.
Yayda bu daha asandır. Böyrəkləri qarpız və xiyar çox yaxşı təmizləyir.
Böyrəklərin təmizlənməsi üçün müxtəlif müalicəvi otlar və s. təbii vasitələr çox geniş istifadə olunur.