Pul və xoşbəxtliyin arasında balans yaratmaq

Pulunuzu balanslaşdırmaq və eyni vaxtda xoşbəxt olmaq elə də asan məsələ deyil. Az xərcləsəniz, özünüz üçün bir çox şeyi ertələmiş olacaqsınız, çox xərcləyəndə isə bir müddət sonra özünüzü boğazacan borc içində tapacaqsınız. Ona görə də pul və xoşbəxtliyin arasında balans yaratmaq bir az çətindir, ancaq mümkündür. Budur, sizə bu işdə kömək edəcək maraqlı və ağıllı məsləhətlər təqdim edirik.

1. Həddən artıq mötədil olmayın;

Mötədillik (özünü daha az fikirləşmək) ümümiyyətlə pis bir keyfiyyət deyil, ancaq hər şey kimi bunun da “ağını çıxaranda” xeyirdən çox ziyan gətirir. Özünüzə az pul xərcləsəniz, çox şeyi itirəcək, həyatınızı istədiyiniz kimi yaşamadığınıza görə xoşbəxt olmayacaqsınız. Bu səhvə yol verməmək üçün sadəcə oturub özünüzə kifayət qədər vaxt və  vəsait xərcləyib xərcləmədiyinizi düşünün. Əgər özünüzə çox az pul xərclədiyinizi düşünürsünüzsə, yaxşı olar ki, bu xasiyyətinizi dəyişəsiniz. Qazandığınız pulun hamısını banka qoymaq əvəzinə istirahət üçün vaxt ayıraraq bu pulun bir qismi ilə başqa bir ölkəyə səyahətə çıxın. Beləcə, siz həm gələcək üçün pul yığa, həm də özünüzün hal-hazırkı xoşbəxtliyinizi təmin edə bilərsiniz.


Ardı →