Gözəllik üçün gül suyu

gul suyuTəbii gül yarpaqlarından hazırlanan və hər hansı bir kimyəvi maddədən istifadə edilmədən hazırlanan gül suyunun faydası olduqca çoxdur. Qızılgül dünya üzərindəki bir çox millət üçün sonsuz gözəlliyi və eşqi təmsil edən müqəddəs bir çiçək hesab olunur. Qırmızı və ya sarı, çəhrayı və ya ağ olan bütün güllər çox zərif görünür və xoş bir ətir yaymaqdan əlavə, gözəlliyi qorumağa da xidmət edir.

Keyfiyyətli gül suyu qədim İran və Misirdə çox dəyərli hesab olunurdu. Deyilənlərə görə, gül suyu Kleopatranın da ən çox istifadə etdiyi gözəllik məhsulu olub.
Davamı →

Dəri sallanmasına qarşı təbii vasitə

Yaş irəlilədikcə dəri sallanması problemindən qaçmaq qeyri-mümkündür. Bunun qarşısı vaxtında alınmasa, estetik baxımdan xoşagəlməz görüntü yaranar. Bu problemlə üzləşməmək üçün ilk növbədə, düzgün qidalanmaq və müntəzəm idmanla məşğul olmaq lazımdır. Bunlarla yanaşı dərinizə dəstək verəcək baxım üsullarından da yararlanın. Məsələn, dəniz duzu.

Dəniz duzu tərkibindəki minerallar sayəsində bədənin gəncləşməsini təmin edir. Üstəlik, hər istifadəsindən sonra dərinizdə gərginliyi hiss edəcəksiniz.
Davamı →

Düyü suyu

Çin, Yaponiya və bəzi digər Asiya ölkələrində düyü suyu qədim zamanlardan çox effektli kosmetik vasitə kimi istifadə olunur.

Düyü suyu dəriyə olduqca müsbət təsir edir. Onun tərkibində olan antioksidant, enzim, ferment, mineral, vitamin və s. faydalı maddələr dərini cavanlaşdırır, tonuslaşdırır, daha təravətli və dartılmış edir, kiçik qırışları yox edir, yaxşı təmizləyir və ağardır.

Bu suyu təbii tonik və anti-age vasitə kimi istifadə etmək olar. Hər gün düyü suyu ilə üz yumaq dərinin rəngini daha sağlam edir. Həmçinin düyü suyu antiseptik və iltihabəleyhinə vasitə kimi də istifadə olunur, dərini təmizləyir.
Davamı →

Duz və spirtli içki tərkibli maskalar

Saçlar üçün viski və duz terapiyası
1 xörək qaşığı Himalay duzunu yarım çay qaşığı kokos və eyni miqdarda buğda yağı ilə qarışdırın. Üzərinə saçın uzunluğunu nəzərə alaraq 3-5 xörək qaşığı viski əlavə edib təkrar qarışdırın. Maskanı saça çəkib 10 dəqiqə gözləmək və ilıq su ilə təmizləmək lazımdır. Bu maska xüsusilə, kişilər üçün faydalıdır. Ancaq qadınlar da istifadə edə bilər.

Sellülitlər üçün duz və şam panterapiyası
3 xörək qaşığı qaya duzunu 1 qədəh şampan, 1 xörək qaşığı kokos və palma yağı ilə qarışdırın. Bu maska ilə sellülitli nahiyələrə masaj edin. Maska qan dövranını artırır və dəri hüceyrələrini yeniləndirir.
Davamı →

Gözaltı torbalardan xilas olmağın yolları

Gözaltı torbalar bir çox insanı narahat edən problemdir. Lakin mətbəxinizdə olan bir neçə vasitə ilə bu xoşagəlməz haldan xilas ola bilərsiniz.

— Gözaltı şişkinliklər və qaralmalara yaxşı təsir edən yaşıl çay paketlərini soyuduqdan sonra gözaltına qoyun. 5-10 dəqiqə saxladıqdan sonra götürün və üzünüzü yuyun. Həftədə üç dəfə bu üsuldan istifadə etsəniz, göz altınızın yaxşılaşdığının fərqinə varacaqsınız.

— Arqan yağının faydaları arasında göz altı qaralmalar və qabarıqlığa yaxşı təsir etməsi də var. Hər axşam gözaltını arqan yağı ilə masaj edin. Gecə boyu yumayın. Səhər oyandıqda üzünüzü yuyun. Zamanla fərqi görəcəksiniz.
Davamı →

Gözəllik üçün 7 ucuz və effektli vasitə

Gözəllik qurban tələb edir. Bu ifadəni dedikdə biz əsasən maddi «qurban» nəzərdə tuturuq. Lakin hal hazırda bir çoxlarımız qənaət etməyə məcburuq. Belə vəziyyətdə ucuz və eyni zamanda effektli kosmetik vasitələrə üz tutmalıyıq. Sizə 7 belə vasitəni təqdim edirik.

Kosmetik gil. Hal hazırda apteklərdə müxtəlif rənglərdə olan (ağ, göy, yaşıl) gil tapmaq olur. Gil çox ucuz və eyni zamanda effektli kosmetik vasitədir. Gil dəriyə çox müsbət təsir edir — təmizləyir, iltihabı azaldır, cavanlaşdırır, qırışları azaldır, dərinin rəngini yaxşılaşdırır. Gili az miqdarda ilıq su ilə qarışdırın (sıyıq kimi alınmalıdır) və üz dərisinə çəkib 20 dəqiqədən sonra yuyun. Maskaları hazırladıqda gili digər inqrediyentlərlə də qarışdırmaq olar.

Salisil spirt. Bu vasitə civzələr və sızanaqlarla mübarizədə olduqca effektlidir. Vasitəni yalnız sızanaqların üzərinə çəkin.
Davamı →

Nənələrin məsləhətləri


Yaşıl qozun suyu ilə tüklü hissələri silin. Proseduru minimum 2-3 dəfə təkrar etməklə, xoşagəlməz tüklərdən azad olmaq olar.

Gicitkən toxumlarını və yağından ibarət qarışığı üzə çəkib, tüklərə “əlvida” deyin.

Yağlı dəri üçün sirkə və bal qarışığı losyonu məsləhətdir. 1 xörək qaşığı balı 1 çay qaşığı sirkə ilə qarışdırıb, 50 qr. odekalon və 1 stəkan su əlavə edin.

Yorğun günlərdə dincəlmək üçün 1 çay qaşığı qatığın üzərinə 1 çay qaşığı bal və yulaf toxumlarını əlavə edib, üzərinə bir az duz səpib, yaxşıca qarışdırın. Qarışığı üz və boyun hissələrə çəkib, 20 dəqiqə gözləyin, əvvəlcə ilıq, daha sonra soyuq su ilə yuyun.
Davamı →

Gözaltı qaralara son!

Bəzi insanların gözlərinin altı qara olur və pis görüntü yaradır. Göz altı qaralar qadınlarda və kişilərdə rast gəlinən problemdir.
Bu problemlə mübarizə aparmaq çox çətindir. Lakin səbəblərini araşdırdıqdan sonra müalicəsi mümkün ola bilər.
Problem adətən göz çuxuru dərin olan insanlarda rast gəlinir. Onların başlıca səbəbi genetik, yuxu, yorğunluq, sağlam qidalanmamaq və aşırı stress problemləridir.

Xiyarla göz altı qaraları azaltmaq mümkündür. Üstəlik hazırlanması 1-2 dəqiqənizi alacaq. Sulu xiyarı nazik dilimləyin və gözlərinizin üzərinə yerləşdirin. 15 dəqiqə saxladıqdan sonra üzünüzü yuyun.

Limon və pomidor suyu ilə gözlərinizə maska hazırlaya bilərsiniz. Bərabər miqdarda limon və pomidor suyunu qarışdırıb 1 həftə boyu 2 dəfə göz altına çəkin.
Ardı →

Baxımlı olun

Dərinizdə bakteriya meydana gəlməsinin qarşısını almaq, sağlamlığınızı və gözəlliyinizi qorumaq üçün davamlı olaraq dərinizə qulluq edin.
Səhər-axşam dərinizi təmizləmək üçün dəri tipinizə uyğun məhsullar seçin. Gün ərzində dərinizdə yığılıb qalan toz, tər, makiyaj qalıqları ziyanlıdır.

Sabun dərinin elastikliyini və parlaqlığını itirir, çünki dəriyə nəmlik gətirən yağı tamamilə özünə çəkir. Ona görə də sabundan həddən çox yağlı dəridə istifadə etmək olar, dəriniz quru və normaldırsa, sabunla yumayın.

Həssas dərini termal su spreyləri ilə təmizləyin, bu sular həm dərini nəmləndirir, həm də qızartıları aradan qaldırır.

Vaxtı keçmiş kosmetik vasitələr zərərlidir

Qida və dərmanlarda olduğu kimi, kosmetik məhsulların da son istifadə tarixi var. Krem, pomada, pudra və s. kosmetik məhsullar alarkən istehsal və istifadə tarixlərinə diqqət edin. Əgər istifadə tarixi keçibsə, atın, çünki belə məhsullar dəridə allergiyaya səbəb olur, qızartılar, sızaqlar əmələ gətirir.

Maskalardan istifadə
Dərinizə uyğun maskadan istifadə etdikdə onun parladığını, gərildiyini və hamarlaşdığını elə ilk gündən hiss edəcəksiniz. Çobanyastığı kökündən hazırlanmış maskalar dərinin rahatlığını təmin edir, qızartıların və qaşınmanın qarşısını alır.


Ardı →