Bel çəkdirmək. Cəfəngiyatla "müalicə"

Hal hazırda cəmiyyətimizdə sonsuzluq çox ciddi həm tibbi, həm də sosial problemə çevrilib.

Uzun illər ərzində sonsuzluğu müalicə edən və heç bir nəticə almayan ailə cütlükləri çoxdur. Təəssüf ki, belə ailə cütlüklərin vəziyyətlərindən süi-istifadə edərək haram pul qazanan insanlar də az deyil. Bu insanların bir hissəsini müxtəlif "şəfavericilər", «ara həkimlər» təşkil edir. Bu insanların böyük əksəriyyəti insan anatomiyası və fiziologiyasından tam bixəbərdir. Belə «həkimlər» sonsuzluğu yalnız bir üsulla «bel çəkdirməklə» müalicə edir. Sonsuzluğu olan qadın müraciət etdikdə, "şəfaverici" ilk baxışdan ona «bel boşluğu» diaqnozu qoyur. Bu diaqnozun «mənasını» soruşduqda isə heç bir məntiqli izahat vermir. "Şəfavericilərin" elmdən, tibbdən və  ümumillikdə adi məntiqdən uzaq olan ifadələrdən belə anlamaq olur ki, sonsuzluğun yeganə səbəbi qadında belin «zəif» olmasıdır. Onlar isə bu zəifliyi aradan götürür, əyri uşaqlığı düz edir, «yerinə qoyurlar». Bu cəfəngiyatdır.


Ardı →