Çoxdəfəlik uşaq bezləri

Övladını hər şeyin ən yaxşısı ilə təmin etmək hər bir ananın arzusudur. Lakin, bəzən arzularımız gerçəliklə üst-üstə düşmür. Yaxşı hesab etdiyimiz bəzi şeylər ya övladımızın sağlamlığına, ya cibimizə, ya da ətraf mühitə zərər verə bilir. Şükürlər olsun ki, bu zərərlərdən qaçmağa çalışan analar üçün asanlıq mənbəyi olan daha bir vasitə icad olunub – çoxdəfəlik uşaq bezləri! İlk dəfə olaraq 1999-cu ildə Amerikada patentləşdirilən çoxdəfəlik uşaq bezlərinin daha primitiv formaları əsrlər boyunca dünyanın bütün guşələrində analar tərəfindən istifadə olunub. Müasir dövrdə də analar müəyyən maddi və mənəvi səbəblərdən kütləvi şəkildə çoxdəfəlik uşaq bezlərinə üz tutmağa başlayıblar. Almaniyada artıq valideynlərin 30%-i çoxdəfəlik uşaq bezlərindən istifadə edir. Bunun üçün bir çox səbəblər mövcuddur. Qısaca olaraq bu səbəbləri belə sadalamaq olar:

1. Pula qənaət – çoxdəfəlik uşaq bezlərindən istifadə, xərclərinizi yarıbayarı azaldacaq. Amerikada aparılan hesablamalara əsasən 3 illik müddət ərzində bir uşaq üçün çoxdəfəlik uşaq bezlərini istifadə etməklə valideynlər enerji, su və yuyucu vasitələrə xərclənən pula təqribən 1434 dollar qənəat etmiş olurlar! Bundan əlavə, çoxdəfəlik uşaq bezlərini növbəti uşaqlarınızda da istifadə edə və ya istifadədən sonra sata bilərsiniz.
Davamı →

...Qırağına bax, bezini al!

XIX əsrin axırı, XX əsrin əvvəllərində Rusiyada baş verən ictimai-siyasi hadisələr nəticəsində iqtisadi böhran tüğyan edir. Ancaq buna baxmayaraq, sənətkarlıq, o cümlədən toxuculuq və parça istehsalı öz axarı ilə gedir.

Eyni zamanda ölkənin ictimai-mədəni həyatında yeniliklər baş verir. Kapitalist münasibətlərinin inkişaf etməsi ilə əlaqədar kustar istehsalın bəzi sahələrində oyanma özünü göstərir.
İlk manufaktura müəssisələri yaranır. Parça üçün əsas element olan boyaq məhsulunun istehsalı artır. Bəzi toxuculuq mərkəzlərində əl dəzgahlarının bir hissəsini buxar maşını əvəz edir. Bunun da nəticəsində toxuculuq sənayesində kustar fabriklər yaranır və getdikcə inkişaf edir.

Ölkədə parça istehsalı artır. Ancaq təəssüf doğuran bu olur ki, həmin məhsulun doxsan faizi Həştərxan su yolu ilə Sankt-Peterburq şəhərinə daşınır. Çar Rusiyası bu zaman ölkənin yeni yaranan toxucu fabriklərini Azərbaycandan gətirilən ipək, pambıq, boyaq və digər xammalla təmin edir. Bu işi davam etdirmək məqsədilə nə lazımsa hamısı təşkil olunur.
Davamı →