Körpələrdə bişməcə

«Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir». Bu barədə pediatr Gülnar Abdullayeva bildirib.

«Dəridə yanma tərzində qızarıqlıq, bəzən dəridən qabarıq olan, azacıq qaşıntılı, təzyiq olanda solan ləkələrdir. Daha çox göbələk infeksiyasına bağlıdır.

Bəzən isə bu alt bezlərinə bağlı allergik reaksiya və ya həmin nahiyənin nəm olması, sidik yolu infeksiyası, tez-tez nəcis ifrazı, antibiotiklərin istifadəsi da bu problemə gətirib çıxara bilir. Dəri uzun müddət nəm olduqda və bez ilə təmas etdiyi dövrdə dərinin tamlığı pozulur və beləliklə də uşaqda dermatit inkişaf edir.
Davamı →

Tər suluqları və bişməcələr

Kiçik yaşlı uşaqların dərisinə kifayət qədər və düzgün qulluq etmədikdə dəridə tər suluqları və bişməcələr kimi iltihabi səpgilər əmələ gəlir.

Tər suluqları kiçik şəffaf suluqlar şəklində olur. Bişməcələrdən fərqli olaraq tər suluqları təkcə qurşaqdan aşağı deyil, həm də qulaq arxalarında, qoltuq altlarında, bir sözlə, tər vəziləri yerləşdiyi nahiyələrdə rast gəlinir.

Tər suluqlarının əmələgəlmə səbəbi uşağı həddən-ziyadə bürümək və ya yüksək qızdırma nəticəsində onun tərləməsidir. Sonradan irinciklərin əmələ gəlməməsi üçün tər suluqlarının müalicəsinə mümkün qədər tez başlamaq lazımdır. Tər suluqlarını başlanğıc dövrdə müalicə etmək çox asan başa gəlir. Bunun üçün uşaq kalium-permanqanat məhlulu (“marqantsovka”) ilə bir neçə dəfə vanna qəbul etdikdən sonra onun dərisini uşaq tozu (“prisıpka”) ilə sürtmək lazımdır.

Körpələrin dərisi hələ çox qurudur, çünki tər vəziləri kifayət qədər inkişaf etmiş olmur. Buna görə də onların dərisində büküş yerlərində tez-tez bişməcələr əmələ gəlir — dəri çatlayır, qızarır və qıcıqlanır. Əksər hallarda onlar xüsusilə qasıq və sağrılararası büküşlərdə, bəzən isə bədənin digər hissələrində də əmələ gəlirlər. Pis qulluq və eləcə də körpənin alt paltarı və geyimi üçün istifadə olunan yuyucu maddələrə yaranan allergiya – bişməcələrin əsas səbəblərindəndir. Vaxtında müalicə tədbirləri görülməsə, bunlar açıq yaralara (xoralara) keçə bilər.
Ardı →