Əhvalınız pisdirsə, gəzməyə çıxın

Ayova Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, hətta bir neçə dəqiqə ərzində çöldə gəzmək insanın əhvalını yaxşılaşdırır.

The Daily Mail xəbər verir ki, alimlər tələbələrin iştirakı ilə 3 eksperiment təşkil ediblər. Eksperimentin birində tələbələrin bir qrupu 12 dəqiqə ərzində universitet şəhərçiyində gəzirdi, digər qrup foto və ya videoya baxırdı. Alimlər aşkar ediblər ki, birinci qrup tələbələrin əhvalı daha yaxşı idi.

2-ci eksperiment zamanı tələbələrə gəzməkdən əvvəl elan ediblər ki, onlar qayıtdıqdan sonra 2 səhifədən ibarət esse yazmalıdır. Lakin gəzməyin müsbət effekti bu halda da saxlanılıb.
Davamı →

Niyə qadınların burnu daha kiçikdir?

Adətən, kişilərin burnu qadınların burnundan 10% daha böyükdür. Bunu elmin necə izah etdiyinə baxaq. Hər insanın fərqli forma və böyüklükdə burnunun olduğunu bilirik. Ancaq kişilərin burnunun qadınların burnundan daha böyük olması bir gerçəkdir. Bir araşdırma niyə kişilərin burnunun qadınların burnundan 10% daha böyük olduğunu açıqlayır. Lowa universitetində aparılan bir araşdırma bunun iki cinsin arasındakı bədən quruluşunun və bundan meydana gələn enerji ehtiyacının fərqli olmasından qaynaqlandığını ortaya çıxardı.

Davamı →

Stress çarxı nədir?

«Stress çarxı» kimi tanıdığımız «hand spinner» (və ya «finger spinner») oyuncağı bütün dünyada gündən günə populyarlaşır.

Belə hesab olunur ki, bu oyuncaq stressi azaldır, insanı sakitləşdirir. Bu həqiqətənmi belədir? Stress çarxı barmaqların kiçik motorikasını yaxşılaşdırır. Kiçik motorika beyinin bir çox funksiyalarına stimullaşdırıcı təsir edir. İlk növbədə bu nitq və həmçinin təfəkkür, fantaziya, yaddaş, diqqət, hərəkətlərin koordinasiyası kimi mürəkkəb proseslərə aiddir. Beləliklə, stress çarxı həm barmaqların hərəkətliliyini, həm də beyinin fəzliyyətini yaxşılaşdırmağa kömək edir.

Digər tərədən oyuncaq həqiqətən stress və həyacanı dəf etməyə, fikri cəmləşdirməyə kömək edir. Mütəxəssislərin fikrinə görə, hand spinner dırnaq yemə, barmaq xırçıldatma və hətta siqaret çəkmək kimi pis vərdişlərdən azad olmağa kömək edir.

Müxtəlif travmalardan, insultdan sonra əllərin və barmaqların hərəkətliliyini bərpa etmək üçün də stress çarxından istifadə etmək olar. Təbii ki, bu oyuncaqdan sui-istifadə etmək də düzgün deyil.

Klaviaturada F və J hərfləri üzərindəki xəttin mənası nədir?

Kompüterdən istifadə edən hər kəs yəqin fikir verib ki, klaviaturada olan F və J hərflərinin üzərində kiçik və qabarıq bir xətt var. 2002-ci ilə qədər bu qabarıq xətt klaviaturada yox idi. «F» və «J» hərflərindəki bu xəttlər sizə yol göstəricisi rolunu oynayır.

İşarə barmaqlarınızı bu iki düyməyə qoymanız lazımdır ki, digər barmaqlarınız daha tez və rahat hərəkət etsin. Cuni Butiçin bu icadı 10 barmaqla klaviatura istifadə edənlərın daha tez-tez yazmasına yardımçı olur.
Davamı →

Cərrahlar niyə məhz yaşıl və mavi forma geyinir?

Heç düşünmüsünüzmü ki, əməliyyat otağındakı həkimlər nəyə görə ağ deyil, yaşıl, yaxud mavi rəngli forma geyinirlər?

İlk öncə tibb işçilərinin hamısının geyimi ağ rəngdə olub. Lakin 1914-cü ildə nüfuzlu həkimlərdən biri bu rəngdən imtina edərək əvvəlcə yaşıl, sonra isə mavi rəngi seçdi. Məsələ burasındadır ki, cərrah baxışlarını qanın tünd rəngindən həmkarlarının xalatına yönəldərkən ağappaq rəng bir neçə anlıq onu kor edə bilər. Eyni şeyi biz evdən çıxarkən günəşli havada qara baxanda yaşayırıq.
Davamı →

Təhlükəli yastıqlar

Bəzi insanlarda tez-tez öskürək, boğazda quruluq, gözlərin yaşarması kimi simptomlar müşahidə olunur.

Həkim-həkim gəzən bu insanlar illər ərzində problemin səbəbini və həllini tapa bilmir. The Daily Mail xəbər verir ki, amerika alimlərinin fikrinə görə, bir çox hallarda bu simptomların səbəbi yastıqlarda yaşayan mikroskopik gənələrin ifrazatlarına olan allergik reaksiyadır.

Bu gənələr insanlar üçün təhlükəli deyil, lakin onların ifrazatlarının tərkibində olan enzim bir çox insanlarda allergiyaya səbəb olur. Keçməyən «səbəbsiz» öskürək, burun axması, boğaz quruluğu və s. isə məhz allergiyanın simptomlarıdır. Astmadan əziyyət çəkən insanlarda simptomlar daha da ağır ola bilər.
Davamı →

Düyünü bişirməzdən əvvəl yuyun

Alimlər sübut edib ki, düzgün bişirilmədikdə düyü sağlamlığımıza ciddi ziyan vura bilər. The Daily Mail xəbər verir ki, Belfast Kral Universiteti alimləri düyüdə çoxlu miqdarda «arsen» adlı zəhərli maddəni aşkar edib. Bu maddə düyüyə torpaqdan və sudan düşür. İstənilən digər məhsullarla müqayisədə düyüdə arsenin miqdarı 10 dəfə çoxdur.

Arsen güclü zəhərdir və orqanizmdə toplanaraq xərçəng, ürək xəstəlikləri, diabet, sinir sistemi pozulmalarının riskini xeyli artırır.

Düyüdə arsenin konsentrasiyanı azaltmaq üçün həkimlər düyünü yaxşı yumağı və axşamdan səhərə qədər bol suda islatmağı tövsiyə edirlər. Bu halda aresin miqdarı düyüdə 80%-ə qədər azalır.

Bu əşyaların son istifadə tarixini bilirsiniz?

Elə əşyalar var ki, mütəmadi olaraq onlardan istifadə edirik. Lakin istifadə müddətlərini nəzərə almırıq. Halbuki əşyaşların da ömrü var. Əgər hələ də onları istifadə edirsinizsə, ya tullayın, ya da yenisi ilə əvəz edin.

Fırça daraq
Fırça daraqlarınızı həftədə bir dəfə təmizləyin, ildə bir dəfə isə dəyişdirin.

«Traynik»
1-2 il istifadə müddəti var. Xüsusən də çoxgözlü «trayniklərin» də gücünün bitdiyi vaxt var. Əgər həmin müddəti keçsəniz, problemlər yarana bilər.
Davamı →

Enerjimizi azaldan 3 amil

İnsan orqanizmi çox ciddi yükləmələrə tab gətirmək və bu zaman tonusda qalmaq iqtidarındadır. Lakin bəzən insanlar hiss edir ki, buna heç bir ciddi səbəb olmadan enerjisini itirir, çox tez yorulur. Bəzi çox adi şeylər enerjimizi azalda bilir. Bunlara fikir verin.

Susuzlaşma
Enerjinin səbəbsiz azalmasının əsas səbəblərindən biridir. Müasir insanlar adi təmiz suyun əvəzinə çay, qəhvə, cola və s. içir ki, bu içkilər orqanizmin mayeyə olan tələbatını ödəmir, əksinə orqanizmdən mayenin çıxmasını sürətləndirir, orqanizmi susuzlaşdırır. Özünüzü adi təmiz su içməyə öyrəşdirin. Hər bir saatdan bir kiçik qurtumlarla 1 stəkan təmiz qazsız su için.
Davamı →

Yeni alınmış paltarı niyə yumaq lazımdır?

Nyu-Yorkda Kolumbiya universitetinin dermatologiya kafedrasının professoru Donald Belsito istənilən geyimi aldıqdan sonra yumağı və iki dəfə yaxalamağı tövsiyə edib. O, həmçinin xəbərdarlıq edib ki, mağazada paltarı geyinib yoxlayan digər müştərilərin bədənlərində hər hansı zəhərli parazitlər ola bilər.

Təəssüf ki, qanun istehsalçılara məhsullarda hansı kimyəvi maddələrin istifadə edildiyinə dair məlumatın yarlıqlarda qeyd olunmasını icazə vermir.
Davamı →