Suyun şırıldama səbəbi

Su axarkən şırıltı yaradan hava qabarcıqlarıdır.

Suyun aktiv hərəkəti və axını zamanı əmələ gələn hava qabarcıqları spartlayaraq yoxa çıxarkən özünə məxsus müxtəlif səslər çıxarır. Bu da şırıltı əmələ gətirir. Tək axar suyun deyil, qaynayan suyun da özünə məxsus bir səsi, şırıltısı vardır.

Səs – hər hansı bir elastik əşyanın titrəyişindən əmələ gəlir və bu titrəyişi yaratmaq üçün hər hansı bir elastik əşyanı əvvəlcə sıxmaq, sonra isə dartıb-uzatmaq lazımdır. Su qaynayarkən yaranan buğ yuxarı qalxaraq qabarcıqlar yaradır, partlayır və bu hal ardıcıllıq təşkil edir. Belə olan halda su özünə məxsus səs çıxararaq – şırıldayır.
Ardı →

Benqal fişəngləri

Uşaqların həmişə ən çox sevdiyi əyləncələrdən biri `benqal fişəngləri` olmuşdur.

Uşaqlarla bərabər, hətta böyüklər də “Benqal fişəngi” yandırmağı çox sevirlər. Amma, yəqin ki, çox az adam bilir ki, “benqal fişəngləri” ilk öncə heç də əylənmək, şənlənmək üçün icad edilməmişdir.

“Benqal fişəngləri” bizə qədim Benqaliyadan gəlmişdir. Qədimdə Benqaliya Hindistanın bir hissəsi olmuşdur ki, bu ərazi Benqal körfəzi sahilləri boyu uzanırdı.

“Benqal fişəngləri” əvvəllər necə və hansı məqsədlər üçün istifadə olunurdu? Lap əvvəllər uzun bambuq çubuqlarının bir ucuna yanacaq qatılmış qığılcım saçan məhlul sürtüb yandırardılar və hər hansı bir hadisə ilə bağlı xəbərdarlıq (siqnal vermək, siqnalizasiya) məqsədi ilə istifadə edilirdi. Beləliklə fişəng vasitəsilə hansısa bir hadisə barədə yaxın və uzaq ərazidəki əhaliyə xəbər çatdırar, siqnal verərdilər.

Hazırki müasir dövrümüzdə bu cür siqnalizasiya – xəbərdarlıq formalarından istifadə etməyə heç bir ehtiyac olmadığından, “benqal fişəngləri”ndən yalnız bir əyləncə kimi bayramlarda, ad günlərində, təntənəli tədbirlərdə daha çox istifadə olunur.

Hazırda dünyanın bir çox ölkələrində müxtəlif ölçülərdə, müxtəlir cür “benqal fişəngləri” istehsal olunur.

azens.az
Davamı →

"Selfie" nədir və nə zaman yaranıb?

Yəqin “selfie” sözünü son zamanlar sosial şəbəkələrdə çox eşitmisiz.

“Selfie” ingilis lüğətinə 2013-cü ildə daxil edilmiş və sözün mənası özü öz şəklini çəkmək, özü özünün fotoqrafı olmaq anlamına gəlir. İngiltərənin ən güclü Universiteti hesab edilən Oxford «Selfie» sözünü 2013-ci ilin sözü elan etdi.

Məlumata görə, ilk “selfie” 1920-ci ildə çəkilmişdir. Şəkildə olan 5 kişi həmin dövrün məşhur fotostudiyası olan “Byron Company”nin əməkdaşları idilər, hansı ki bu studiya 1892-ci ildən fəaliyyətə başlamışdır. Hər iki foto eyni anda çəkilmişdir. Fotoların hər ikisi Nyu-Yorkun məhşur «Marceaus Studio»nun damında çəkilib.
Ardı →

Soyuducular təhlükə mənbəyidir

İngilis alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, hər birimizin evindəki soyuducu, əslində, insan orqanizmi üçün çox ciddi təhlükə mənbəyidir.

Soyuducunun buzluğu ilə yanaşı, hər rəfində salmonella, listeriya və s. kimi təhlükəli 8 min bakteriya növü tapılıb.

Məlumata görə, İngiltərədəki Avropa Mikrobiologiya Mərkəzinin professoru Pol MakDonnelin başçılıq etdiyi qrup 30 ailənin evindəki soyuducuları laboratoriyalarda testlərdən keçiriblər.

Onlar soyuducuların meyvə-tərəvəz saxlanan rəflərinin hər kvadrat santimetrində 8 min adda bakteriya aşkarlayıblar. Həmin bakteriyalar arasında listeriya da var.

«Soyuducunun funksiyası ərzaq və meyvə-tərəvəzi təhlükəsiz şəraitdə saxlamaq, bakteriyaların yaranma ehtimalını minimuma endirməkdir.

Lakin soyuducudakı meyvə-tərəvəz orada 24 saat saxlanandan sonra bakteriyalar yayılmağa başlayır. Soyuducu sürəkli təmizlənərsə, bakteriyaların yayılmasının qarşısı alınacaq. Amma onlar tamamən yox olmayacaq», — MakDonnel bildirib.

Professorun sözlərinə görə, meyvə-tərəvəzi soyuducuda ayrı-ayrı, ağzıbağlı qablarda saxlamaq, yeməkdən əvvəl isə limonlu və ya sirkəli suda yumaq gərəkdir.
Davamı →

Arı zəhərinin sehri

Alimlər tərəfindən arı zəhərinin kosmetik özəlliyi müəyyənləşdirilib. Cənubi Koreya Kənd Təsərrüfatı elmləri üzrə Milli Akademiyasının doktoru San Mi Xan arı zəhərində dərinin elastikləşldirmək funksiyasının olduğunu aşkar edib. Alim araşdırma nəticəsində arı zəhərinin kollagen maddəsinin aktivləşdirdiyini, kollagenin isə eyni zamanda dərini elastikləşdirdiyini müəyyənləşdirib.

Alimlər artıq arı zəhərindən hazırlanmış kosmetik vasitələrin botoksu bazardan sıxışdırıb çıxaracağını bildirirlər. San Mi Xan eyni zamanda arı zəhəri terapiyasının dəri hüceyrələrindəki keratinosit maddəsinin miqdarını artırmaq funksiyasının olduğunu iddia edir.

Alim araşdırma nəticəsində bu maddənin hüceyrələrdə konsentrasiyasının artması zamanı dəridə xüsusi ətraf mühitin təsirlərinə qarşı qoruyucu təbəqənin yaranmasına səbəb oldğunu aşkar edib.
Davamı →

Xoşbəxtlik ömrü qısaldır

Alimlər xoşbəxtliyin ziyanlı tərəfini üzə çıxarıb.

ABŞ mətbuatına verdiyi məlumata görə, yerli alimlərin tədqiqatı xoşbəxtliyin, həmçinin ona nail olmaq cəhdlərinin insan psixikasına mənfi təsir göstərə, hətta ömrü qısalda biləcəyini söyləyir.

Araşdırma göstərib ki, uşaqlıqda xoşbəxt və qayğısız yaşamış şəxslərin ömrü daha qısa olur.

«Özünü çox xoşbəxt hiss edən şəxs sanki bihuş olur, onlar hər şeyə daha laqeyd yanaşır və risk etməyəmeylli olur. Məhz bu risklər sonda xoşagəlməzliklərə yol açır».
Davamı →

Dartıcı alt paltarlarının daxili orqanlara təsiri

Xanımlar bir çox hallarda gözəllik naminə əziyyət çəkməli olurlar.

Bu misal, çoxlarının gündəlik istifadə etdiyi dartıcı kalqotlar və kompression alt paltarlarıdır ki, daxili orqanlar üçün çox ziyanlı sayılır. Bu məhsulların orqanizm üçün nə qədər ziyanlı olduğunu öyrənmək üçün, The Huffington Post nəşriyyatı, qastroenteroloq, dermotoloq və manual terapevtə müraciət edib. Nəticələr budur:

Strukturuna görə, bu kimi geyimlər bədənin kəskin dartınmasını təmin edirlər. Belə geyimləri istifadə etdikdə, mədə, bağırsaq, düz bağırsağın sıxılması baş verir. Bu isə orqanizm üçün təhlükəli nəticələnə bilər. Mütəxəsisslər xəbərdarlıq edir ki, bu kimi sıxılmalar, turşu reflyüksu və qıcqırma, artıq müşahidə olunan sidik saxlaya bilməmə hallarının ağırlaşmasına gətirə bilər.

Dartıcı paltarlar, bud ətrafında dartıcı rezin zolaq rolunu oynayır. Xanım oturaq vəziyyətdə olduqda, qan dövranında çətinliklər əmələ gəlir ki, bu da trombların formalaşmasına səbəb ola bilər. Bədəni korreksiya edən bu paltarlar həmçinin nəmi udur, bu isə göbələk və ya bakterial infeksiyalara səbəb olur. Həkimlər belə paltarları ümumiyətlə istifadə etməməyi, xüsusən də gündəlik istifadədən imtina etməyi tövsiyə edirlər.
Davamı →

Soyuq duş arıqladır

İrlandiyalı alimlər soyuq duşla bağlı araşdırma aparıb. Belə ki, idmançılardan ibarət olan iki qrupdan biri yalnız idman, digəri isə idmanla birlikdə soyuq duş qəbul edib. Araşdırma nəticəsində alimlər bu qənaətə gəliblər ki, soyuq duş qəbulu çəkini aşağı salır. Soyuq ilə təmasda olarkən dərinin səthində dərialtı damarlarda qan dövranı güclənir və təzyiq qalxır. Bunun hesabına metabolizma prosesi güclənir və orqanizm əlavə kaloriləri yandırmağa başlayır.

Damarların bu cür məşqi fiziki təzyiq zamanı da kömək edir. Buna görə soyuq duşu idman məşqləri ilə uyğunlaşdırdıqda arıqlamaq istəyənlərə müsbət nəticə verir. Soyuq duşla arıqlamaq istəyənlər bilməldir ki, əvvəlcədən buna hazırlıqlı olmalıdır. Belə ki, hazırlıqsız olduqda pnevmaniya və ya bronxit xəstəliyinə tutulmaq mümkündür. Yeni başlayanlar 1-ci dəfələr üçün 1-2 dəqiqəlik soyuq suda yaxalanmaq kifayətdir. Gün keçdikcə soyuq duş prosedurunun müddətini uzatmaq lazımdır. Soyuq duş almazdan əvvəl bədən tərli və ya məşqlərdən qızışmış olmamalıdır.

Prosedurun əvvəlində yüngül diskomfort hissi yaşaya bilərsiniz, lakin getdikcə soyuq duşdan ləzzət alacaqsınız. Arıqlamaq effektini gücləndirmək üçün sellulite qarşı cod moçalka ilə sürtmək faydalıdır. Duşdan sonra isə antisellulit kremlərindən istifadə edin. Soyuq duş metodundan hər kəs istifadə edə bilməz. Belə ki, tromboflebit, onkoloji proseslərdə, qan xəstəlikləri, təziq və aybaşı olduğunuz zaman soyuq duş qəbulu qadağandır. Soyuq duşdan sonra iştah açılır, lakin qida qəbul etmək məsləhətli deyil. Duşdan sonra ən yaxşısı şirə, qatıq və ya meyvə yeməkdir.
Davamı →

Xeyriyyəçiliyin qaranlıq üzü

İqtisadi çətinliklərə baxmayaraq hər zaman yardım sevən insanlar tapılır. Onlar ya fiziki imkanları məhdud insanlara, ya hər hansısa bir uşağın əməliyyatına ianə verirlər.

Lakin xeyriyyəçilik ideyasının nə qədər mərhəmətli olmasına baxmayaraq hər şey göründüyü qədər yaxşı deyil. Xeyriyyəçilik təşkilatları, hətta könüllülərinin özləri bilərəkdən və yaxud bilməyərəkdən öz fəaliyyətlərinə maneə olurlar.

“Qalmaqallı” boyük xeyriyyə təşkilatları
Biz böyük maliyyə təşkilatlarının ticarət nişanları üstündə uzun məhkəmə prosesslərində adlarının hallanmasına öyrəşmişik. Lakin xeyriyyə cəmiyyətlərinin də öz ticarət nişanlarını heç kimlə “bölüşmək” fikri yoxdur və onlar bunu mənfəət “mənbəyi” kimi qəbul edirlər.
Ardı →

Qızıl niyə bahadır?

Qızıl korroziyaya uğramır, sürtünməyə davamlıdır, görünüşü gözəl və cəlbedicidir.
Asan emal olunur, kompaktdır və saxtalaşdırılması elə də asan deyil. Bu səbəblərdən də qızıl həmişə hər bir malın dəyərinə ekvivalent hesab edilmişdir, həmçinin pula da.

Lap qədim dövrlərdən insanların maddı rifahının yüksəlməsində də qızılın böyük rolu olduğundan bu metalın qiyməti günbəgün artmaqda davam etmişdir...

Vaxtilə bütün dünyanı bürümüş “qızıl qızdırması”, qızıla hərislik, qızılın istifadədə hədsiz dərəcədə çoxalması bu metalın qiymətinə də, iqtisadiyyata da mənfi təsir görtərmişdir. Məsələn: orta əsrlərdə konkistadorların Amerikadan İspaniyaya gətirdikləri külli miqdarda qızıl ölkədə qiymətlərin sürətlə artmasına və uzunmüddətli iqtisadi böhrana səbəb olmuşdur.

Qeyd etmək lazımdır ki, ta qədimdən indiyədək qızıl öz dəyərini saxlamış, hal-hazırda da dünya bazarında hər bir mala ekvivalent kimi hesablanmaqdadır. Hal-hazırda qızılın dəyəri daha yüksək, hətta əlçatmaz dərəcədə yüksək ola bilərdi, XX əsrin əvvəllərində dünyəvi valyutaların qızılla dəyərləndirilməsinin qarşısı alınmasaydı.

Qızıl hal-hazırda Maliyyə Bazarının aktivlərindən biri hesab edilir. Maliyyə Bazarında qızılın qiyməti şəraitdən, vəziyyətdən asılı olaraq artıb-azala bilir. Qızılın qiymətinin dəyişməsinə kənar təlabat, yəni – zərgərlik və ya digər istehsalat sahələri təsir göstərə bilir, amma bu çox vaxt hasilatın dəyərinin məhdudlaşdırılması ilə tənzimlənir.

Yer kürəsində ən çox qızıl ehtiyatı dəniz sularındadır. Amma bu hasilat gəlirlilik baxımından, hələ ki, elə də sərfəli deyildir.

azens.az
Davamı →