İdeal blinçik hazırlamağın 8 üsulu


1.
Blinçikə tökəcəyiniz maye isti olmalıdır ki, xəmir yapışqan olsun.

2. Blinçiklərinizin dadlı və gözəl alınmasını istəyirsinizsə, unu ələyib, biraz gözlədikdən sonra kütləyə qatın.

3. Duz və şəkər tozunu reseptdə göstərilən miqdarda əlavə edin. Çünki, duz çox olarsa, blinçiklər solğun, şəkər artıq səpilərsə, bərk alınar.
Davamı →

Fransız blinçikləri

Tərkibi:
240 qr un
360 ml süd
3 ədəd iri yumurta
1 ç/q şəkər tozu
2 x/q kərə yağı
bir çimdik duz

Hazırlanma qaydası:
Kərə yağı əridilib soyuducuya yerləşdirilir.  Un, duz və şəkər tozu qarışdırılır.  Digər boşqabda südlə yumurtalar çalınır.  Alınmış südlü məhlulun yarısı una qatılır.  Tam qarışdırılır.

 Soyudulmuş yağ əlavə edilir və qarışdırılır.  Sonra qalan südlü məlul əlavə edilir. Mətbəx tacı ilə yaxşı qarışdırılır. Nəticədə şəkildəki kimi məhlul alınmalıdır.
Davamı →

Ətli blinçik

Tərkibi:
  • Blinçik Üçün:
  • 2 yumurta
  • 1 xörək qaşığı şəkər tozu
  • bir çimdik duz
  • 2 stəkan süd (əgər diyetik blinçik istəyirsinizsə, onda 1 stəkan süd bir stəkan su istifadə edin)
  • 1  1/5 stəkan un
  • 2 xörək qaşığı duru yağ

İçi Üçün:
  • 500 q çəkilmiş mal əti
  • 1 ədəd orta boy soğan
  • duz
  • istiot
  • qızartmaq üçün duru yağ

Hazırlanması:
Əvvəlcə içi hazırlayın. Bunun üçün tavada təxminən 2 xörək qaşığı duru yağı qızdırıb, bu yağda soğan və əti tez-tez qarışdıra-qarışdıra bərabər qızardın. İçi duzlayıb istiotlayın. (Əgər kalorisi az blinçik istəyirsinizsə, onda əti qızartmaq yerinə, tikə mal ətini duzlu suda bişirin, sonra ət çəkən maşında çəkin, yağda qızardılmış soğan əlavə edin). İndi isə blinçikləri hazırlayın. İri qabda xəmirin ərzaqlarını yaxşıca qarışdırın.

Kiçik tavanın dibinə yağ sürtün. Blinçikin xəmirindən təxminən 1/4 stəkan götürüb tavaya tökün. Əgər iri blinçik etmək istəyirsinizsə, onda iri tavadan istifadə edərək xəmirin miqdarını da artırın. Xəmiri tavaya tökən kimi, tavanı o tərəf bu tərəfə əyin ki, xəmir yayılsın. Blinçikin bir tərəfi qızaran kimi,  o  biri tərəfinə çevirib qızardın. Beləcə bütün blinçikləri  bir-bir bişirib bir qabda üst-üstə yığın.

Hər blinçikin ortasına hazırladığınız içdən qoyun. Zərf şəklində bükün. İndi isə tavada azacıq duru yağ qızdırın. Blinçiklərin hər iki tərəfini bu yağda azacıq qızardın. Bunu etdiyinizdə blinçiklər kip olacaq və içi dağılmayacaq. Qızardılmlış blinçikləri salfet kağızının üstünə qoyub yağını çəksin (yeməyin az kalorili olması üçün doldurulmuş blinçikləri yağda qızartmasanız da olar). Sonra isə süfrəyə verin. Nuş Olsun!
Davamı →