Cazibədarlıq yüksək İQ ilə əlaqəlidir

Çox insanlar düşünür ki, gözəllik və yüksək İQ uyğunlaşmır. Ancaq London İqtisadiyyat məktəbinin alimlərinin araşdırmaları digər nəticə göstərib. Gözəl insanlar daha yüksək İQ sahibdirlər, onlar daha yaxşı təhsil alırlar, aktiv çalışırlar və daha çox nailiyyətlər əldə edirlər.

Deməli, cazibədar britaniyalı kişinin İQ-su orta görünüşə sahib olan insanınıkından 13,6% yüksəkdir. Qanınkı isə 11,4% yüksək. Bənzər nəticələr ABŞ qeydə alınınb. Tədqiqatçıların fikrinə görə gözəl və ağıllı insanlar bir birlərini cəlb edirlər, bu isə onların uşaqlarında hər iki keyfiyyəti birləşdirir. 

Alimlər, 1958-ci təvəllüdlü, ümümilikdə 17 419 insanın həyatını müşahidə ediblər. Bənzər nəticəyə Amerika milli tədqiqatlar mərkəzidə gəlib, onlar 35000 yeniyetmənin sağlamlığını analiz ediblər.
Davamı →

Cazibədarlığın xəritəsi

Ayaqlar 
Çox uzun və ya çox qısa ayaqlar estetik cəhətdən gözəl görsənmir. Bütün dünyada aparılan araşdırmalar onu göstərir ki, avropalılara daha uzun ayaqlara sahib olan qadınlar xoşlarına gəlir. Qısa ayaqların sahibələrinə isə vizual olaraq ayaqların hündür və gözəl görsənməsinə hündürdaban ayaqqabılar kömək edir. Tədqiqatlar nəticəsində məlum olub ki, uzun ayaqlar düzgün inkişaf və normal qidalanmaya işarə edir. Uzun ayaqlar həm də insanın uzunömürlü olduğunu da göstərir. Lakin fərqli millətlərdə gözəllik standartları da fərqlidir.

Bel
İncə bel bir çox kişilər tərəfindən cazibədarlıq rəmzi kimi qiymətləndirilir. Kişilərin 90 faizi üçün ideal ölçü belədir: belin ölçüsü çanağın ölçüsünün 70 faizini təşkil etməlidir. Kişilər nəinki belə bədənə baxanda zövq alır, belə bədənə toxunmaq da onlara həzz verir. Tədqiqatlar həm də onu göstərir ki, zahirən nə qədər də insan gözəl olsa, onun daxili aləmi özünü bürüzə verir. Odur ki, ilk növbədə daxili gözəlliyə fikir vermək lazımdır.Cazibədarlıq isə heç də həmişə gözəllik demək deyil...

Gözlər
İnsanın üzünün ən ifadəli hissəsidir. Çox vaxt insanlar sözlə deyə bilmədiyini gözləri ilə deyir. Genişlənmiş göz bəbəkləri insanın həyacanlandığını göstərir. Əgər yanınızda əks cinsin nümayındəsi dayanıbsa və sizi heç bir təhlükə gözləmirsə, onun göz bəbəklərinin genişlənməsi sizdən xoşlandığına işarə edir. Onda anlayın ki, sizdən xoşu gəlir.
Ardı →

Cazibədar və məftunedici olmaq | Test

  • Sevgi
Sizlərə maraqlı və çoxlarınız üçün əhəmiyyətli bir test təqdim edirəm. Bu test sənə qarşıdakı insan üçün nə qədər cazibədar olduğunu öyrənməyə kömək edəcək. Test həm qızlar, həm də oğlanlar üçün eyni dərəcədə faydalı ola bilər. Verilən bütün suallara cavab vermək lazımdır, və alınan nəticəni toplamaq sizin xarakterinizi daha doğrusu sizin nə qədər cazibədar və məftunedici olduğunuzu bildirəcək. Belə ki, hər bir «bəli» cavabı üçün 1 xal, «xeyr» cavabı üçün o xal verilir.
Ardı →

Cazibədar olmaqda görmənin rolu

Görmə böyük vəcdəgətirmə qüvvəsinə malikdir. Təsadüfi deyil ki, dünyada külli miqdarda pornojurnallar, ero­tik nəşrlər, rəsmlər, heykəllər, kinofilmlər və s. mövcuddur. Bilmək maraqlıdır, görəsən kişi və qadının baxışları ilk növbədə bədənin hansı üzvü, hansı əzası üzərində daya­nır?
Tədqiqatlar göstərir ki, qadınlar ən çox kişilərin dodaqlarına diqqət yetirirlər. Kişilər də öz növbəsində qadın dodaqlarına böyük maraq göstərirlər. Statistik göstəricilərə görə, kişilərin 70 faizi və qadınların 82 faizi belə hesab edir ki, gözəl dodaqlar insan vəcdə gəlməsinə həlledici təsir göstərir və məhz dodaqlar, ilk növbədə də qadın dodaqları əsasında onun xarakteri və digər xüsusiyyətləri haqqında çох şey öyrənmək olar.
Dolu, koppuş və çox da iri olmayan püstə dodaqlar xüsusilə cazibədardır. Kişilərin fikrincə bu cür dodaqları olan qadınlar daha ehtiraslıdır. Onların alt dodaqları xüsusilə hissiyyatlı olur. Əksəriyyətin reyinə ən pis dodaqlar — nazik dodaqlardır, onlardan soyuqluq və təkəbbür yağır. Dolu dodaqlar isə ətrafdakılarda ehtiras və həzz təəssüratı oyadır. Lakin əsl həqiqətdə püstə dodaqlı qadınlar seksə elə bir maraq göstərmirlər. Onların dünyada ən çox xoşladıqları şey sağa-sola pul səpələməkdir. Onlar çox ehtiraslı və coşğun olmasalar da, ürəkdən sevməyi bacarırlar.


Ardı →