Hamiləlik dövründə cinsi əlaqə

Hamiləlik müddətində cinsi münasibətlər haqda qulaqdan-qulağa eşidilən bəzi fikirlər cütlüklər arasında qorxulara səbəb olur. Qadın, yaxud kişi 9 ay müddətində cinsi əlaqədə olmağa ehtiyat edir.

 Hamiləlik zamanı cinsi həyat cütlüklərin çox zaman həkimlərdən soruşmağa utandıqları mövzudur. Halbuki soruşsalar, problemə aydınlıq gətirmiş olarlar. Çünki həkimlər cinsi həyatın sağlam bir hamiləlik üçün vacib olduğunu deyirlər. Hamiləlik qayda-qanunlarına düzgün riayət etdikdə cinsi həyatı davam etdirmək olar. Hətta bəlli ölçüdə adi vaxtlardakından daha rəngli bir cinsi həyat yaşamaq mümkündür.
Davamı →

Doğuşdan sonra seks

Cütlüyün seksual həyatında ən zəif yerlərdən biri – uşağın doğuluşundan sonrakı vaxtdır. Əgər sizdə hamiləlikdən əvvəl və hamiləlik zamanı yaxşı cinsi həyat var idisə, bu gözəl cinsi münasibətləri uşağın doğuluşundan sonra da saxlamağa çalışmaq çox vacibdir.

Uşaq anadan olduqdan sonra seks haqqında aşağıdakı 4 şeyi bilməlisiniz:

1. Seks haqqında açıq ünsiyyət saxlamaq vacibdir
Öz seksual münasibətləriniz haqqında sizin açıq və dürüst ünsiyyətinizin olması çox əhəmiyyətlidir. Əgər siz bir-birinizlə öz cinsi həyatınız haqqında asan ünsiyyət qurmağı bacarmırsınızsa, onda inciklik, ağrı, məyusluq və düşmənçilik yarana bilər. Sizin gənc valideyn kimi rolunuz çox vaxt və enerji aldığından, belə ola bilər ki, seks bir müddət arxa plana keçsin. Beləliklə, seks haqqında söhbətlər və partnyora onu arzuladığını təsdiqləmək, seksin hələ olmadığı halda belə çox faydalı ola bilər.
Davamı →

Cinsi əlaqə


Cinsi əlaqə (koitus, sex) iki və daha çox fərdin arasında həzz almaq yaxud nəsil artırmaq üçün konüllü genital aktdır.
Delfinlər,meymunlar və insanlar seksdən yalnız ləzzət almaq üçün istifadə edən yeganə canlılardır, qalan bütün canlılar yalnız çoxalmaq, nəsli artırmaq üçün cinsi əlaqəyə girir.
Cinsi əlaqədə əsas məqsəd intim yaxınlıq zamanı orqazm (həzzin ən yüksək pilləsi) əldə etməkdir. Orqazmdan sonra əzələ boşalması,xoş süstlük və rahatlıq hiss edilir.
Davamı →

Seksin faydası

Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə faydalarını araşdırıblar. seksin xeyri
Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval — ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.
Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır.
10 il davam edən araşdırma zamanı müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız orqazm olanlara nisbətən daha çox yaşadığı ortaya çıxıb. Araşdırmada orqazm zamanı ifraz olunan hormonların xərçəng və ürək xəstəliklərinə qarşı orqanizmi qoruduğu ortaya çıxıb.
Həmçinin, müntəzəm orqazm prostat vəzi xərçəngi riskini azaldır. Bununla yanaşı, orqazm zamanı baş ağrıları və miqren ağrılarının azaldığı müəyyənləşib.
Davamı →

Cinsi əlaqə vasitəsi ilə yoluxan xəstəliklər

Dövrümüzün ən vacib problemlərindən biri olan çox əlaqə, yalnız əlaqələri deyil həyatı da təhdid edir. Dünyada hər il təxminən 330 milyon adam, cinsi təmasla keçən xəstəliklərə tutulur.

Bu xəstəliklərin çox sürətli yayılmasının ən əhəmiyyətli səbəbi, indiki vaxtda çox yoldaşlı bir cinsi həyatın sürətlə mənimsənir olması və cinsi əlaqə əsnasında prezervativ istifadə edilməməsidir.

Hər hansı bir çətinliyiniz olmasa belə, ən az ildə bir dəfə həkim idarəsindən keçməlisiniz. Xəstəlik ifadə edilərinin ortaya çıxması bəzən aylar, hətta illər müddət bilir. Xüsusilə bu xəstəliklər qadınlarda çox hiyləgər inkişaf edə bilir. Erkən yoxlanıldığında asanlıqla müalicə edilən bəzi xəstəliklər, gecikildiyində ciddi sağlamlıq problemlərinə səbəb ola bilir.
Ardı →

Cinsi yolla yoluxan infeksiyalar

Seksuallıq insan kimi malik olduğunuz dərin pərəstişi təlqin edən fiziki qüvvət Nigahda olduqda, məhəbbəti izhar etmək, yeni həyatı qurmaq və nəsli davam etdirmək vasitəsidir. Nigahdan kənarda, məhəbbətə, həyata, uşaq doğuşuna dağıdıcı təsir edir. Düşünülməmiş seksual fəallıq əslində fiziki həyata və reproduksiyaya təhlükə yaradan üsullardan biri kimi cinsi yolla yoluxan infeksiyaların (CYYİ) yayılmasına səbəb olur.
 
Qırx il bundan əvvəl CYYİ və ya zöhrəvi xəstəliklər az və ən çox yayılmış xəstəliklər sifilis, süzənək idi. Hər iki xəstə fahişələr arasında rast gəlinirdi. İndi isə az məlum olan xəstəliklər təhlükəli hala çevrilmişdir. Faciəli olsa da, əhalinin başqa qruplarına nisbətən yeniyetmələr arasında daha çox yayılıb. Ümumdünya Səhiyyə Təşkilatın göstəricilərinə əsasən hər 20 yeniyetmədən biri bu xəstəliyə düçar olur.
Ardı →

Sekslə bağlı doğru hesab edilən yalanlar

Çoxsaylı xahiş və müraciətləri nəzərə alaraq sizlərə bu mövzunu paylaşmaq qərarına gəldim ancaq ilk baxışdan göründüyü kimi mövzu daha çox maarifləndirici xarakter daçıyır. Sekslə bağlı elə özünüzə, partnyorunuza dediyiniz və yaxud ya elə sizə söylənən çoxlu yalan var. Mövzu da elə həmin yalanları ortaya çıxartmaq və daha düzgün məlumatları sizinlə paylaşmaqdan ibarətdir. 

Seksin insan vücuduna müsbət təsirli hərəkət olduğu dəqiqdir. Seks sağlıq baxımından yaxşıdır amma xəstə olduğunuz zaman sizi yaxşı etməyəcək, sizə mənfi təsir göstərəcək. Qrip kimi keçici xəstəliklərin cinsi əlaqə zamanı daha sürətli yayıldığı hər kəsə bilinən bir gerçəkdir. Xəstəlik zamanı cinsi əlaqədən uzaqlaşmaq çox vacib məsələdir.
Ardı →

Ailədə cinsi əlaqə problemləri

Sevgi və cinsi əlaqə iki insan arasında bir qarşılıqlı təsirdir. Düzdür çoxları sevgi ilə cinsi əlaqənin heç bir yaxınlığının olmadığını iddia etsə də, əslində cinsi əlaqələrin çoxu elə sevgidən başlayır. Yaxınlıq qurmaq insanın özünü, duyğu və düşüncəsini və hətta bədənini, iç dünyasını bir başqasına açmasıdır, nizamlanmış düzgün seks isə heç vaxt qəbahət sayıla bilməz.
Münasibətlər və cinsi əlaqə insana çox vaxt sevilməyə dəyər biri olduğu duyğusunu yaşadar və bu duyğu insanı daha da xoşbəxt edər. Xoşbəxt, nizamlı, paylaşan, yaxın əlaqə içində olmaq çox insanın, qadın və kişinin, istədiyi bir vəziyyətdir.


Ardı →

Tez boşalma

Vaxtından əvvəl boşalma bir cinsi problem kimi insana gəlsə də, sadəcə olaraq cinsi uyğunsuzluqdur. Cinsi əlaqədə ən vacib olan şey 2 nəfərin uyğunluğudur. Buna əsasən, vaxtından əvvəl boşalma problemi ondan yaranır ki, kişi qadının orqazmından öncə, və ya qadınla heç əlaqədə olmadan öncə boşalır və cinsi uyğunsuzluq meydana gəlir. Belə halda vaxtından tez boşalma cinsi problem deyil, sadəcə həll edilməsi lazım olan bir problemdir. Yoldaşınız sizinlə qurduğu əlaqədə siz boşalmadan orqazma çatır, və ya sizdən sonra daha gec boşalır və siz ondan daha tez orqazma çatırsınız. Bu cür uyğunsuzluğu aradan qaldırmaq lazımdır.


Ardı →

Cinsi əlaqənin faydaları

Britaniyalı alimlər cinsi əlaqənin insan orqanizminə nə kimi bir faydası olduğunu araşdırmışlar. Araşdırmaların sonunda cinsi əlaqənin sadəcə insanlar arasında bir ehtiyac olmadığı həmçinin insan sağlamlığına olduqca faydalı olduğu müəyyən edilmişdir. Cinsi əlaqənin faydaları aşağıdakılardır:
� Cinsi əlaqə zamanı insan beynində yerləşən və insanın əhval-ruhiyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.
� Cinsi əlaqə zamanı qan dövranı yaxşılaşır.
� Cinsi əlaqə depressiyanın qarşısını alır.
� Cinsi əlaqə arıqlamağa kömək edir belə ki, 20 dəqiqəlik bir cinsi əlaqə zamanı 200 kkal enerji itkisi baş verir.
� Cinsi əlaqə pesimis fikirləşməyə səbəb olur.
� Cinsi əlaqə zamanı qarın əzələlərinin aktiv olması bağırsaqların fəaliyyətinə müsbət təsir göstərir.
Davamı →