Hollandlar uşaqlarına necə seks tərbiyəsi verirlər?

Hollandlar uşaqlarına seksi necə öyrədirlər?
Dünyanın ən yaxşı gender bərabərliyinin hökm sürdüyü ölkələrdən biri olan Niderlandda uşaqlar 4 yaşından etibarən seks və insan bədəni haqqında öyrənməyə başlayırlar.

Amsterdamda yerləşən elm muzeyi “Nemo”ya ayaq basanda, ziyarətçilər qeyri-adi sərgilərlə: köpüklənən sirkə, kinetik oyunlar, zəncirvari reaksiyalar, su enerjisinin gücü, o cümlədən linzalarla, prizmalarla və güzgülərlə bağlı eksperimentlərlə rastlaşırlar. Lakin yuxarı mərtəbədəki yalnızca yetkinlik və seks mövzusuna həsr olunmuş “Yeniyetmə faktları” qalereyasına qalxanda isə, məsum valideynlər cəld qərar vermək məcburiyyətindədirlər: uşaqlarıyla davam etsinlər, yoxsa başqa bir sərgi salonuna keçsinlər?
Davamı →

Uşaqlara cinsi münasibətləri necə izah etməli?

Sevişən zaman uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs övladınız sizi seks zamanı gördükdə nə etməlisiniz? Belə vəziyyətdə necə davranmaq lazımdır?

Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək.

Ən mühümü odur ki, panikaya düşüb ona sanki pis bir şey görürmüş kimi davranmayın. Bunu çox sadə və soyuqqanlı qəbul etməlisiniz (nə qədər özünüzü belə hiss etməsəniz də). Ona yaxınlaşıb, “Nə olub balama? Su istəyirsən? Yata bilmirsən? Darıxırsan?” kimi suallar verərək, təbii və qayğıkeş olmanız övladınızı gördüyündən daha çox yayındırar və marağının qarşısını alar.
Davamı →

Cinsi istismar

Heç kimə sirr deyil ki, bu gün iş axtaran əhalinin cüzi hissəsi tezliklə iş tapa bilir ki, bunun da bir qismi gənc qızlar və qadınlardır. Küçədə, meydanlarda, nəqliyyatda tez-tez rast gəldiyimiz, müxtəlif sahələrdə iş yerlərinin təklif olunduğu elanların böyük əksəriyyətində bir şərt qoyulur- gənc qızlar tələb olunur. Aydın məsələdir ki, belə elanlarla işəgötürən işçinin bacarığına deyil, başqa kriteriyalarına görə qiymət verir. Belə iş yerlərində qadınlar cinsi istismara təhrik edilir.


Ardı →

Seksdən imtina

Seksdən imtina etmək üçün səbəb çoxdur: yorğunam, başım ağrayır, səhər tez oyanmalıyam və.s. Əslində isə seks özünə güvəni artırır və baş ağrısını müalicə edir. Seksdən imtina etməmək üçün 9 səbəblə tanış olaq.

1. Mənə gözəllik bəxş et!
Həyat yoldaşınla münasibətiniz yaxın olduğu zaman anlayırsan ki, onun yataqda ən son düşündüyü sənin mükəmməlliyindir… Seksdən sonra güzgüdə özünə bax. Əmin ol ki, əksin dəyişəcək. “Seks özünə əminliyi artırır” – “Sekslə düşün “ (Cenni Her) kitabında bu haqda yazılır.
Edinburq mərkəzi xəstəxanasının araşdırmaları göstərir ki, həftədə ən azı 3 dəfə sekslə məşğul olan insanlar 10 il cavan görünür. Çünki seks zamanı estrogen hormonu ifraz olunur, bu da saçları parlaq, dərini isə hamar edir.


Ardı →

Qadın cinsiyyət sistemi

Qadın cinsiyyət sisteminin cinsiyyət orqanlarına uşaqlıq borusu vasitəsilə uşaqlıqla birləşmiş iki yumurtalı və uşaqlıqdan xarici cinsiyyət orqanlarına aparan keçid -uşaqlıq yolu aiddir.
Xarici cinsiyyət orqanlarına aiddir: qasıq (tüklə örtül­müş dəri və yağ toxuması sahəsi); böyük və kiçik cinsiyyət dodaqları və klitor (cinsi əlaqə zamanı kişinin tənasül aləti kimi ölçücə böyüyən və vəcdə gələn cinsiyyət üzvü). Xarici cinsiyyət orqanları məcmu halında vulfa adlanır (latın terminidir, xarici cinsiyyət orqanlarının ümumi adıdır)
Davamı →