Cinsiyyət vəziləri

Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır.


Ardı →

Qadın cinsiyyət sistemi

Qadın cinsiyyət sisteminin cinsiyyət orqanlarına uşaqlıq borusu vasitəsilə uşaqlıqla birləşmiş iki yumurtalı və uşaqlıqdan xarici cinsiyyət orqanlarına aparan keçid -uşaqlıq yolu aiddir.
Xarici cinsiyyət orqanlarına aiddir: qasıq (tüklə örtül­müş dəri və yağ toxuması sahəsi); böyük və kiçik cinsiyyət dodaqları və klitor (cinsi əlaqə zamanı kişinin tənasül aləti kimi ölçücə böyüyən və vəcdə gələn cinsiyyət üzvü). Xarici cinsiyyət orqanları məcmu halında vulfa adlanır (latın terminidir, xarici cinsiyyət orqanlarının ümumi adıdır)
Davamı →

Kişi cinsiyyət sistemi

«Məsələ onda deyil ki, sizin cinsi alətiniz hansı ölçüddi,
əsas məsələ budur ki, o, uşaqlıq yolunda öz vəzifəsinin öhdəsindən necə gəlir».

Lao Tszı
Kişinin cinsiyyət orqanları-tənasül aləti (penis) və xaya kisəsindən ibarətdir. Xaya kisəsində bir cüt yumurta özünə yer tapıb. Bundan əlavə, prostat vəzisi, toxumun (spermanın) yığılıb saxlanıldığı müxtəlif orqanlar — toxum borusu, toxum qovucuğu və s. mövcuddur.
Kişinin cinsiyyət orqanları, xüsusən tənasül aləti müxtəlif ölçüdə ola bilər. Kişilərin əksəriyyətini bu amil çox narahat edir və onlar «normal» ölçünün həddi haqda məlumat almağa çalışırlar.
Orta göstəricilərə gəlincə, deyək ki, cinsi üzvün uzunluğu sakit vəziyyətdə 8-10 santimetr, dikəlmiş vəziyyətdə 12-18 santimetr olmalıdır. Lakin tibb tarixində, sakit vəziyyətdə uzunluğu 30-32 sm. çatan tənasül alətlərinin təsvir edildiyi kifayət qədər nümunələr mövcuddur. Bunlardan bəzilərinin uzunluğu di­kəlmiş vəziyyətdə 50 sm. çatır.
Davamı →

Daxili sekresiya vəziləri

Vəzi epitel toxumasından əmələ gəlmiş və özündən şirə ifraz edən orqandır. Vəzilər birləşdirici toxumadan əmələ gəlmiş kapsulla əhatə olunur. Onlar morfoloji-fizioloji xüsusiyyətlərinə görə iki qrupa bölünür:
1) xarici sekresiya, yaxud ekzokrin vəzilər;
2) daxili sekresiya və ya endokrin vəzilər. Qarışıq vəzilər də vardır.
Axacağı olan vəzilərə xarici sekresiya vəziləri deyilir. Bu vəzilər öz şirələrini (məhsullarını) axacaqlar vasitəsilə müəyyən orqanlara tökür və ya xaricə çıxarır. Xarici sekresiya vəzilərinin ifraz etdikləri məhsul iki növdür:
Davamı →