Cinsiyyət vəziləri

Cinsiyyət vəziləri insanın psixi, fiziki, fizioloji və mənəvi cəhətcə formalaşmasında, eləcə də tərbiyə olunmasında böyük rol oynayır. Cinsiyyət vəzilərinin 1 komponenti olan xarici cinsiyyət orqanları həm cinsi hormonların, həm də sidiyin orqanizmdən kənar olunmasında iştirak edir. Cinsiyyət vəziləri başqa daxili sekresiya vəzilərinin funksiyalarına, onlarla da sinir sisteminin fəaliyyətinə təsir göstərir. Cinsiyyət vəzilərində cinsi hüceyrələrlə (kişilərdə spermatozoid, qadınlarda yumurta hüceyrəsi) yanaşı cinsi hormonlar da hazırlanır.


Ardı →

Kişi və qadın cinslərinin yaranması

İlk baxışda elə görünə bilər ki, alimlər insanda cinsiyyət fərqlərinin necə yarandığını artıq qəti təyin etmişlər. İstənilən insanın cinsi mayalanma zamanı müəyyən olunur və bu spermatozoidin hansı yumurta hüceyrəsini mayalandırmasından asılıdır. Artıq məlumdur ki, özlərində Y və ya X xromosomlarını daşıyan «kişi» və «qadın» spermatozoidləri mövcuddur. Qadınlarda bütün hüceyrələr iki X xromosomundan ibarətdir.

Buradan belə nəticə çıxır ki, yumurta hüceyrəsindən qız və ya oğlan yaranacağı onun X və ya Y — xromosomu tərəfindən mayalanmasından asılıdır. Alimlərin müşahidəsinə görə bir insan öz başlanğıcı­nı diametri 0,2 mm.-ə bərabər olan yumurta hüceyrəsindən alır. Bu yumurta öz forma və fiziologiyasına görə orqanizmin heç bir hüceyrəsinə oxşamır.
Ardı →

Insanlarda normal seks

İnsanda seksual təzahürlər dərhal üzə çıxmır, orqanizm bunun üçün yetişməlidir. Kişilərdə cinsi yetişmə adətən 14-16 yaşlarında başlayır və 18-20 yaşlarında tamama çatır..Qadınlarda bu göstəricilər müvafiq olaraq 12-13 və 16-18 yaşdır. Deməli 20 yaşlı kişi və 16-17 yaşlı qadın cin­si həyat üçün münasib dövrə qədəm qoymuş olurlar və bu yaşdan başlayaraq ailə qura bilərlər. Qadın və kişi orqanizmləri arasında keyfiyyət, miqdar fərqləri və digər fərqlər mövcuddur.
Başlıca keyfiyyət fərqlərinə insanın cinsiyyət sistemi­nin quruluşu, enerjinin bədəndə dövr etmə xüsusiyyətləri və orqanizmin funksiyaları aiddir. Kişi və qadın orqa­nizmlərinin cinsiyyət sistemləri arasındakı fərq digər keyfiyyət və miqdar fərqlərinə səbəb olur və qametaların cin­sini (xayalıq və yumurtalıqlar); hormonal cinsi (androgenlər və ya estrogenlər), morfoloji fərqləri (bədənin forma­ları və orqanizmin funksiyaları) müəyyən edir.
Yuxarıda göstərilmiş «daxili» fərqlər «xarici» fərqlərə — insanın şəxsi davranışına, digər adamlara qarşı münasibətinə və tələbatlarına, məişət və seksual tələbatlarına) təsir göstərir. Nəticədə insan özünü kişi və ya qadın cinsinə aid edir, müvafiq tərbiyə alır, özü üçün cinsi tərəf — müqabil seçir və müvafiq cinsi rolu oynayır.
İndi isə normal seksuallığın əsas təzahür formalarını sadalayaq.
Ardı →