Dünyanın ən böyük 8 adası

Ada nədir ?
Ada — hər tərəfdən su ilə əhatə olunmuş, materikə nisbətən kiçik, suyun qabarması zamanı belə su səthindən yüksəkdə olan, təbii yolla yaranan quru torpaq sahəsidir. Okeanlarda, dənizlərdə, çaylarda, göllərdə qrup halında (arxipelaq) və ya tək-tək adalara rast gəlmək olar. Adalar bir-birindən yaranma mənşəlinə, ölçüsünə, fauna və florasının müxtəlifliyinə görə fərqlənir.

Adalar və ya gəzintilərlə maraqlanırsınızsa, marşrutunuza dünyanın ən böyük adalarını da əlavə edə bilərsiniz. Budur, sizi xaricdə unudulmaz bir tur yaşamağa məcbur edəcək ən böyük adalar.


Davamı →

XIX əsrin ortalarında coğrafi ideyaların inkişafı

XIX əsrin ortalarında Rusiyada çox maraqlı və dərin məzmunlu sənaye xəritələri nəşr edilməyə başlandı ki, bunların da Pavel Kryukov tərəfindən tərtib edilməsi ehtimal olunur. Xəritələr «Rusiyanın Avropa hissəsində manufaktura sənaye qüvvələri» adlı oçerklərə əlavə kimi hazırlanmışdı. Belə xəritələr ilk dəfə idi ki, sənayenin yerləşdirilməsi haqqında çox müfəssəl və zəngin məlumatlar verirdi. Həmin oçerklərdə coğrafiya tarixinə aid məlumatlar da vardı. Oçerklərdə Rusiyada sənaye istehsalının səmərəli yerləşdirilməsi haqqında qiymətli fikirlər irəli sürülürdü. Oçerklərin müəllifləri Rusiyada yeni sənaye sahələrinin yaradılmasını təklif edir, ayrı-ayrı rayonların, şəhərlərin sənayecə inkişafının perspektivlərini göstərirdilər. Ərazinin rayonlara bölünməsində təbii və iqtisadi göstəricilər əsas tutulurdu.
Davamı →

Smoq nədir?

Smoq — havanın Yer səthinə yaxın hissəsinin tüstü və his qarışığı olan qatı duman ilə çirklənməsidir. İngliscə smoke-tüstü, foq-duman deməkdir. Bu iki sözün birləşməsindən yaranıb.

Smoqun əmələ gəlmə səbəbləri
İri şəhərlərdə və sənaye rayonlarında kimya, metallurgiya müəssisələrindən, avtomobillərdən smoq sakit havada və ya az küləkli vəziyyətdə yaşayış məntəqələrində uzun müddət qala bilir. Smoq çox vaxt tüstü ilə duman qarışığından yaranır. Bu halda su buxarının kondesasiyası tüstünün havada asılı vəziyyətdə olan bərk hissəcikləri ətrafında gedir, havada istehsalın qaz halında olan qarışıqları da iştirak edir. Buna London tipli smoq deyilir.
Davamı →

Coğrafi adlar nеcә yaranmışdır?

Dünya хәritәsinә baхarkәn yәqin ki, coğrafi adların әmәlә gәlmәsi ilә maraqlanmısınız.
Coğrafi adlar qәdim dövrdә, orta әsrlәrdә әmələ gәlmiş vә һazırda da әmәlә gәlir. Coğrafi adların yaranması tәsadüfi һadisә dеyildir, onlar cәmiyyәtin inkişafı vә Yеr kürәsi һaqqında insanların təsәvvürlәrinin gеnişlәnmәsi ilә әlaqәdar olaraq tәdricən mеydana gәlmişdir. Coğrafi adlar yaranan zaman müəyyәn mәnanı ifadә еtmişlәr, lakin sonralar bәzi coğrafi adların mәnası tariхdә unudulmuş vә tәһrif еdilmişdir. һazırda bеlә coğrafi adlar qalmaqdadır.
Davamı →

Dünyanın ən uzun çayları

1. Nil Çayı, Afrika – Uzunluğu 6,650 km (4,132 mil). Keçdiyi ölkələr: Tanzaniya, Uqanda, Ruanda, Burundi, Konqo Demokratik Respublikası, Kenya, Efiopiya, Eritreya, Cənubi Sudan, Sudan and Misir Ərəb Respublikası.


Ardı →

mineral ehtiyatlar haqqında

Xammal                  Neçə illik ehtiyati var            Tükənmə ili

1)Dəmir filizi                150                                    2150-ci il

2)Neft                         100                                     2100-cü il

3)Kömür                      600                                    2600-cü il

4)Nikel                        100                                     2060-2070-ci illər

5)Aliminium                  60-70                                 2060-cı il

6)Uran                          40                                      2040-cı il                       


Davamı →

Maraqlıdır

1)Tədqiqatçılar hesablamışlar ki, sutkanın uzunluğu hər 100 ildə 0,0016 saniyə uzanır.

2)Görkəmli holland kartoqrafı H.Merkator müxtılif məzmunlu xəritələri bir yerə yığaraq  ona əfsanəvi Liviya çarı Atlasin adını vermişdir.

3)Hər gün planetdə 44000 dəfə ildırım çaxır. Bunu ən çox Yava adasında yaşayanlar müşahidə edirlər-ilin 223 günü bu adada ildırım və şimşək olur.

4)4000 metr dərinliyə enə bilən uzunluğu cəmi 7,6 metr olan «Elvin» batiskafının köməyi ilə hələ əsrin ikinci onilliyində  okeana qərq olan məşhur «Titanik» gəmisindən məlumatlar əldə edilmişdir.

5)Macarıstanın Balaton gölündə çayların gətirdiyi çöküntülər bu gölün 8000 ildən sonra tamamilə dolmasına səbəb olacaqdır.


Davamı →

Atmosfer təzyiqi və onun ölçülməsi

Yeri əhatə edən qaz təbəqəsinin öz ağırlığı olduğuna görə, yerin hər hansı bir nöqtəsinə təzyiq göstərir. Hava öz-özlüyündə çox (sudan 770 dəfə) yüngüldür. Bir kub metr havanın 1,3 kq ağırlığı vardır. Bir litr hava isə 1,3 qr-dır.  Bu rəqəmləri biz, havanın dəniz səthi səviyyəsində, yəni normal təzyiq 760 mm və 0°-li tempe¬raturda çəkdiyimiz zaman ala bilərik. Eyni şəraitdə quru havanın sıxlığı 1293 q/m3-ə bərabərdir. Havanın sıxlığı çəki üsulu ilə işarə olunur. Hava kütləsinin onun tutduğu həcminə olan nisbətinə onun sıxlığı deyilir. Bitkilərin inkişafıns və heyvan orqanizminə atmosfer təzyiqi bilavasitə təsir etmir, lakin hava təzyiqi, hava kütlə¬ləri təzyiq çox olan yerdən onun az olduğu yerə hərəkət etməsilə əlaqədardır.
Təzyiq yer kürəsində sahənin dəniz səviyyəsindən hündürlüyü, temperatur şəraiti, rütubətlik və başqa amillərdən asılı olduğu üçün müxtəlif istiqamətdə də¬yişir.
Ardı →

Coğrafiyada ənlər ve ilklər.

Ən böyük ölkə- Rusiya 17.045.400 km2 sahəyə malikdir.

Ən böyük zəlzələ- 1556-cı ildə Çində meydana gələn zəlzələdə təxminən 850.000 adam ölmüşdür.

Ən kiçik ölkə- Vatikan təxminən 27 dönüşdür. Ölkə xəritəsində evlər belə çox diqqətə çarpandır.

İlk dünya xərtəsi- E.ə. 150-ci ildə Ptolemaios tərəfindən çəkilib.

Ardı →