Hisslər bilikdən önəmlidir

“Əgər sui-qəsdlərdən sağ çıxmaq üzrə olimpiada olsaydı, mən qızıl medal alardım.”

Mənim adım Fidel Kastrodur, mən Kubanı azad etmək üçün gəlmişəm.

Mənim burada dediklərimi heç də hamı qəbul etmir, amma mən öz fikirlərimi səsləndirəcəyəm və bunu da hamıya hörmət göstərərək edəcəyəm. 

Mən kasıb doğulmamışam. Atamın 3000 hektarlıq torpaq sahəsi var idi. Lakin mən cənab Buşun çıxışlarına qarşı bəyan etmək istəyirəm ki, mənim hazırda bir dollarım da yoxdur. Bütün sərvətim onun kraxmallanmış köynəyinin cibinə asanlıqla yerləşə bilər. Əgər bir gün bütün sərvətimi hücumdan və beynəlxalq terrorizmdən qorumaq üçün etibarlı yer axtarmalı olsam, cənab Buşdan onun möhtəşəm cibini borc alacam. Sərvətim cənab Buşa çox böyük görünərsə, hamısını onun cibini kirayələmək üçün verəcəm. 
Davamı →

Məşhur filmlərdən sitatlar

İnsanın yüksəlişi uzun vaxt alır, amma iflası tam əksinə. (Kosmopolis)

Sanki çox uzun ömrümüz varmış kimi bir də həyat bizə gözləməyi öyrədir.(Pianist)

Ən önəmlisi ümidini heç vaxt itirmə. (Pinin həyatı)

Uzun müddət maska taxsanız, maskanın altındakı kimliyinizi unudarsınız. (V for Vendetta)

Paris həmişə var olacaq. (Casablanca)

Bir damla və bir damla böyük bir damla yaradar, iki dənə yox. (Nostalgia)

Nankor insan-hər şeyin qiymətini bilən, amma heç nəyin dəyərini bilməyən insandır. (Yerdəki ulduzlar)

Güvən- əlimizdə sübutu olmayan şeylərə qarşı duyulan inancdır. (Filadelfiya)

Həyatın verdiyi ən yaxşı dərslərdən biri bacardıqlarını və bacarmadıqlarının fərqində olmağına şərait yaratmasıdır. (Hötenin ilk sevgisi)
Ardı →

Son hədd

Kor olmamışdan öncə göz, saçların uclarınadək görər.

Kar olmamışdan öncə qulaq, ağcaqanad uçuşunu belə eşidər.

Dadbilmə qabiliyyətini itirməmişdən öncə dil, Tszı çayının suyunu Min çayının suyundan fərqləndirə də bilər.

İybilmə qabiliyyətini itirməmişdən öncə burun, quru ağacla çürük ağacın iyini belə fərqləndirər.

Bədəni iflic olmamışdan öncə insan daha bərk qaçar.

Şüurunu itirməmişdən öncə beyin, yalanı doğrudan daha asan fərqləndirə bilər.

Səbəb isə ondan ibarətdir ki, öz son həddinə çatmamış heç nə öz əksinə keçmir.
Davamı →

2 ilə 3 nə edir?

Müəllim şagirddən soruşur: — De görək, 2 ilə 3 nə edir?
Şagird: — Nəyə görə müəllim? Bu vəziyyətə görə dəyişir.
Müəllim əsəbləşir: — Necə yəni?
Şagird: — 3-dən 2 çıxsaq 1 qalır. Bu da Allah 1-dir deməkdir.
2 ilə 3-ü toplasaq 5 edər, bu da İslamın 5 şərtidir.
Yox əgər 2 ilə 3-ü vursaq, 6 edər, bu da imanın 6 şərtidir.
Əgər 2 və 3-ü sadəcə ardarda qoysaq, 32 edər, bu da dinimizin 32 vacibiyyətidir.
Yox, 2 və 3-ü ayrı-ayrılıqda soruşursuzsa, 3 qüsulun, 2 təyəmmünün vacibiyyətidir. Siz hansını soruşmuşduz?

Davamı →

Bil ki, Allah bilir

Əziyyət çəkməkdən, işləməkdən yorulub cəsarətin qırıldığın da
Bil ki, Allah nə qədər işlədiyini, əziyyət çəkdiyini görür…
Ürəyin dözməyəcəyi qədər ağladığın da
Bil ki, Allah tökdüyün gözyaşlarını sayır...
Həyatın durduğunu, zamanın əleyhinə işlədiyini düşündüyün də,
Bil ki, Allah səni izləyirr…
Xəyalların yıxılmış, ümidin qalmamış və öz-özünə niyə belə oldu səbəb soruşursansa,
Bil ki, Allah cavabını bilir…
Heç səbəb yox ikən içində Qəribə Bir dinclik hiss etdiyin də,
Bil ki, Allah sənə fısıldayır...
Bütün işlərin yolunda gedir və təşəkkür etmək üçün hər an bir səbəb olarsa,
Bil ki, Allah səni gözləyir…
Bütün qəlbinlə dilədiyin şey sonunda gerçək oldusa,
Bil ki, Allah sənə gülümsəyir…
Harada olsan ol, nə düşünürsən düşün, nə etsən et,
Bil Ki Allah Bilir…

Emin Nəsib
 
Davamı →

Can Dündarın öyrəndikləri

Can DundarSonsuz bir qaranlığın içində doğuldum. İşığı gördüm, qorxdum. Ağladım. Zamanla işıqda yaşamağı öyrəndim. Qaranlığı gördüm, qorxdum. Gün gəldi, sonsuz qaranlığa yola saldım sevdiklərimi. Ağladım.

Yaşamağı öyrəndim. Həyatın bitməyə başladığı anın doğulmaq olduğunu öyrəndim. Arada qalan hissənin ölümdən oğurlanan vaxt olduğunu öyrəndim.

Zamanı öyrəndim. Yarışdım onunla. Zamanla yarışmağın yox, onunla barışmağın lazım olduğunu zamanla öyrəndim.

İnsanı öyrəndim. Sonra insanların içində yaxşı və pislər olduğunu öyrəndim. Sonra da hər insanın içində xeyirin və şərin olduğunu öyrəndim.

Sevməyi öyrəndim. Sonra etibar etməyi öyrəndim. Sonra da güvənin sevgidən daha çox yaşadığını, sevginin güvənin sağlam təminatı üzərində qurulduğunu öyrəndim.

İnsan dərisini öyrəndim. Sonra o dərinin altında bir ruh olduğunu öyrəndim. Sonra da ruhun əslində dərinin üstündə olduğunu öyrəndim.


Ardı →

Bill Geytsdən 11 məsləhət

1. Həyat ədalətli deyil – bu fikrə nə qədər tez öyrəşsəniz, o qədər yaxşı olar.

2. Sizin özünüzü necə dəyərləndirməyiniz heç kimin vecinə deyil. Siz özünüzə əmin olana qədər dünya sizdən bir işi sonacan etməyinizi tələb edəcək. 

3. Məktəbi bitirən kimi ilə 60 min dollar qazana bilməyəcəksiniz. Əlində mobil telefonla maşına minən şirkət vitse-prezidenti olmaq üçün onların hər ikisini qazanmalısınız.

4. Düşünürsünüz ki, müəllimləriniz qəddar və kobuddur? Müdiriniz olanda nə düşünəcəyiniz maraqlıdır. 

5. Hamburger satmaq qürurunuza toxunmasın. Babalarımız hamburger satmağı başqa cür adlandırırdı – şans!

6. Səhv edəndə günahı ata və analarınızın üzərinə atıb mızıldanmayın. Səhvlərinizdən dərs çıxarmağı bacarın. 
Ardı →

Remarkdan sitatlar

Qadın sevgidən ağıllanır, kişi başını itirir.Remark

Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.

İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız hiss edir.

İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir...

Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.

İndi ancaq inəklər xoşbəxtdir.


Ardı →

Məktəb açan şəxs həbsxanaları bağlayar

1. Bəxtindən şikayət etmə, bunu axmaqlar edər. (Murakami)Moda deyilən şey o qədər cirkindir ki, onu hər 6 aydan bir dəyişdirirlər.

2. Hər kəsin oxuduğu kitabları oxuyursansa, hamının düşündüyü şeyləri düşünürsən. (Murakami) 

3. Əzab qaçılmazdır, vicdan əzabı isə bir seçimdir. (Murakami)

4. Fikir azadlığı olmadan tərəqqi mümkün ola bilməz. (Axundov) 

5. Əgər oxuduğumuz bir kitab bizi başımıza vurulan bir zərbə kimi sarsıtmırsa, oxumaq üçün niyə əziyyət çəkək ki? (Kafka)


Ardı →

Marqaret Tetçer aforizmləri

Margaret ThatcherDeməzdim ki, bəxtim gətirdi. Bütün həyatımı atama borcluyam. Maraqlıdır ki, balaca şəhərin kübar bir ailəsində öyrəndiklərim mənə seçkilərdə qələbə gətirdi.

İngiltərənin ehtiyacı – dəmir ledidir.

Məni tənqid edən insanlar mənim Temzanın dalğalarında necə addımlamağımı görsələr, deyərdilər ki, o, üzə bilmədiyi üçün belə edir. 

Bu günün İngiltərəsində “Marks və Spenser” (məşhur geyim istehsalçısı – G.Ə) Marks və Engelsə qalib gəlib.

Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır.

Məncə, konsensus – öz prinsip, dəyər və strategiyandan imtina prossesidir. Heç kimin inanmadığı və heç kimin mübarizə aparmadığı bir şeydir.

Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar. Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır.

Əgər mən tək 48 nəfərə qarşı gedəcəmsə, həmin 48 nəfərə yazığım gəlir.
Ardı →