Dünyanın ən qəribə və ecazkar yerləri | Maraqlı məkanlar


Dünya kəşf edilməyi gözləyən min bir gözəllik və sirlərlə doludur.
Bu paylaşımda bir-birindən ecazkar və maraqlı görünüşə sahib 20 fərqli məkan sizi gözləyir. Macərapərəst insanların kəşf etdiyi bu məkanların hər birində özündə bir sirr, bir möcüzə gizlədir. 
Hətta bəzi məkanlar lap nağıllar aləminə bənzəyir!

 

1.Hidden Beach, Meksika 

Dünyanın ən qəribə və maraqlı yerləri


Davamı →

Dünyanın İLKLƏRİ | 7 Maddədə

 

Dünyada ilk dəmir yolu
Dünyada ilk dəmir yolu 1825-ci ildə İngiltərədə çəkilmişdir. Bu nailiyyətdən uzun müddət sonra almaniyalı elektrik mühəndisi Ernst 274 metr uzunluğunda elektrikləşdirilmiş dəmir yol xətti üzərində ilk elektrik lokomotivini nümayiş etdirdi. Bu lokomotiv buxarla işləyən lokomotivlə müqayisədə daha səssiz və təhlükəsiz olmaqla yanaşı, ətraf mühitə də az zərər vururdu.

 


Davamı →

"Dünya sənin, dünya mənim" mahnısı

“Dünya sənin, dünya mənim” — Məmməd Arazın sözlərinə Niyaməddin Musayev tərəfindən bəstələnən mahnı

Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin…


Davamı →

Qaçış



Bəlkəbu gecə mən də
Olum bir azca uşaq.
Qaçım dərdsiz, qayğısız,
Bir azca olum şıltaq.

Qaçım yumub gözləri,
Qaçım hayana gəldi.
Dünya da kı… qoy qalsın,
O, əzəldən belədir.

Dünya öz qayğısında,
Bəlkə itib yaddaşı.
Bəlkə bizləri görmür,
Ya saymır, uzaqbaşı.

Bizdən dünyaya nə var?
Dünya öz işindədir.
Deyirlər, dünya dərdi
«Tabut, beşik dərdidir» (1).

Bəlkə oyuncağıyıq
Bu ərköyün uşağın.
Söz var: «Dünya da qaçır
Başdan alıb papağı» (2).

Məndən dünyaya nə var,
Dünya da mənlik deyil.
Mənimki ötəridir,
Beş-on misralıq meyil.

Qaçıram hara gəldi,
Bu dünyanın əlindən.
Bir gecəlik azadə,
Bir şeirlik küləyəm.

Bu şeirlə qaçıram
Bu gecə bu dünyadan.
Çox da ki qaç, bitəcək
Bu şeir də sonunda.

Uzun-uzun yazmaqla,
Qaçmağın nə mənası?
Gözlə, indi gəlirəm,
Salam, qayğı dünyası.

Cavidan Hacıyev


_____________________________________________
(1), (2) — www.youtube.com/watch?v=SZu_QHd6ppw
 

Davamı →

Dünyanın əvvəli - Kənan Hacının hekayəsi

Günəş göy üzündə gülümsəyirdi. Yaddaş pilləkənləriylə günəşə doğru bir qoca aram-aram qalxmaqdaydı. Qalxdıqca sanki cavanlaşırdı. Adam cidd-cəhdlə dünyanın lap əvvəlinə gedib çıxmaq istəyirdi...
Adəmlə Həvva sanki qədim xalçanın üzərində uzanmışdılar. Ətrafda buludlar ağır-ağır süzürdülər. Əyilib lap ehtiyatla dodaqlarını Həvvanın saçlarına toxundurdu. Həvva üzündə nəfəs duyub gözlərini açdı. Adəmi, onun gözlərindəki sonsuz məhəbbəti görüb qollarını ərinin boynuna doladı və «həyatım mənim, — dedi, — axır ki, gəlib çıxdın».
Adəm onun gözlərinə baxa-baxa düşünürdü ki, bəs deyirlər, insanın gözləri qocalmır? Yalan söhbətdir. İnsanın gözləri də qocalırmış, yoxsa Həvvanın o işıqlı, iri, qaynar gözləri indi belə yorğun, üzgün, kədərli olmazdı. Ürəyindən keçən hissi büruzə verməməyə çalışdı. Həvvadan nəsə gizlətmək olardımı? Ərinin gözlərində görünüb tez də itən kölgəni sezdi.

Davamı →

Göydələn mağaralar

XX yüzilliyin sonlarına doğru, elmi-texniki tərəqqinin artan uğurları fonunda yaxın onilliklərlə bağlı optimist hesablamalar xeyli artmışdı. Bir çoxları dəhşətli dərəcədə utopik görünsə də, ümid edirdilər ki, həmin uğurlar təfəkkürlərdə də ciddi inqilaba, köklü dəyişikliklərə gətirib çıxaracaq; dünya əsrlərdir əlbəyaxa olduğu əksər problemləri böyük ölçüdə həll edəcək. Məsələn, despotik rejimlər tarix səhnəsindən sürətlə silinməyə başlayacaq, demokratiyanın sərhədləri genişlənəcək, terrorçuluq və separatizm kimi meyllər kəskin azalacaq.

Davamı →

Kitablar haqqında ən maraqlı faktlar

1) Yer üzündə ən qədim kitab “Prissanın papirusu”dur. O, bizim eradan əvvəl 3350-ci ildə yazılıb. Təbii ki, kitabı Fiv şəhərindəki piramidalardan birində tapıblar. Papirusun məzmunu bu gün də tamamilə aktual olan bir mövzuya həsr olunub. Bu, nəsillərin konfliktidir. Papirusun müəllifi gənclərin əxlaqsız, tənbəl və tərbiyəsizliyindən şikayətlənir. Göründüyü kimi, beş min ildən də artıq bir müddət ərzində heç nə dəyişməyib. 

2) Ədəbiyyatşünaslar Şekspirin əsərlərində işlənən “sevmək” sözünü sayıblar. Bu söz sənətkarın əsərlərində 2259 dəfə, ”nifrət” sözü isə cəmi-cümlətani 229 dəfə işlənib.   

3) Ən darıxdırıcı kitabların siyahısına “Hərb və sülh”, “Cinayət və cəza”, “Uliss”, “Əl-kimya” və “Harri Poter və Od Qədəhi” əsərləri daxildir.  

4) Kitaba görə ən böyük qonorarı şair Oppian alıb. O, iki poemasının – “Balıq ovu” və “Ov” – hər sətrinə bir qızıl sikkə Qazanıb. Kitabdakı sətirlərin ümumi sayı iyirmi min idi. Pul Roma imperatoru Mark Avrelin tərəfindən ödənilib.

5) Dünyada ən çox oxunan kitaba gəldikdə isə birinci yeri “Bibliya” tutur, ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer  Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki “Üzüklər şahzadəsi”nə məxsusdur.  


Ardı →