Düzəltmə isimlər

İsimlərin quruşca üç növü var: sadə, düzəltmə, mürəkkəb.
Sadə isimlər heç bir leksik şəkilçi qəbul etmir. Yalnız qrammatik şəkilçi qəbul etmiş isimlər də sadə isimlərdir. Məs: şeir-şeirimiz, ağac-ağaclar, maşın-maşını, Kitab-kitabdır və s.
Düzəltmə isimlər isə kökdən və leksik şəkilçidən ibarət olur. Düzəltmə isimlər əsasən isimlərə və fellərə leksik şəkilçilər artırmaqla yaranır. Yalnız –lıq4 şəkilçisinin köməyi ilə isim, sifət, say və əvəzlikdən düzəltmək olur. Məs:istilik, düzlük, çoxluq, mənlik və s. Bu cür isimlər mücərrəd isimlərdir.
Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.


Ardı →

İsimlərin quruluşca növləri

İsimlər quruluşca sadə, düzəltmə və mürəkkəbolur.
Sadə isimlər yalnız kökdən və ya kök və qrammatik şəkilçilərdən ibarət olur: Məsələn: kitab, su, şagirdlər, məktəbimizdə və s.
Düzəltmə isimlər söz köklərinə leksik şəkilçilər artırmaqla yaranır. Dilimizin lüğət tərkibindəki sözlərin böyük bir hissəsini isimlər təşkil edir. Dilimizin isimlərlə zənginləşməsində isim düzəldən şəkilçilərin rolu böyükdür. Düzəltmə isimlər, isimlərin özlərindən və fellərdən düzəlir.Bu baxımdan düzəltmə isimlər iki qrupa bölünür: isimdən düzələnlər və feldən  düzələnlər
Davamı →

İsimlərin təsnifi

CLASSIFICATION OF NOUNS

Аzәrbаycаn dilindә оlduğu kimi, ingilis dilindә dә isimlәr mоrfоlоji quruluşunа vә mənаsınа görә müәyyәn qruplаrа bölünür ki, bunа dа ismin tәsnifi dеyilir. Müаsir ingilis dilindә isimlәr mоrfоlоji quruluşlаrınа görә аşаğıdаkı qruplаrа bеlünür:

1. Sаdә isimlәr. Yаlnız bir kökdәn ibаrәt оlаn isimlәrә sаdә isimlәr dеyilir, mәsәlәn:
a girl, a city, a man, a tree, a bird, a chair, a pen və s.

2. Düzәltmә isimlәr. Kök vә аffiksdәn ibаrәt оlаn isimlәrә düzәltmә isimlәr dеyilir, mәsәlәn:
a teacher, friendship, freedom, translation, disarmament, reconstruction və s.

3. Mürәkkәb isimlәr. Iki vә ya dаhа çох kökdәn ibаrәt оlаn isimlәrә mürәkkәb isimlәr dеyilir, mәsәlәn:
an appletree, a bluebell, a pickpocket, a dancing-girl və s.
Ardı →