Dənizə getməyiniz üçün 15 səbəb

Tarix boyu həkimlər dənizə girməyin bir çox xəstəliklərin müalicəsində inanılmaz təsiri olduğunu bildiriblər. Hətta 1769-cu ildə ingilis həkim Richard Russell dənizdən yalnız üzmək üçün deyil, suyunu içmək üçün də faydalanıla biləcəyini iddia etdi. O cümlədən Hippokrat da balıqçıların əllərinin kəsilməsinə baxmayaraq, onlara infeksiya düşməməsinin səbəbinin dəniz olduğunu bildirib.

1. Dəniz suyunun dəriyə faydalı olduğu danılmaz həqiqətdir. Bunun üçün kosmetika və dərman sektorları da dəniz suyundan bolluca istifadə edirlər. Dəniz suyunda olan maqnezium və hidrat, dərinin gənc və parlaq görünməsi üçün əhəmiyyətli bir mineraldır.
Davamı →

Çimərlikdə diqqət olunası 6 nüans

Dəniz suyu, havası, isti dəniz qumu — bütün bunlar əsl sağlamlıq mənbəyidir. Lakin çimərlikdə dincələndə bəzi sadə qaydalara əməl etmək lazımdır ki, bu istirahət sizə ziyan deyil, yalnız fayda versin.

1. Su için!
Çimərlikdə dincələndə mütləq yanınızda təmiz su saxlayın və vaxtaşırı olaraq suyu kiçik qurtumlarla için. Günün altında olan insanda susuzlaşma tez inkişaf edir. Susuzlaşma çox ziyanlıdır — ürək-damar, sinir sisteminin, böyrəklərin fəaliyyətini pozur, qocalmanı tezləşdirir.
Davamı →

Dəniz havasının faydaları

Dəniz suyu və dəniz havası əsl təbii şəfa mənbələridir. Bir çox xəstəliklərin və pozulmaların müalicəsi və profilaktikasında məhz dəniz suyu və havası istifadə olunur.

Dəniz havası faydalı minerallarla olduqca zəngindir, onun tərkibində oksigen və ozon çoxdur, mikroblar, toz və s. ziyanlı maddələr isə yox səviyyəsindədir. Fırtına zamanı dəniz havası xüsusilə faydalıdır.

Dəniz havası tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlara xüsusilə faydalıdır. Dəniz havası nəfəs yollarını təmizləyir və yumşaldır.

Həmçinin dəniz havası sinir sistemi xəstəliklərindən, xroniki stress və depressiyadan əziyyət çəkən insanlara faydalıdır. Dəniz havası bromla zəngindir. Bu maddə sinir sistemini sakitləşdirir.
Davamı →