Uşaqlarda lazımsız antibiotik istifadəsinin zərərləri

Uşaqlarda və körpələrdə antibiotiklər başda olmaq üzrə dərman istifadəsinə diqqət etmək lazımdır. Xüsusilə həkimlə məsləhətləşilmədən verilən dərmanlar, faydadan çox zərər verə bilir. Asqırma, öskürmə və burun axıntısı əlamətləriylə özünü göstərən üst tənəffüs yolu infeksiyalarında, ishal kimi xəstəliklərdə antibiotik istifadəsi təklif edilmir. Infeksiyalarda lazımsız yerə istifadə olunan antibiotiklərin müalicə prosesinə müsbət bir təsiri olmadığı kimi irəli yaşlarda da yan təsirlərə bağlı olaraq qaraciyər, böyrək və ürək xəstəliklərinə  gətirib çıxardır. Körpələrdə və uşaqlarda antibiotik istifadəsində diqqət edilməsi lazım olanlar bunlardır.


Davamı →

Parasetamol

ParasetamolParasetamol əsaslı dərmanların qəbulu reproduktiv funksiyaların pozulmasına və rüşeymin inkişafında problemlərə səbəb ola bilər.

Bir qrup alim 18 yaşdan yuxarı 455 könüllü üzərində aparılan təcrübədən sonra bu qənaətə gəlib.

Qeyd olunur ki, parasetamol əsaslı dərman qəbul edən bütün xəstələrdə cinsi hormonların zəifləməsi müşahidə edilib.
Davamı →

Ağrıkəsici dərmanların ziyanı

Hər bir insan həyatda ağrı ilə üzləşir: baş ağrısı, diş ağrısı, əzələ ağrısı, yanıq və ya travma nəticəsində olan ağrı və s.

Əgər ağrı xroniki (daim) xarakter alıbsa, mütləq həkimə müraciət edin. Belə ağrılar müxtəlif və bəzən çox ağır xəstəliklərin simptomu ola bilər. Lakin adətən əksər insanlar xroniki yox, kəskin ağrılarla üzləşir.

Ağrı ilə mübarizədə xüsusi dərmanlar – analgetiklər istifadə olunur. Onların bir hissəsi ağrını müvəqqəti olaraq aradan qaldırır. Bu preparatlar mərkəzi sinir sisteminə deyil, periferik sinir sisteminə təsir edir.

Davamı →

İllərin təcrübəsindən keçən vasitə - Yodinol

Bəzən həkimlər və böyük dərman biznesi imperiyası 40-50 il bundan əvvəl insanların köməyinə çatan ucuz, lakin effektiv vasitələri məqsədli şəkildə gizlədir, yeni və bahalı preparatların satışına şərait yaradırlar.

Gizli saxlanılan vasitələrdən biri də yodinoldur. Sözügedən dərman vasitəsi neçə-neçə problemə dərmandır. İstənilən aptekdə 70 qəpiyə olan bu vasitə həkimlərə bahalı mazlar, dərmanlar, spreylər yazmağa mane olur. Halbuki yarım əsr əvvəl həkimlərin ən çox istifadə etdiyi preparatlardan biri olub. 

Hər evdə, əlaltında olması vacib olan yodinolun faydalarını təqdim edirik:

Davamı →

Dərmanlardan ehtiyatlı olun!

Bir çox ailələrdə gizli bir küçədə, uşaqların gözünə dəyməyən yerdə ehtiyat üçün içində yod tinkturu olan flakon (birdən kimsə barmağını kəsər), içində gənəgərçək yağı olan şüşə (birdən qarnı ağrıyan olar), başağrısı dərmanı, bint saxlamaq bir adət halını almışdır. Bir hadisə baş verdikdə ehtiyat görülmüş vasitədən istifadə edilirdi. İndi isə elə deyildir. Ailələrin çoxunda, xüsusən şəhər sakinləri arasında evdə nəinki dərman qutusu, hətta tam bir aptek, öskürəyə, başağrısına, revmatizmə, böyrək ağrısına, ürək fəaliyyətinin pozulmasına, təngnəfəsliyə, bir sözlə, nəyə qarşı istəsəniz, az qala bir yeşik dərman tapmaq olar.
Bütün bunlar yalnız həkimin göstərişi ilə qəbul edilsəydi, bəlkə, o qədər də təşviş doğurmazdı. Amma çox vaxt həmin dərmanlar Hafizə xalanın və ya İsmayıl dayının məsləhəti ilə qəbul edilir ki, bunların da bütün tibbi bilikləri yalnız özlərindəki xəstəlikləri müalicə etmək təcrübəsindən, həm də həmişə uğurlu olmayan təcrübədən ibarətdir.


Ardı →

Dərmanlar və onların növləri

Xəstəliklərin müalicəsi və profilaktikası üçün müxtəlif bitki, heyvan və mineral mənşəli maddələrdən dərman preparatları hazırlanır.
Dərman maddələri və dərman xammalı tibbi praktikada işlədilməzdən əvvəl müəyyən üsullarla emal edilir. Bundan sonra dərman maddəsi dərman preparatı adlanır.
Tibdə işlədilən dərman preparatları konsistensiyalarına görə üç növ olur.
1. Sərt və ya bərk dərman formaları (tozlar, kapsullar, tabletlər, drajelər və s.).
2. Yumşaq dərman formaları (məlhəmlər, linimentlər, pastalar, plastırlar, şamlar, kürəciklər, çubuqcuqlar və s.).
3. Maye dərman formaları (məhlullar, inyeksiyalar, damcılar, emulsiyalar, dəmləmələr, bişirmələr, cövhərlər, şirələr, miksturalar yaxud qarışıqlar və s.).
4. Dərman maddələrini təsir növlərinə görə qruplaşdırırlar.


Ardı →