Sizin üçün ən dəyərli olan nədir?

Heç bir şey üçün zaman tapa bilməzsən. Zaman istəyirsənsə, onu yaratmalısan.
Charles Buxton

Bir kişi uşaqlıqda qoca qonşusu ilə çox mehriban idi, onları dost adlandırmaq olardı.

Amma zaman ötür, kollec və digər əyləncələr ortaya çıxırdı, daha sonra isə iş və şəxsi həyat. Gənc insan demək olar ki, hər dəqiqə məşğul idi, onun keçmişi xatırlamağa heç vaxt qalmırdı, o heç yaxınları ilə birlikdə olmaq üçün də zaman ayırmırdı.

Bir dəfə o, öyrənir ki, qoca qonşuları ölüb və qəflətən o xatırlayır, bu qoca ona çox şey öyrədib və ona vəfat etmiş atasını əvəz etməyə çalışıb. Özünü günahkar hesab edən kişi dəfnetmə mərasiminə getməyə qərar verir.
Davamı →

Dəyərin ünvanı

Deməli, qədim zamanlarda ağıllı, kamil və hörmətli bir kişi var imiş. Hər dəfə məclislərdə onu başa yerdə otuzdurar və ona layiqincə qulluq edərlərdi. Bir dəfə yenə bir məclis təşkil olunmuşdu, bu kişi bu dəfə məclisə sadə olaraq gəlmişdi və əyninə çuxasını geyinməmişdi. Belə olan halda isə orda heç kim ona fikir verməmişdi, onu nə süfrə ətrafına keçirmiş, nə də qulluğ olunmuşdu. Adi məclis iştirakçıları kimi bir küncdə oturub qalmışdı.


Başqa bir gün yenə də məclis təşkil olunmuşdu, amma, bu dəfə isə həmin bəy çuxasını geyinib gəlmişdi. Belə olan halda da onu yenə də süfrə başına dəvət edib, süfrədəki təamlardan dadamalarını xahiş etdilər və onaca qulluğ etməyə başladılar. Bu zaman kişi çuxasının ətəyini qabına doğru qaldırıb dedi ki: çuxa nuş elə! Kənardan bunu görən bir nəfər «bəy, siz nə edirsiniz, bu nə deməkdir?» deyə sual verəndə, o da cavabında dedi ki, "əgər ki, qiymət insana yox, onun libasına verilirsə, mən daha nə edim"


Ardı →