Tanrıyla kürək-kürəyə yatan dahi

  • Musiqi
Lüdviq van Bethoven ömrünün ən məşhur çağlarını Vyanada keçirdi. Bu o vaxtlar idi ki, artıq dahi bəstəkarın eşitmə qabiliyyəti daha da pisləşmişdi… Və konsertlərinin notunu hazırlamaq üçün ona köməkçi vermişdilər. Bu yaşlı adam Bethovenin səsini eşidəndə, siçan deşiyini satın alırdı...
 
Sonralar könüllü olaraq Bethovenə köməkçilik edən və bununla bəstəkarın yanında təcrübə keçmək istəyən gənc və istedadlı Anna Holtz Vyana Musiqi Akademiyasının təklifi ilə həmin qoca köməkçinin yanına gəlir. Bethoveni ilk dəfə burada görür. Özü görünməmiş səsi aləmi başına götürən Maestro qoca köməkçini söyüb-təhqir edir. Qoca köməkçi bircə kəlmə deyir:
— Canavar gəldi! Qaç, gizlən!
 
Bethoven əsasını sağa-sola çırpa-çırpa qışqırır, qoca köməkçisini gecikməkdə, işini bacarmamaqda günahlandırır, onu söyüb-təhqir edir. Hətta döyür də! Evdəki əşyalardan birinin arxasında gizlənən gənc və gözəl Anna onun sifətini görəndə dəhşətə gəlir.
Davamı →

Motsart haqqında əfsanələr

Birinci əfsanə. Motsart çox ağıllı idi və o, hər şeydə çox bacarıqlı idi. O, asanlıqla hər şeyə nail olurdu.
Sözsüz, Motsart musiqi aləmində bir dahidir, o, fenomal bacarıqlara sahib idi. Lakin onun şah əsərlərinin arxasında böyük əmək gizlənir. Motsartın dahiliyi 3 yaşından etibarən biruzə olunur. Onun atası, Zalsburq knyazının sarayında xidmət göstərən məşhur pedaqoq və musiqiçi, dərhal oğlunun təhsili ilə məşğul olmağa başlayır. Balaca Motsart öz bacısının ardıyca pyesləri təkrar edirdi və onları asanlıqla yadda saxlayırdı. Artıq dörd yaşında olarkən o, öz ilk konsertini verir, altı yaşında isə klavesina, skripka və orqanda çalırdı. Motsartın ilk turnesi başlayanda onun heç altı yaşı da yox idi. Bacısı Anna ilə o, Avropanın yarısını gəzir. Bir neçə il ərzində onlar Münhendə, Parisdə, Venada, Londonda, Hollandiyada və İsveçrədə konsertlər verirlər.
Davamı →

Motsart

Balaca Volfqanq təbiətcə gülərüz olduğundan yıxılanda ağlamazdı. Anası onun ağladığını cəmi bir dəfə xatırlayır – o da atası Leopold çalğısını saxlayıb körpəni otaqdan çıxardıqda. Bir dəfə axşamçağı valideynləri evdə olmayanda Volfqanq alətə yaxınlaşıb bütün barmaqlarıyla aləti döyəcləyir. Səs kəskin olduğundan fiziki zərbə almış kimi uşaq üz-gözünü turşudur. Sonra ehtiyatla bir barmağını klavişə toxundurur. Eşitdiyi səsdən çox məmnun qalır. Bu gecədən etibarən klavisin onun ən sevimli oyuncağına çevrilir. 3 yaşında klavisində çalır, 5 yaşında alətin virtuoz ifaçısı sayılır, 6 yaşında isə musiqi bəstələyir. 8 yaşında 3 simfoniyanın müəllifi idi. 14 yaşında isə bütün Avropada nüfuzlu sayılan Boloniya Musiqi Akademiyasının üzvü idi.
Davamı →

Volfqanq Amadey Motsart

Motsart (1756 — 1791) dünya mədəniyyətinin ən böyük dühalarındandır. Həyatın sevincli və kədərli anlarını, şən gülüş və ağır faciə obrazlarını eyni təsir gücü ilə canlandıran Motsart musiqisi iki yüz ildən artıqdır ki, insanları heyran edir. Hələ üç yaşında ikən balaca Volfqanq klavesində və skripkada çalır, hətta ilk musiqi əsəri bəstələyirmiş. İstedadının belə erkən yaşından üzə çıxması baxımından dünya musiqisində Motsartın tayı-bərabəri yoxdur. Xoşbəxtlikdən, tale Motsarta qayğıkeş, həssas musiqi müəllimi bəxş etmişdi. Bəstəkarın atası tanınmış musiqiçi və pedaqoq Leopold Motsart balaca Volfqanq və onun istedadlı bacısı Anna Mariya ilə ciddi məşğul olaraq onların qeyri-adi musiqi bacarığını yalnız doğma vətənləri Avstriyada deyil, eləcə də Avropanın müxtəlif ölkələrində — Almaniyada, Fransada, İngiltərədə, İtaliyada və İsveçrədə nümayiş etdirir. «Balaca möcüzə» adını qazanmış Motsart bircə dəfə dinlədiyi melodiyanı asanlıqla təkrarən çalır, verilmiş musiqi mövzusu əsasında qısa bir vaxtda yeni bir əsər yarada bilirmiş. Bir dəfə isə kiçikyaşlı Volfqanq klavişləri dəsmalla örtülmüş klavesində mürəkkəb bir pyesi böyük məharətlə ifa edib dinləyiciləri heyrətə gətiribmiş!


Ardı →

İohann Sebastyan Bax

Bax sənəti dünya musiqi mədəniyyətinin bəlkə də ən yüksək, əlçatmaz zirvəsidir. Bu ecazkar musiqinin fəlsəfi dərinliyi, bədii kamilliyi, yüksək peşəkarlığı əsrlər boyu insanları həyəcanlandırır, düşünməyə vadar edir.
Bax polifonik musiqinin dahi nümayəndəsidir. O bu mürəkkəb bədii üslubun yaradıcılıq imkanlarını xeyli zənginləşdirərək onu yeni zirvələrə yüksəltmişdir.
Bəstəkar Almaniyanın məşhur musiqiçilər nəslinə mənsub olmuşdur. Bu ölkədə yarıciddi, yarızarafat hər musiqiçini Bax adlandırır, soyadı Bax olan hər kəsi isə musiqiçi bilirdilər. İohann Sebastyan Bax (1685-1750) olduqca sadə, təvazökar həyat sürmüşdür. Maraqlıdır — o cür rəngarəng, mürəkkəb hisslərlə dolu musiqini yaradan bir insan həyatı boyu bir dəfə də olsun Almaniyanı tərk etməmiş, Arnştadt, Veymar, Köten, Leypsiq və ölkənin başqa şəhərlərində yaşamış, orqançalan, dirijor, xor rəhbəri vəzifələrində çalışmışdır.
Ardı →