Nikola Tesla-dahilər dahisi

Teslanın adı çəkiləndə elektrotexnika və radiotexnika sahəsində ixtiraları, beynəlxalq maqnit induksiyası vahidi xatırlanır, fırlanan maqnit sahəsi hadisəsinin təsvirini verən, çoxfazalı elektrik maşınlarını və çoxfazalı cərəyanların paylanma sxemlərini işləyib hazırlayan insan, yüksək tezlikli texnika və radiotele avtomatika sahəsinin pioneri xatirimizdə canlanır. 20-ci əsr energetikasının onun kəşfləri sahəsində meydana gəldiyini öyrənirik. Onun kosmik proseslərin elmi təhlilini vermək qabiliyyətindən qürur duyuruq. Nikola Tesla dəyişən cərəyan, enerjinin məftilsiz ötürülməsi problemlərini həll etmiş, ilk elektrik saatlarını, turbinanı, günəş enerjisi ilə işləyən mühərriki ərsəyə gətirmişdir. Tesla bir neçə onilliklər bütün kainat enerjisinin problemi üzərində işləmişdir. O, Günəşi və digər səma cisimlərini hansı enerjinin hərəkətə gətirməsini də öyrənməklə məşğul olmuşdur. Kosmik enerjini idarə etməyi də öyrənməyə, kainatın müxtəlif cisimləri arasında rabitə yaratmağa çalışmışdır. Biləndə ki, onun kəşflərindən bütün bəşəriyyətin geniş istifadə etməsinə baxmayaraq, adı və əməlləri az qala unudulmuşdur, əslində bütün dövrlərin çox böyük alimi kimi şöhrət tapmış bu alimin barəsində yol verilmiş ədalətsizlikdən əndişələnirsən.

Ardı

Surətpərəst Landau

Bakıda Landau adına küçə var. Adı Eynşteyn, Nilson Bor, Rezerford, Heyzenberq, Pauli kimi alimlərlə bir sırada çəkilən Nobel mükafatı almış fizik Lev Davıdoviç Landaunun bioqrafiyası silinməz cümləylə başlayır. O, Bakıda neft mühəndisinin ailəsində dünyaya göz açıb. Özü belə deməyi sevərmiş: «Mən yanvarın 22-də lord Bayronla bir gündə, amma dahi ingilis şairindən 120 il sonra anadan olmuşam». Atası onu süd içməyə, saatlarla royalı döyəcləməyə vadar etsə də, altı yaşlı uşağa tövlənin divarında təbaşirlə məsələ həll etmək daha maraqlı gəlirdi.  Arıq, çəlimsiz olsa da, bu uşaq yaxşı oxuyur, hətta 12 yaşında rəqəmləri differensasiya etməyi, 13 yaşında isə inteqrasiya eləməyi bacarırdı. Amma gimnaziya bağlanandan sonra evdə oturmağa məcbur olan Landau anasının sözlərini qulağında ömürlük sırğa elədi: «İşsizlikdən insan məhv ola bilər». İntihar haqqında düşündüyü bu dövrdə xoşbəxtlikdən onun əlinə Stendalın «Qırmızı və qara» kitabı düşür və o anlayır: insan o qədər güclü ola bilər ki, öz həyatını istədiyi kimi dəyişə bilsin.

Ardı

Eynşteyn

Eynşteyn uşaqlıqda heç də istadadlı uşaq olmayıb. Hamıya o, inkişafdan qalmış kimi görünürdü, çox gec yeriyib, gec də dil açmışdı. 7 yaşına qədər Albert kiçik frazalardan başqa heç nə danışa bilmirdi. Hətta 9 yaşında da o, səlist danışa bilmirdi. Yalnız 10 yaşından sonra Albertin intellekti və xasiyəti formalaşmağa başlayır. Katolik məktəbə oxumağa verilmiş Albert oxumağa biganə qaldı. Gələcək alimin qiyməti 3-lə 4 arası idi. Uşaqlar hər səhər yürüşə düzülürdü. Bura məktəbdən daha çox kazarmaya bənzəyirdi.

Ardı

Pablo Pikasso

«İncəsənət bizi həqiqəti anlamağa kömək edən yalandır»


Mamaça təzəcə doğmuş donya Mariyaya qorxu hissiylə baxırdı, axı özünə gələn kimi uşağını görmək istəyəcəkdi. Doktor Salvador da təəssüflə cansız uşağa bir daha baxıb siqarının tüstüsünü birbaşa nəfəssiz çağanın üzünə üfürdü. Körpə öz-gözünü turşudaraq çığırmağa başladı. Dünya dahi rəssam və şöhrətpərəst Pablo Pikassonun səsini ilk dəfə belə eşitdi.
Bu hadisə Malaqada, müəllim Xose Luis Blaskonun evində baş verirdi. Həvəskar rəssam olan müəllimin rəsmləri, demək olar ki, bütün şəhərin evlərini bəzəyirdi. Kiçik Pablonun məktəbdən acığı gələrdi, diplomu ona atasına görə vermişdilər. Oğlunun dahiliyini anlayan kimi atası rəssamlığın daşını atıb rəng və fırçaların hamısını ona hədiyyə eləyir. Amma kiçik şəhərdə yaşayıb atası kimi dovşan və quşları rəngləmək onun taleyi deyildi: «Mən ağlım başıma gələcək dövrü gözləyə bilməzdim. Gözləsəydim, sonra ağıl mənə mane olardı».



Ardı

Ölüm ayağında Linkolnun son istəyi

İstifadəçi Cavidin albomundakı bu şəkli gördükdən sonra bu hadisə ilə bağlı bildiyim kiçik bir məlumatı sizinlə bölüşmək qərarına gəldim.


Abraham Linkoln ölüm ayağında


Deyl Karnegi yazırdı: “Mən 10 il Avraam Linkolnun həyatını öyrənmiş və “Naməlum Linkoln” adlı kitabını yazmışam və üzünün köçürülməsinə 3 il vaxt sərf etmişəm. Hesab edirəm ki, Linkolnun şəxsiyyətini və ailə həyatını mümkün qədər dəqiq və ətraflı öyrəndim”.


Avraam Linkoln 1865-ci il aprelin 15-də səhər Butun ona atdığı güllə ilə ağır yaralandı. Linkoln Ford teatrı ilə üzbəüz yerləşmiş otaqlardan birində ölüm ayağında yatırdı. Çarpayı üzərində Roza Bonyorun məşhur “At yarmarkası” rəsminin ucuz reproduksiyası asılmışdır. Hərbi nazir Stenton can verən Linkolnun çarpayısı önündə dedi: “Burada dünyanın nə vaxtısa gördüyü ən qüsursuz rəhbəri yatır”.


“Arvadımı yanıma buraxmayın”. Linkolnun bu xahişinə səbəb nə idi?



Ardı
  • +4
  • 29 avqust 2010, 19:32
  • aran

Özün - Özünü yarat

Bir daha dahilər haqqında
Elə bir vasitə varmı ki, həkim köməyi olmadan, dava dərman olmadan adam öz psixikasını dəyişsin? Bu sual oxucular üçün daha maraqlı ola bilər.
“Dahi” titulu, insana, insanlar tərəfindən verilir. Dahilər bu titulla dünyaya gəlmirlər və bu qabiliyyət irsiyyətə keçmir. Bu titul mücərrəd bacarığa görə deyil, konkret nailiyyətə görə verilir.
Dahilik bəzilərinin təsəvvür etdiyi kimi insan ağlının normadan kənara çıxması, qeyri-adiliyi deyil, onun tam halda təzahürü, təbii imkanlarının aşkara çıxarılmasıdır.
Bəziləri şübhələnə bilər ki, guya dahilik hamıya nəsib olan bir şeydir: “yaxşı çalışsan sən də onu qazana bilərsən”. Dahi, psixikanın imkanlarını öyrənmək üçün həmişə ən qiymətli modeldir.

Ardı
  • +9
  • 03 avqust 2010, 21:23
  • aran

Lütfi Zadə

Professor Lütfi Ələsgərzadə (Lüfti Zadə) 4 fevral 1921-ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədim qoymuş Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi. Atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri oxumuş insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun öz həyat yolunun özü seçməli olduğuna inanırdılar. Bu səbəbdən də I Dünya Müharibəsi illərində Ərdəbil şəhərindən neft və milyonlar şəhəri Bakıya üz tutan Ələsgərzadələr nəslinin davamçısı olan Rəhim burada kommersiya ilə məşğul olmaq qərarına gələndə valideynləri ona bu işdə kömək olacaqlarını bildirdilər. İranda dostları və qohumları vasitəsilə külli-miqdarda kibrit alan Rəhim onu Bakıya gətirib burada satışın təşkil etməklə özünə yaxşı güzəran düzəltmişdir. Biznes fəaliyyəti ilə yanaşı Azərbaycan Universitetinin “Şərqşünaslıq” fakültəsində təhsil alır və İranda həftəlik qəzetlərin Bakı nümayəndəsi kimi də çalışırdı. Bakı şəhərində gələcək həyat yoldaşı Fanni ilə tanış olan Rəhim Ələsgərzadə valideynlərinin razılığı ilə toy edir və Fevral ayının 4-də onların ailəsində oğlan övladı dünyaya gəlir. Lütfi adı daşıyan bu balaca oğlan 16 saylı məktəbə gedir və ömrünün 10 ili bu məktəblə bağlı olur.



Ardı

Kimyaçılar və kimyaçıların həyatından maraqlı faktlar

Kimyaçı və bəstəkar Aleksandr Borodin çox dağınıq fikirli adam imiş. Bir gün o dostlarını evinə qonaq çağırır. Məclisin ən qızğın vaxtında birdən Borodin ayağa qalxır, gedib paltosunu geyir və sağollaşıb getmək istəyir ki, qonaqlar soruşurlar:
Hara belə, Aleksandr Porfiyeviç?
— Sağlıqla qalın, mənim vaxtım yoxdur, evdə olmalıyam. Səhər mühazirəm var. 
Yalnız dostlarının şaqqanaqla güldüyünü gördükdə Borodin başa düşür ki, o öz evindədi.

Ardı