Pikasso qadınları niyə əyri çəkirdi?

Miqren, katarakta və şizofreniya sadəcə günümüzün problemi deyil. Bir çoxunun iş-gücünü, gündəlik həyat tərzini ciddi şəkildə ləngidən bu xəstəliklər dahilərin öz əsərlərini yaratmalarını əngəlləyə bilmədi.

Pablo Pikasso miqrendən, Klad Mone ilə Van Qoq kataraktadan, Luis Vein şizofreniyadan əziyyət çəkib. Əsərləri bu gün milyonlarla ölçülən bu dahiləri adi insanlardan ayıran sadəcə istedadları idimi? Tablolarında xəstəliklərinin təsiri var idimi? İddialara görə Van Qoqun sarısı, kölgəli işıqları, Pikassonun üzü parçalanmış tabloları əslində xəstəliklərinin təsirindən qaynaqlanır.

Göz büllurcuğunun görmə qabiliyyətinin zəifləşməsinə və korluğa səbəb olan donuqlaşması ilə nəticələnən göz xəstəliyinə katarakta deyilir. Bütün dünyada ən çox rast gəlinən, görmə qabiliyyətinin itirilməsinə səbəb olan bu xəstəliyin qarşısı müalicəylə alına bilər.
Davamı →

Məktəbdə kütbeyin olmuş dahilər

Anton Çexov
Rus yazarları arasında öz dərin intellektiylə tanınan A.Çexov uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi.
Davamı →

Riyaziyyatçıların həyatından

Politexnik məktəbinə girə bilməyən Evarist Qalua kral liseyləri üçün müəllim buraxan hazırlıq məktəbinə girməyə məcbur oldu. Evaristdən qəbul imtahanı götürən fizika müəlliminin verdiyi rəy insan axmaqlığına və nadanlığına nümunə ola bilər. Rəydə deyilirdi: Qalua mənə pis cavab verən yeganə adamdır. O, heç nə bilmir. Ondan bir vaxt yaxşı müəllim çıxacağına heç inanmağım gəlmir.

Evarist Qaluanın rəy üçün Akademiyaya göndərdiyi elmi məqaləni akademiklər Lakrua və Puasson başa düşməmişdilər. Puasson rəyində açıqdan-açığa belə yazmışdı: «Biz müsyö Qaluanın sübutlarını başa düşmək üçün var-qüvvəmizi sərf etdik. Onun mülahizələri kifayət qədər aydın və müfəssəl deyildir və buna görə də onların nə dərəcədə dəqiq olması barədə fikir yürütməyə imkan vermir. Biz hətta bu rəyimizdə də əsər haqqında mühakimə yürütmək iqtidarında deyilik.


Ardı →

Alfons Alle

Alfons Alle dünyanın ən qəribə, ən ekssentrik insanı olub desək yanılmarıq.
Hələ Kazimir Maleviçdən əvvəl o məşhur Qara Kvadrat şəklini çəkmiş və adını “Qaranlıq gecədə zəncilərin mağarada döyüşü” qoymuşdu. Qara rəngdən savayı tabloda heç nə görməsən də heç olmazsa mağaranı təsəvvür edirsən, zəncilərin məhz gecəyarısı orda nəyə görə vuruşması haqda düşünürsən:
Битва негров в пещере глубокой ночью (Combate de negros en una cueva, durante la noche)
Davamı →

Dahilərin dəliliyi

Məşhur psixiatr Lambrozo iddia edir ki, dahilik və dəlilik həmişə yanaşı addımlayırlar. Aşağıda göstərilən faktları nəzərə alsaq, bu iddianın yanlış olmadığı qənaətinə gəlmək olar…

Ölüm ayağında olan Malerb baxıcının nitqindəki qrammatik səhvləri düzəldirdi. O, səlis danışa bilməyən keşişin vida duasından da imtina etmişdi.

Kornel, Dekart, Virgili, Addison, Lafonten, Drayden, Nyuton, Mansoni auditoriya qarşısında, demək olar, danışa bilmirdilər.

Dalamber və Menaj ən əzablı cərrahi əməliyyatları sakit qarşıladıqları halda yüngülcə tənqiddən dəhşətə gəlirdilər. Ayağı kəsilərkən Lüçio de Lanseval gülürdü, ancaq Jofruanın tənqidini oxuyub ağlayırdı.
Ardı →

İncəsənət dahilərinin həyatından

KİNO VƏ TEATR

Teatr sahibkarı rus səhnəsinin məşhur artisti Samarini (1817-1885) danlayaraq demişdi: «Dünən Otello rolunu oynayarkən qeyri təbii öldün!» Samarin ona belə cavab vermişdi: «Mən özüm də təəccüb edirəm. O maaşı ki, sizdən alıram onun müqabilində təbii ölmək çətin deyildir!» — demişdir.

«Nəyi özünüzə əsas peşə hesab edirsiniz?» — sualına Adriano Çelentano belə cavab vermişdi: «Mən özümü hər şeydən əvvəl oynamağı sevən bir insan hesab edirəm. Nə vaxt ki, bunu etmək istəyirəm, onda özümü heç nə ilə məhdud edib saxlaya bilmirəm və ağlıma gələn hər şeyi edirəm.»

XIX əsr italyan səhnəsinin məşhur artisti Salvini (1829-1916) bir tamaşa zamanı səhnədə oynayarkən əsərin qəhrəmanı adından «At gətirin mənə, at!» — deyə salona müraciət etmişdir. Bu vaxt tamaşaçılardan biri: «At yoxdur, eşşək var, gətirib gəlim?» — deyə cavab verdikdə: «Gəl, gəl eşşək də olar!» — deyə artist özünü itirməmişdi.
Ardı →

Özün - Özünü yarat

Bir daha dahilər haqqında
Elə bir vasitə varmı ki, həkim köməyi olmadan, dava dərman olmadan adam öz psixikasını dəyişsin? Bu sual oxucular üçün daha maraqlı ola bilər.
“Dahi” titulu, insana, insanlar tərəfindən verilir. Dahilər bu titulla dünyaya gəlmirlər və bu qabiliyyət irsiyyətə keçmir. Bu titul mücərrəd bacarığa görə deyil, konkret nailiyyətə görə verilir.
Dahilik bəzilərinin təsəvvür etdiyi kimi insan ağlının normadan kənara çıxması, qeyri-adiliyi deyil, onun tam halda təzahürü, təbii imkanlarının aşkara çıxarılmasıdır.
Bəziləri şübhələnə bilər ki, guya dahilik hamıya nəsib olan bir şeydir: “yaxşı çalışsan sən də onu qazana bilərsən”. Dahi, psixikanın imkanlarını öyrənmək üçün həmişə ən qiymətli modeldir.
Ardı →

Rus dahiləri

      • Lev Tolstoyun (1828-1910) belə bir maraqlı fikri vardır: «Əgər oxucuya elə gəlirsə ki, oxuduğu kitabı o da yaza bilər, deməli bu kitab yaxşıdır».
      • D.İ.Mendeleyev uşaqlıqda həmişə xəstə olub, vaxtaşırı ağzından qan gəlirdi. Həkimlər belə hesab edirdilər ki, o tezliklə öləcək. Lakin Mendeleyev 73 il yaşadı.
      • İ.İ.Meçnikov, İ.M.Seçenov, D.İ.Mendeleyev, K.E.Sialkovski və b. çar hakimiyyətinin təzyiqlərinə məruz qalaraq, universiteti və akademiyanı tərk etmişlər.
      • Bir dəfə Meçnikov mikroskop altında infuzorlara baxarkən qəribə bir hadisə olub. İnfuzorların regenerasiyasını görmüş, bunu öyrənmiş və məqalə yazıb redaksiyaya göndərmişdi. Redaksiyada məqalənin qəbul edilməsini eşitdikdə Meçnikov qorxmuş və məqaləni geri istəmişdir. Lakin artıq gec idi, məqalə dərc olunmuşdur. Onda İ.İ.Meçnikovun 16 yaşı vardı. İ.İ.Meçnikov (1845-1916) uşaqlıqda botanika ilə çox maraqlanmışdı, hətta herbarilər də düzəltmişdi. Uşaqlıqda onu «balaca alim» adlandırmışdılar. Gimnaziyada Meçnikovun istirahəti musiqi çalmaq idi.

Ardı →

Dahilik dəlilikdirmi?

Böyük çatışmamazlıqlar ancaq böyük insanlarda olur. (Laroşfuko).
Dahilik, bacarıq, istedad və s. və i.a. Maraqlısı budur ki, insanlar fərqli olduğu kimi sadaladığım anlayışları da hərə özünə görə bir rəylə izah edir və bu təbiidir. Məsələn çox yerdə oxumuşam ki, dahiliyin nə olduğunu öyrənməyə çalışır və onu dəlilik kimi də adlandırıblar və bunları özün də araşdıran zaman görürsən ki, deyəsən bunun həqiqətən də doğruluq payı var. Hər halda bu bütün yaradıcı şəxslərə şamil edilmir.

Dahilik bir dəlilikdirmi?!


Ardı →

Dahilərin qəribə iş üslubu

Avstriya bəstəkarı İosif Haydn (1732-1809) Prusiya kralı II Fridrixin ona bağışladığı üzüyünü barmağına taxmamış musiqi bəstələməzdi.

Böyük ingilis şairi Con Milton (1608-1674) başını arxa tərəfə əyməmiş şeir yaza bilməzmiş.

Qədim dövrün ən görkəmli natiqi Demosfen uşaqlıqda pəltək imiş və danışarkən ciddi surətdə kəkələyirmiş. Uzun müddət inadla, təkidlə çalışmaq, məşq etmək, bu sahədə bütün iradə qüvvəsini səfərbərliyə almaq nəticəsində o, bu fiziki qüsuru aradan qaldırmağa və hətta öz dövrünün ən mahir natiqi olmaq səviyyəsinə nail olmuşdur.
Ardı →