Şərq təbabətinin sirrləri

1. Təbəssümün müalicəvi gücü
Gözlərinizlə həmişə ürəkdən gülümsəməyi və ürəyinizi sevgi ilə doldurmağı unutmayın. Bu, bütün xəstəliklərin qarşısının alan profilaktik tədbirdir. Kədərli, qəzəbli, depressiv olduğunuz, ağladığınız və ya sinirli olduğunuz zaman orqanlar zəhərlər ifraz edir, ancaq xoşbəxt, xoşsimalı və gülərüz olsanız, bədən bal kimi şəfalı maye ifraz edəcək.
Heç kim üçün sirr deyil ki, bu gün biz monoton həyat yaşayırıq, hər gün təlaş içində harasa tələsirik. Çoxları üçün iş gününü baş ağrısı ilə başa vurmaq adət halına gəlib. Ətrafınızda və içərinizdə yığılan təzyiqlə bir şey etmək lazımdır. Nə qədər qəribə olsa da, bunun qarşısını almaq üçün heç nə etmək lazım deyil. Sadəcə çıxılmaz vəziyyətlə üzləşərkən onun sizi udmasına icazə verməyin. Bunun üçün hər kəsə, hətta tanımadığınız insanlara da gülümsəmək lazımdır. Belə sadə bir hərəkət sayəsində dünya dəyişir və sizi təhdid edən böyük bir narahatlıq hissi fikirlərinizi yavaş-yavaş tərk etməyə başlayır.

Davamı →

Uşağı danışmağa öyrədirik

Nitqin inkişafında müxtəlif pozulmaları olan uşaqların sayı ildən ilə artır.
Bu məqalədə mütəxəssis defektoloqlar və loqopedlərin uşağın nitqinin inkişafına yönəlmiş sadə məsləhətləri toplanıb.
Beləliklə,
— Əgər siz uşağın nitqinin normal inkişafını istəyirsinizsə, körpə vaxtından uşaqla danışın, ona mağnılar, laylalar, uşaq şeirləri oxuyun. Bu çox vacibdir! Uşağı yedizdirdikdə, geyindirdikdə və s. bütün hərəkətlərinizi sözlərlə müşayiət edin.

Davamı →

Dil necə formalaşır?

Doğulan hər hansısa körpə heç bir söz eşitməyəcək şəkildə izolyasiya edilərək böyüdülsə o, hansı dildə danışar? Və ya danışa bilər mi? Tarix boyunca müxtəlif şəxslər bunu başa düşmək üçün eksperimentlər aparmışdır:
 
1. Bu barədə ilk eksperiment 2700 il əvvəl Misirdə Firon Psamtik tərəfindən aparılıb. O, məsələni öyrənmək üçün 2 uşağın izolyasiya edilərək böyüdülməsini əmr verir. Sonda uşaqlardan biri «bekos» sözünə bənzər səs çıxardır, hansı ki, Frigya dilində "çörək" deməkdir. Firon uşağın ac olduğunu və ilk sözünün Frigya dilində olduğundan bəşəriyyətün dilinin bu dil olduğu qənaətinə gəlir.
Davamı →