Depressiya | Ailənin ən təhlükəli düşməni
Ardı
- ?
- 28 dekabr 2011, 12:18
- Bakılı
- şərh əlavə et
Qadınlarda depressiya | Ailənin ən təhlükəli düşməni
Yaxşı məlumdur ki, depressiya sosial adaptasiyanın pozulmasıyla müşayiət olunur. Bu hal xüsusilə də qadınlarda özünü daha qabarıq biruzə verir. Belə ki, kişilər depressiv vəziyyətdə emosiyalarını gizlətməyə meylli olurlar. Qadınlarda isə, əksinə, depressiya ictimai münasibətlərin daha geniş aspektini əhatə edir. Lakin depressiya güclü cinsin nümayəndələrini də möhkəm silkələyir.
Ardı
- ?
- 22 sentyabr 2011, 17:03
- Bakinets
- şərh əlavə et
Depressiyaya səbəb vasvasılıq.
Həm evdə, həm də ofisdə daim təmizlik işləri aparan insan zərərli bakteriyalarla yanaşı, orqanizmin fəaliyyəti üçün faydalı olan virusları da məhv edir.Daha əvvəl sübuta yetirilibdir ki, bəzi bakteriyalar insanın immun sisteminin möhkəmlənməsi, orqanizmin müxtəlif iltihab proseslərinə və allergik reaksiyalara müqavimətinin artması üçün zəruridir. Tədqiqatlar nəticəsində sübuta yetirilmişdir ki, lazımi bakteriyaların çatışmazlığı insan beyninin fəaliyyətinə mənfi təsir göstərir. Beyin əhvalı yüksəldən," xoşbəxtlik hormonu«deyilən bioloji aktiv maddə serotonin hasil etmir.Tədqiqatın müəllifi Endryu Millerin fikrincə, ruh düşkünlüyü immun sisteminin fəaliyyətindən asılıdır. Yaşa dolduqca insanın immun sistemi inkişaf edir və möhkəmlənir. Külli miqdarda bakteriyaların və parazitlərin müqavimətinə məruz qalan immun sisteminin onların təsirini məhdudlaşdırmaq imkanları artır. Hazırda ətraf mühit çox təmiz olduğu üçün immunitetimiz infeksiyalarla səmərəli mübarizə apara bilmir.Alimlərin fikrincə, Qərbdə insanlar depressiyadan inkişafda olan ölkələrə nisbətən daha çox əziyyət çəkirlər, çünki onların immun sistemi zərərli bakteriyalara qarşı mübarizəyə uyğunlaşmamışdır. Məsələn, Böyük Britaniyanın hər on sakinindən biri depressiyadan əziyyət çəkir, halbuki Nigeriyada bu xəstəliyin əlamətlərinə hər yüz adamdan birində təsadüf edilir.
/azərtac/
Depressiya testi
1- Kədərli və boş hiss etmə
2- Günün böyük hissəsində maraq/əlaqə azalması və zövq alma azalması
3- Səbəbsiz kilo artırma və ya itirmə
4- Yuxusuzluq və ya həddindən artıq uyğunlaşmaya
5- Yersiz həddindən artıq hərəkətlilik və ya keylik
6- Davamlı və səbəbsiz yorğunluq, əldən düşmüşlük və enerji itkis(n)i
7- Dəyərsizlik və günahkarlıq duyğuları
8- Düşünmə konsentrə olma bacarığının azalması, qərarsızlıq
9- Ölüm və intihar düşüncələri, intihar planları etmək.
- ?
- 18 may 2011, 01:39
- fuad784
- şərh əlavə et
Depressiyadan qurtulun
Depresiyya nədir? Psixoloji olaraq insanın sarsılması, əhvalının pisliyə doğru dəyişməsidir. Günümüzdə bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Çox zaman işdə uğursuzluq, həyatda uğursuzluq, münasibətdə uğursuzluq hamısı depressiyaya yol açır. İnsan həyatdan küsür. Hər şey ona qara rəngdə görsənir. Tənhalıq, qaranlıq bir növ onun üçün qurtuluş olur. Lakin bu hal insanı daha da yoxuşa aparır.
Bəs depressiyadan çıxmaq üçün nə etmək olar? Bildiyimiz kimi, qida insan orqanizminə böyük təsir edir, insanı gümrah tutur. Beləliklə depresiyyadan xilas olmağın yolu YEMƏYİ sevin. Amma çoxda yeməyin çünki bu sizdə ağırlıq yara dilər. Çalışın yüngül yeməklərə üstünlük verin. Meyvələr çox önəmlidir. Gündə maye qəbulunu unutmayın. Soyuq havalarda depressiyaya düşmüsünüzsə kafeinli içkilər xaric çalışın daha çox maye qəbul edin.
Bəzən insanlar depressiya zamanı yeməkdən uzaqlaşır. Bu isə ən böyük səhvdir. Çünki beləliklə depressiya vəziyyətini ağırlaşdırmış oluruq. Unutmayın ki, depressiya bir xəstəlikdir. Bundan əlavə və ən əsası ruhun qidasıdır. Qəlbinizdə Allah olduqca siz depresiyyadan uzaq olarsınız. Çalışın bu mövzularda kitablar oxuyun, mahnılara qulaq asın. Çünki ruhun qidası imandır. Allah hər birinizi depressiyadan qorusun.
- ?
- 16 aprel 2011, 10:44
- Old Baku
- şərh əlavə et
Depressiya və xanımlar
Hər birimizin həyatında baş verən ruh düşkünlüyü vaxtaşırı baş verən bir prosesdir.Lakin bu kədər dolu ab-hava uzun müddət davam edərsə, deməli, biz depressiyadan əziyyət çəkirik.Depressiyanın müxtəlif növləri vardır ki,bunlardan da bəziləri, hətta aylarla davam edib, həyat fəaliyyətimizdə böyük problemlər yarada bilər.
Ardı
7. Əhəmiyyətsiz işlərin sizi kədərləndirməsinə imkan verməyin
Yəqin ki, bütün ömrüm boyu unuda bilməyəcəyəm bir dramatik hadisə belə vaqe olmuşdu. Bunu mənə Nyu-Cersi ştatındakı Meylluvudda yaşayan Robert Mur danışmışdır.
O, dedi ki, «mən həyatımda ən vacib dərsimi 1945-ci ilin mart ayında aldım. Mən bu dərsi Hindi-Çin sahillərində dənizin 276 fut dərinliyində olarkən aldım. Mən də „Bayya C.C-318“ sualtı qayığında olan səksən səkkiz nəfərdən biri idim. Radarın köməyi ilə biz aşkar etdik ki, bizim tərəfə yaponların kiçik konvoy gəmisi yaxınlaşmaqdadır. Biz hücuma keçmək üçün səhərə az qalmış dərinə endik.
Ardı
Depressiya əlamətləri
Elə psixoloji problemlər var ki, onlar haqqında hamımızın bilməyi vacibdir. Deyərdim ki, depressiya da haqqında bilməyimiz vacib olan ən əsas problemlər sırasındadı. Çünki ətrafımıza diqqətlə baxsaq hansısa ailə üzvümüzün və yaxud hansısa dostumuzun depressiyada olduğunun fərqinə vara bilərik. Bu səbəbdən sizə depresiya haqqında məlumat verməyə çalışacam.
Ardı
