Yedikcə arıqladan 10 qida

1. Qatıq
Qatığın 100 qramında yalnız 50 kalori var və uzun müddət tox tutur. Qatığı səhər yeməyində, naharda, şam yeməyində və ara yeməklərində də yeyə bilərsiniz. İstəsəniz, meyvə, çərəz, bal, mürəbbə ya da təzə göyərtilər əlavə edərək daha fərqli dad əldə edərsiniz. Axşamüstü acdığınızda şirniyyatla çay içmək əvəzinə süzmə qatığın içinə nanə, cəfəri, şüyüd, xiyar əlavə edib, yanında da tam taxıllı bir dilim çörək yeyə bilərsiniz.

Davamı →

Darçınlı süd

Arıqlamaq bir çox qadının ortaq arzusudur. Xüsusilə yaz və yay aylarının gəlişi çəkisindən narazı olan xanımları təşvişə salır. Daha incə geyimlərin bədən formanızı aydın şəkildə büruzə verməsi ola bilər ki, sizi də narahat edir.

Yay aylarına keçdikcə isə çimərlik mövsümü yaxınlaşacaq. Bu da xanımların ideal bədən quruluşuna sahib olmağı daha çox arzuladığı bir mövsümdür. Elə bunu nəzərə alaraq sizə effektiv arıqlama içkisinin reseptini təqdim edirik.

Tərkibi:
— 1 stəkan az yağlı süd,
— 1 çay qaşığı darçın,
— 1 dənə mixək.

Hazırlanması:
Bütün ərzaqları qarışdırıb istər isti, istərsə də, soyuq şəkildə gecə bir stəkan içirik. Xüsusilə yatmazdan bir neçə saat qabaq içilməsi məsləhətlidir. Əgər mixək yoxdursa, sadəcə darçın və süd içmək də faydalı olacaqdır.

Gündəlik pəhrizdə su

Su bədən çəkisinin 60%-ni əhatə etməklə, bədənimizin ən vacib komponentidir. O, bir çox önəmli bioloji və fizioloji funksiyalar yerinə yetirir. Ona görə də, bədəndə onun səviyyəsini yeniləmək lazımdır.

Su bədəndən müntəzəm olaraq böyrəklər, ağ ciyərlər və dəri vasitəsilə xaric olunur. Su itkisinin əsas yolu böyrəklərdir. Bu xaricolma çox dəyişkəndir və bədənin hidratlaşmasından asılıdır. Gündəlik adətən, 1.4 litrdir.

Ağ ciyərlər alveolda havanı rütubətləndirmək üçün su itirir. Nəfəs alınan hava qurudursa, bu yolla daha çox su itirilir. Bu itkilər fiziki aktivlik və artan bədən temperaturu ilə çoxalır. Buna görə, gündəlik adətən 0.3 litr su itiririk, amma bu rəqəm 2 litrə qədər qalxa bilər! Dəri də həmçinin, su ifraz edir. Bu tərləmə ilə olur. Biz hiss etməsək belə, tərləyirik. Adətən, bu yolla gündəlik 0.5 litr su itiririk. İntensiv fiziki aktivlik və ətraf temperaturun qalxması zamanı bu rəqəm 1.5-2 və ya daha çox litrə qədər arta bilər.
Davamı →

Akupressura masajı

Akupressura nədir?
Akupressura qədim Çin təcrübəsinə əsaslanan nöqtəvi masaj növüdür. Bu masaj fəal nöqtələrin stimulyasiyasına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Çin təbibləri iddia edir ki, artıq çəki ilə belə asan və xoş bir mübarizə üsulu ağrısız arıqlamağa kömək edir və bədənə günrahlıq bəxş edir. Lakin başlanğıc üçün əsas 5 nöqtəni tapmaq lazımdır.
Davamı →

Sürətlə arıqlamaq üçün 3 qayda

İnsanda maddələr mübadiləsi və ya hormonal pozulmalar yoxdursa, müəyyən qaydalara əməl etməklə çox tez və asan arıqlamaq mümkündür. Sizə tez arıqlamaq üçün 3 çox sadə qayda təqdim edirik:

1. Qidalanmada karbohidratları məhdudlaşdırın
Məhz karbohidratlar kökəlmənin əsas səbəbidir. Arıqlamaq üçün 1 həftə ərzində tərkibində çoxlu miqdarda karbohidratlar olan məhsullardan tam imtina edin.
Davamı →

Kərəviz ilə arıqlayın

Kərəviz alma və ispanaq kimi az kalorili qidalar sinfinə aiddir. Bu bitki orqanizmimizə çox faydalı olmaqla, onu toksinlərdən təmizləyir, çəki atmağa kömək edir və qaraciyərimizin dostudur.

Kərəviz kürü
Bu kürünü 72 saat içində gündə 3 dəfə qəbul etməlisiniz. Amma bu kürünü qəbul etdiyiniz zaman qidalanmanız yüngül yeməklərdən ibarət olmalıdır, bol su içməlisiniz.

Lazım olanlar:
Kərəviz – 5 dənə (saplaqları olacaq)
Limon — 3 dənə Su – 6 st Cəfəri – 1 kasa (doğranmış)
Davamı →

Arıqlamaq üçün psixoloji məsləhətlər

Arıqlamaq öncəliklə insanın beynində başlayar. Özünüzü arıqlamağa hazırlamaq üçün bir neçə psixoloji məsləhət verəcəyik. Əgər siz də çəki vermək və incəliyinizi qorumaq istəyirsinizsə, buna mane olan psixologiyanızı dəyişdirməlisiniz. Necəmi?

Doyduğunuz an yeməyi kənara qoyun
Bəslənmə davranışlarınız haqqında qərar vermək və yalnış olanları dəyişdirmək, əlsində yalnız sizə qalmışdır. Bu haqda mütləq şüurlu davranmağa çalışın. Bunu ağlınızdan çıxarmayın, doyduqdan sonra yediyiniz hər tikə bədəninizə çəki olaraq yerləşər. Doyduğunuzda çəngəli əlinizdən kənara qoymağı alışqanlıq halına gətirin. Boşqabınıza yeməyinizi kiçik porsiyalar halına gətirin. Zamanla aldığınız kiçik porsiyalarla doymağa başlayacaq və ikinci bir porsiyanı almağa ehtiyac görməyəcəksiniz.
Davamı →

Gİ pəhrizi

Gİ pəhrizi nə deməkdir?
Gİ pəhrizinin açılışı glisemik indeksdir. Bu pəhriz çəkilə bağlı problem yaşayanlar və ya sağlam qidalanmaq istəyənlərin əvəzolunmazına çevrilib. Belə ki, Gİ pəhrizini saxladığınız zaman gün ərzində 1200 kalori enerji qəbul edirsiniz. Təqdim edəcəyimiz pəhriz menyusu da məhz bu nəticəyə uyğun hazırlanıb.

70 kq-dan artıq çəkiyə sahib olanlar üçün Gİ pəhrizi
Səhər yeməyi
1 ədəd yumurta (qaynadılmış və ya az miqdarda yumurta pomidor halında)
4 xörək qaşığı süzmə pendir
5-6 ədəd zeytun və ya 1 desert qaşığı zeytun yağı
Davamı →

Dadsız yeməklər beyinin fəaliyyətini pozur

Xayfa Universiteti (İsrail) alimləri 5 il ərzində müxtəlif pəhrizlərin insan beyninə olan təsirini araşdırırdı. «Komsomolskaya pravda»nın məlumatına görə, araşdırmalar göstərib ki, pəhriz saxlayan insanların bir çoxunda müəyyən müddətdən sonra müxtəlif nevroloji pozulmalar, o cümlədən nevroz və depressiya inkişaf edir.

Alimlər aşkar ediblər ki, dadsız qida insanın emosional fonuna olduqca mənfi təsir edir, insanı əsəbi, səbirsiz, gərgin edir. Bu isə nevroloji pozulmalar üçün "əlverişli" şərait yaradır. Əgər insanda pəhrizə «oturmazdan» əvvəl psixoloji və nevroloji problemlər olubsa, pəhriz zamanı bu problemlər daha da artıq və dərinləşir.
Davamı →

Yumurta pəhrizi

Yumurta ağır və çətin həzm edilən qida olsa da, onun hazırlanmasından çox şey asılıdır. Yumurta nə qədər çox bişsə və ya qızardılsa, orqanizmdə o qədər yavaş həzm edilir. Həkim-diyetoloqlar ilıq bişirilmiş yumurtanın həzmi üçün bir-iki saat kifayət etdiyini söyləyirlər. Bərk bişmiş yumurta və ya qayğanağın həzm edilməsi üçün ən azı 3 saat vaxt lazımdır. Əslində yumurta kalorili qida deyil, arıqlamaq istəyənlər üçün unikal məhsuldur.

Özündə orta hesabla 80-100 kkal saxlayır və bütün kalorilər yumurtanın sarısındadır. Yumurta pəhrizi rejimindən əvvəlki çəki ilə pəhrizdən sonrakı çəki arasında çox böyük fərq olur. Pəhrizə əməl etməklə 4 həftədən sonra çəki 20-28 kiloqrama qədər aşağı düşür. Qidalanma rejimi zamanı hər hansı məhsulu başqası ilə əvəz etməyə icazə verilmir.
Davamı →