Danışmaq, ünsiyyət qurmaq insanın sosial həyatında önəmli proseslərdəndir. Səlist danışıq, aydın dil hər kəs tərəfindən xoş qarşılandığı halda kəkələmək, fikrini izah edə bilməmək, ən pis halda isə danışa bilməmək insanlar arasında elə də xoş qarşılanmır. Belə insanlar hər zaman ətrafdakılar tərəfindən «yazıq», «bəxti gətirməyən» adlandırılırlar.
Elə buna görə də körpənin dil açması valideynləri tərəfindən böyük bir sevinclə qarşılanır. Əksər ailələr isə uşaqlarının danışmaq ərəfəsində onların sadəcə susub baxmasını izləyirlər. Lakin hər susan uşaq sonuna kimi danışmayacaq, yaxud dilində qüsuru olacaq demək deyil. Vaxtında nəzarət olunan və aşkarlanan problemləri aradan qaldırılan uşaqlar gələcək həyatlarında da maneələrlə üzləşmirlər.
Nevroloji səbəblər, uşaqlarda anadan gəlmə spastik xəstəliklər, autizm uşaqların gec dil açmasına səbəb olur. Əsasında isə sinir sistemindəki pozğunluqlar durur. Menengit, zədə, damar mənşəli xəstəliklər, əzələ xəstəlikləri, beyinə təsir edən infeksiyalar da uşaqlarda dil və danışma pozuqluğuna səbəb olur.
Loqoped Fəxriyyə Babaşovanın sözlərinə görə, əgər uşaqda baş-beyinlə əlaqəli heç bir xəstəlik yoxdursa, onda uşağın gec danışması elə də qorxulu sayılmır: «Dəqiq olaraq bir yaş deyə bilmərik ki, bu yaşda uşaq mütləq danışacaq. Danışma yaşı uşaqdan-uşağa dəyişən bir prosesdir. Elə uşaq var ki, onlar 4-5 yaşlarında dil açır və heç bir dil problemi olmadan rahat fikrini izah edə bilir.
Ardı →