Qüds sindromu

Qüds sindromu — qərbdə Yerusəlim adı ilə tanınan bu problem, eyniadlı şəhəri ziyarət edən turistlər arasında yayıldığı üçün məhz belə adlandırılmışdır. Dini psixozla müşahidə olunan sindrom ilk dəfə 1930-cu illərdə yəhudi psixiatr Heinz Herman tərəfindən elmə gətirilib. Sindromun yaranma səbəbi Qüdsü ziyrət edən turistlərin, şəhərin dini aurasından, mistikasından təsirllənməsidir. Qüds hər 3 din üçün müqəddəs yer olduğu üçün elə ən çox bu dinlərin nümayəndələri arasında müşahidə olunur. Əlamətləri bunlardır:- dini məzmunlu sayıqlamalar- ağ paltar geyinmə- saçı, saqqalı, dırnağı tez-tez səliqəyə salma, tez-tez yuyunma, moizələr oxuma. Eyni zamanda sindromun yaşanma forması 3 cürdür:
I Özünü müqəddəs bir xilasedici, peyğəmbər kimi görmə. Məs: Hz.İsa, Hz.Musa və s. Ən çox Hz.İsa olduğunu, yenidən zühur etdiyini deyənlər qeydə alınıb.
II Ziyarət edərək özlərinin günahlardan arınaraq təmizləndiyini, batininin nurlanaraq aydınlandığını, kamil bir şəxs olduğunu düşünərək insanlara hidayət olunmaqda kömək etmək istəyənlər.
III


Davamı →

Hicab

Hicab nəyə lazımdır?
Örtünmək (hicab geymək) Uca və Qüdrətli Allaha, həmçinin Onun Peyğəmbərinə (s.a.v.) itaət deməkdir.
Uca Allah Özünə və Rəsuluna (s.a.v.) itaət etməyi hamıya buyurmuşdur: «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (ayrı cür hərəkət etmək) yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yolundan açıq-aydın azmışdır» (əl-Əhzab, 36).

Davamı →

Kiçik günahlar

Hər bir insan həyatı aldığı tərbiyəyə uyğun dərk edir. Həyat insanı daim sərt sınaqları ilə yoxlayır, bərkə-boşa salır… Bu həyatda günah və savab deyilən iki amil, fakt var. İstər dini, istər əqli cəhətdən — əməllərimizin iki qütbü var! Ya xeyirli əməl (savab), ya da ziyanlı əməl (günah).

1. Xeyirxah əməl (savab) — bəzən tez-tez eşidirik: «Kiçikdir, anlamır, günahına yazılmır...» və ya «Dəliyə baş qoşma»… Demək, kiçik yaşda olması və ya əqli çatışmazlıqdan edilən əməllər, düşünülmədən edilən, pis niyyətlə edilməyən əməllər günah, pis əməl sayılmır. Amma kiçik uşaq və hətta ruhi xəstə belə kiçik də olsa xeyirxah əməl edə bilər! Atalar misalıdır: «Dəlidən doğru xəbər»… Bir kiçik uşağın böyüyə yer verməsi, zibili təmizləməsi, gücü çatmasa da yardım etmə istəyi əlbəttə, hamıya xoş gələr!

Bir də görürsən ruhi xəstə qəfildən elə bir xeyirxah əməl edir ki, məəttəl qalırsan. «Ağıllı» birinin bədxah əməlinə heç belə çaşmırsan...

Amma bu mövzum «kiçik günah» haqdadır.


Davamı →

İntiqam və düşmənçilik hissi

Allahın insanlara haram bildiyi bir çox sifətlər var ki, onlar içimizdəki qəzəb nəticəsində yaranır.O sifətə malik olan mömin bəndə Xaliq və məxluqdan uzaq olub həmişə əzablar içində yaşayır. Bədxassiyyətli olan bu insanlar haqqında hədislərdə deyilir: ''Pis xasiyyətlər insanı cəhənnəmin ən aşağı qatına aparar''. Bunlardan ikisi intiqam və düşmənçilik hissidir.

İntiqam — sənə edilən pisliyin həcmi qədər pislik, yaxud ondan da çox pislik etməkdir. Bu, din baxımından haram sayılır. Məsələn, qeybət müqabilində qeybət, böhtan müqabilində böhtan və s. bunlar kimi haram işlər.


Davamı →

Yemək və içməkdə halal və haram

Ölü (Leş) dəniz heyvanları icazə veriləndir.

Suda, yalnız suda nə yaşayırsa, yeyilməsi icazə veriləndir. İstər ölü (leş) olsun, istərsə də, diri. Əbu Hureyrə – radıyallahu anhu — rəvayət edir ki, bir kişi gəlib Peyğəmbərdən – sallallahu aleyhi və səlləm – soruşdu: “Ey Allahın Rəsulu! Biz dənizə çıxdığımız zaman özümüzlə az miqdarda su götürürük. Onunla dəstəmaz alarıqsa, içməyə suyumuz qalmaz. Elə isə dəniz suyu ilə dəstəmaz ala bilərikmi?”. Peyğəmbər – sallallahu aleyhi və


Davamı →

Oruc tutarkən diş həkiminə getmək olarmı?

  1. Oruclu halda diş həkiminə müraciət etmək, keyidici iynənin vurulması, yaxud tibbi predmetin ağıza daxil edilməsi orucun pozulmasına səbəb olmaz. Bir halda ki, bu vasitələr ağız suyu ilə qarışsın, sonra çıxarılsın və ikinci dəfə ağıza salınsın, beləcə həmin alətlərin rütubəti, yaxud yeyinti olmayan sair maddələr udulsun

.


Davamı →

Bəsirət gözü nədir və necə açılır?


Bəsirət nə deməkdir ?

“Görmək, qavramaq, bir şeyindən xəbərdar olmaq, intuisiya” mənasını daşıyan “görmə” sözü Quranda təkcə ümumi görmək mənasında deyil, “həqiqəti aşkar etmək, üzə çıxarmaq” mənasında da işlənmişdir. doğru yolu tanımaq, haqqı batildən ayırmaq.” ifadəsi işlədilmiş və bu baxımdan mənəvi korluğun və
Davamı →

Məhəmməd Peyğəmbərin doğum günü

Həzrəti Peyğəmbərin doğum günü rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir.
Mövlud gecəsi Ramazan və Qurban bayramlarından başqa müsəlmanların mübarək saydıqları beş gecədən biridir. Bunlar Rəcəb ayının ilk cümə gününə təsadüf edən Rəqaib gecəsi, həmin ayın 27-sinə təsadüf edən Merac gecəsi, Şaban ayının 15-nə təsadüf edən Bəraət gecəsi və Rəbbiul-əvvəl ayının 12-17-nə təsadüf edən Mövlud gecəsidir. Tarixi və dini mənbələrə görə Məhəmməd

Davamı →

Dini Anlayışlar

Bəşəriyyətin tarixi qədər dinlərin də tarixi qədimdir. İnanc insanın təbii xarakter və ehtiyaclanndandır. İnsan bir şeyə inanmaq və bağlanmaq və ya bir dinə sahib olmaq istəyər. İnsanın digər təbii ehtiyacları kimi bu ehtiyacları da birbaşa yaradıcı tərəfindən verilmişdir. O, bir din göndərmişdir. Bu dini insanlara gətirən və öyrədən isə, yenə də insan olmuşdur. Peyğəmbər, nəbi, rəsul və ya elçi kimi adlandırılan bu şəxslər insanlara doğru dini öyrətməklə vəzifələndirilmişdir. Ancaq, insanlar tərəfindən uydurulmuş dinlər də vardır. Allahın insanlıq üçün seçdiyi və peyğəmbərlər vasitəsilə göndərdiyi din islamdır. İlk peyğəmbər Adəmdən etibarən, son peyğəmbər Hz. Məhəmmədə (s.ə.s) qədər bütün peyğəmbərlərin insanlara təbliğ etdikləri din İslam olmuşdur. Yəni peyğəmbərlər eyni inanc sistemini insanlara təbliğ etmişdirlər.

Davamı →