Avqustinus Avrelius

Avqustinus AvreliusO dövrün ən böyük Qərb xristian mütəfəkkiri Avqustinus Avrelius (Augustinus Aurelius)  olmuşdur. Onun təlimi bir neçə əsr ərzində Qərb xristian kilsəsinin ideologiyasının əsasını təşkil etmişdir.

Avqustinus (354-430) Şimali Afrikanın Taqasta şəhərində anadan olmuşdu. Onun atası bütpərəst, anası isə xristian olmuşdu. O öz təhsilini Taqastada almışdı, sonra Kartacanın ritorika məktəbində davam etdirmişdi. On doqquz yaşında Avqustinus mani dinini qəbul etmişdi. Maniliyin dualist təliminin əlamətləri, Avqustinusun əqidəsində və əsərlərində, Xristianlığı qəbul edəndən sonra da özünü göstərirdi.
Ardı →

IV-V əsrlərdə kilsə ataları

Roma imperiyasının qərbində kilsə ataları yunandilli şərqdə istifadə edilən ekzegetika metodlarından istifadə edirdilər. Onlar yunan fəlsəfəsi və ilahiyyat terminlərini latın dilinə tərcümə edib, iki mədəniyyətin arasında bir körpü rolunu oynamışdırlar.

Patristika dövrünün Qərb mütəfəkkirlərindən biri, Puatye şəhərinin yepiskopu Piktaviyalı Hilarius (Hilarius Pictaviensis) (315-366) olmuşdur. O, Sisseron, Seneka kimi antik filosofların əsərləri ilə tanış olmuşdu. Digər tərəfdən, xristian mütəfəkkilləri olan Origenus, İsgəndəriyyəli Atanasios, Kiprian (Cyprianus) kimi ilahiyyatçıların fikirlərini də öyrənmiş və onlardan bəzilərinin kitablarını yunan dilindən latın dilinə tərcümə etmişdir.
Ardı →

Korpus Areopaqitikum

Dionisius Areopagita533-cü ildə Kalkedon şəhərində monofizitlərlə rəsmi kilsə nümayəndələri arasında barışıq məqsədi ilə konfrans keçirilmişdir. Lakin bu konfransda da mübahisələr olmuşdur. Monofizitlər öz mövqelərini sübut etmək üçün Dionisius (Dionysius) Areopagita adlı bir şəxsin adı ilə imzalanmış 4 risalə və müxtəlif keşişlərə ünvanlanmış məktublar təqdim etmişdilər. Bu əsərlərin hamısını birlikdə «Korpus Areopagiticum» (Corpus Areopagitikum) adlandırırlar. Bu risalələrin adları:

1. «De divinis nominibus» (İlahi adlar haqqında); 
2. «De mystica theologia» (Mistik ilahiyyat haqqında);
3. «De coelesti hierarchia» (Göylərdə hiyerarxiya haqqında);
4. «De ecclesiastica hierarchia» (Kilsə hiyerarxiyası haqqında).
Ardı →

Ümumdünya Kilsə Məclisləri

V. Surikov. Birinci Umumdunya  Kilsə MəclisiBütün Kilsə adından çağrılan yığıncaqlara Ümumdünya Kilsə Məclisi deyilir. Bu məclislərdə dini əqidə ilə bağlı yaranan problemlər həll olunurdu. Ümumdünya kilsə məclislərindən yalnız ilk yeddisi həm Ortodoks (Pravoslav), həm də Katolik kilsələri tərəfindən qəbul olunmaqdadır.

I Ümumdünya (I Nikeya) Kilsə Məclisi (325-ci il). Roma imperatoru I Konstantinus tərəfindən Nikeya şəhərində çağırılmışdır. Bu məclisdə xristian imanı-nın simvolu tərtib edildi. Burada Roma, İsgəndəriyyə, Antakiya və Qüds yepiskop-larının Kilsə üzərində xüsusi səlahiyyətləri təsdiq edildi. Daha sonra bu məclisdəpresviter Ariusun təlimi pislənib, rədd edildi. Belə ki, Arius hesab edirdi ki, Tanrının oğlu (İsa) Atanın ən yüksək məxluqudur və Ondan mahiyyətcə fərqli mahiyyətə malikdir.
Ardı →

İkonaların əleyhdarlarına qarşı mübarizə

O dövrdə daha bir məsələ bütün xristian dünyasının diqqət mərkəzində idi. Bu ikonalara (yunanca “eikon”) münasibət məsələsi idi. Xristianlığın Roma imperiyasında yayılmasından sonra müqəddəslərin şəkillərinin çəkilməsi və onlara edilən ehtiram və sayqı kütləvi hal almışdı. Bu sayqı bir çox hallarda onlara sitayişə çevrilirdi.

Bu ehtiram və sitayişə qarşı etirazlar da mövcud idi. İkonalara qarşı çıxış edənlər onları bütpərəstliyin əlaməti hesab edirdilər. Onların arasında məşhur kilsə tarixçisi Kesariyalı Yevseviy də olmuşdur. Qərbdə isə 305-ci ildə yığılan bir Kilsə Məclisi ikonaların kilsələrdə yerləşdirilməsini yasaqlamışdı. Bundan sonra ikonalara qarşı çıxış edənlərin sayı artmışdı.


Ardı →

Xristoloji mübahisələr

Xristoloji mübahisələrin başlanması 
IV əsrin sonunda, arianlıq tamamilə məğlub ediləndən sonra, İsanın Ata ilə mahiyyətcə bir olması və Tanrının üçlü (trinitar) təbiətə malik olması ideyaları Xristianlığın rəsmi dini doktrinasına çevrildi. Lakin bu qalibiyyət rəsmi Kilsəni yeni problemlərlə üzləşdirdi. Məsələ bundadır ki, əgər İsa Tanrı ilə eyni mahiyyətə malikdirsə, digər tərəfdən isə, bu dünyaya bir insan kimi gəlmişdirsə, onda deməli İsa hər iki təbiətə malikdir. Lakin dünyaya gələn İsada İlahi təbiətin insan təbiəti ilə hansı şəkildə, hansı münasibətdə birləşməsi sualı yaranmışdır.

Bu suallara cavab axtaran kilsə xadimləri uzun müddət sürən bir-birilə mübahisələr aparmışdırlar. Bu mübahisələr xristioloji (yəni, İsa Məsihin mahiyyətinə aid olan) mübahisələr adlandırılmışdır. 


Ardı →

Rəsmi xristian təliminin yaranması

Kappadokiyalı kilsə ataları

IV əsrdə Xristianlıq artıq bütpərəstlik üzərində tam qələbə çalmışdır və Roma imperiyasının rəsmi dövlət dininə çevrilmişdir. Arianlıqla Atanasiosun ardıcılları  arasında gedən çəkişmələr zamanı Roma imperiatorları müxtəlif dövrlərdə öz siyasi maraqlarını rəhbər tutaraq bu iki cərəyanı dəstəkləyirdilər. Lakin sonda Atanasiosun ardıcılları, yəni Atanın oğulla bir ma hiyyətə malik olması  doktrinası tərəfdar ları qalib gəlmişdilər. Məhz bu cərəyan dövlət tərəfindən tanınmış və imperiyanın rəsmi Kilsəsini təşkil etmişdi. Bütpərəstlərlə birlikdə bütün başqa xristian cərəyanları və təriqətləri qadağan olunmuş, onların tərəfdarları isə təqiblərə məruz qalmışdılar.

Bu proseslərlə bərabər, rəsmi xristian Kilsəsinin ideologiyası da yaranmaqda idi. Dini ehkamların sabitləşməsi, onların fəlsəfi əsaslarının işlənməsi,sistemləşdirilməsi işi imperiyanın həm Şərqində, həm də Qərbində gedirdi. Şərqdə bu işi İsgəndəriyyəli Atanasios, Kesariyalı Basilios, Nazianzlı Qreqorios və Nissalı Qreqorios və Yohannes Xrisostomos adlı kilsə ataları etmişdilər. Onlara “kappadokiya ataları” deyirdilər. Qərbdə isə bu iş Mediolanlı Ambrosius, Stridonlu Hiyeronimus, Avqustinus və Böyük Qreqorios tərəfindən aparılmışdır. Bu dövrün patristikasına neoplatonizm ideyaları çox böyük təsir göstrəmişdir.
Ardı →

Xristian ehkamlarının formalaşması dövrü və daxili çəkişmələr

İmperator KonstantinusIV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır. O, bu addımı siyasi səbəblərə görə atmışdı. Məsələ bundadır ki, IV əsrin əvvəllərində xristianlar geniş xalq kütlələrinə təsir etmə imkanı olan təşkilatlar yarada bilmişdilər. Xeyriyyə işləri və axirətdə xilas olma ideyaları imperiyanın ən kasıb təbəqələri üçün cəzbedici görsənirdi. Digər tərəfdən isə, hakimiyyətə qarşı səbrli olmaq ideyaları, onları dövlət başçılarına qarşı üsyan etmə ehtimalının qarşısını alırdı. Eyni zamanda, kilsə tərəfindən müəyyən edilmiş dini qanunları və ehkamları qəbul etmək, keşişlərə tabe olmaq, Xristianlığın prinsiplərindən idi. Bu cür din monarxiya üsul-idarəsi üçün çox əlverişli idi. 

Bunu başa düşən imperator Konstantinus, imperiyada sabitliyə nail olmaq və öz hakimiyyətini möhkəmləndirmək üçün, xristian faktorundan istifadə etməyə başladı. İlk növbədə o, 313-cü ildə, Xristianlığı hüquqi nöqteyinəzərdən, başqa dinlərlə bərabərləşdirən Mediolan fərmanını imzalamışdır.
Ardı →

Latın apologetikası

Roma imperiyasının qərbində də xristian mütəfəkkirləri fəaliyyət göstərmişdirlər. Onlar öz əsərlərini latın dilində yazırdılar.

Minusius Feliks (Minucius Feliks) 
Latın apologetlərindən olan Minusius Feliks II əsrin sonu — III əsrin əvvəllərində yaşamışdır. O, ya İtaliyada, ya da Afrikada anadan olmuşdur, sonra isə Romada yaşamışdır. Onun yalnız bir əsəri – «Octavius» (Oktavius) dialoqu bizim zəmanəmizə çatmışdır. Üslub nöqteyi-nəzərindən bu əsər Sisseronun dialoqlarına bənzəyir. Burada söhbət bütpərəstlik və Xristianlıqdan gedir. Bu əsər, II əsrdə Xristianlıqla bütpərəstliyin arasında gedən polemikanın əsas məqamlarına toxunduğuna görə, çox əhəmiyyətlidir. Dioloq bütpərəst Sesilius (Cecilius) və xristian Oktaviusun arasında Minusiy Feliksin iştirakı ilə gedir.
Ardı →

İsgəndəriyyə ilahiyyat məktəbi

Xristianlığın formalaşmasında apologetlər çox əhəiyyətli fəaliyyət göstərmişdirlər. Lakin o dövrdə Xristianlıq hələ sistemləşmiş bir təlim halına gəlməmişdi. Bütpərəst fəlsəfi doktrinalarda mübarizə aparmaq üçün isə fundamental, sistemləşmiş və hərtərəfli bir nəzəriyyə yaratmaq lazım idi. Ona görə də, bir neçə xristian mütəfəkkiri bu çətin işlə məşğul olmuşdur. Bu işdə ən böyük nailiyyətləri İsgəndəriyyədə II əsrdə təsis edilən ilahiyyat məktəbinin nümayəndələri əldə etmişdirlər. 

Bu məktəb Xristianlığın əsasları ilə tanış olmaq və onu qəbul etmək istəyənlər üçün açılmışdır. Eyni zamanda bu məktəb ən savadlı təbəqələrin xristian təliminə marağı oyatmaq istəyirdi. Lakin bunun üçün təkcə dini ehkamların tədrisi kifayət etməzdi. Ona görə də burada fəlsəfi fəndlərə də böyük əhəmiyyət verilirdi. Dini ehkamlarla antik mədəni və fəlsəfi irsin bir-birinə yaxınlaşması, uyğunlaşması siyasəti aparılırdı. Burada çalışan alimlər bu yaxınlaşmaya nail olmayaraq Xristianlığın yayılmasının mümkün olmamasını anlayırdılar və bu istiqamətdə məqsədyönlü iş aparırdılar.


Ardı →