Niyə qara gündəyik və ağ günə necə çıxaq?

Biraz qara günümüzdən danışaq.


Bu sual ətrafinda illərdir baş sındırıram, cavablar axtarıb tapır və praktik olaraq öz üzərimdə sınamağa çalışıram. Çox irəli getməmiş, bəziləriniz sual verə bilər ki: “Axı biz nə gündəyik ki?” .  Xırda bir xatırlatma edib, problemin həlli istiqamətində variantlar üzərində dayanacam. İlk olaraq ondan başlayaq ki, torpaqlarımızın 20 faizi – Qarabağımız işğal altındadır.  Əgər bir az da dərindən fikirləşsək, hələ Cənubi Azərbaycanımız, İrəvanımız, Göyçəmiz də əlimizdən çıxıb. Bu yerdə nə romantizm və nə də ağlaşma qurmaq fikrim yoxdur, problemin həlli yolların axtarıram. Nə gündə olmağımızı anlamaq üçün davam edək, torpaq problemindən sonra, ölkədə insanlarımızın maddi vəziyyəti elə də ürəkaçan deyil, sübut kimi 4 milyondan çox həmyerlimizin Rusiya bazarlarına üz tutmasını göstərmək olar. Ölkədə qalan vətəndaşlarımızın da vəziyyəti elə də ürəkaçan deyil, bəzilərimiz ya rüşvət veririk, ya da rüşvət alırıq.


Ardı →

İslam ədaləti

İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet xan bütün əsirləri azad etmişdi. Lakin əsirlərin içindən iki keşiş zindandan çıxmaq istəmədiyini bildirdi. Keşişlər Bizans imperatorunun xalqa verdiyi zülm və işgəncəyə görə ona ədalətli olmağı tövsiyə etdiyi üçün zindana atılmışdılar. Onlar da bir daha həbsdən çıxmamağa and içmişdilər.

Bu məsələ Fatehə çatdırıldı. O, əsgərlərini göndərərək keşişləri hüzuruna dəvət etdi. Keşişlər zindandan nəyə görə çıxmaq istəmədiklərini Fatehə də danışdılar. Fateh dünyanı lənətləyən o iki keşişə belə dedi:
Ardı →

Hicrət haqqında ətraflı məlumat

«Kim Allah üçün hicrət edərsə, yer üzündə çoxlu sığınacaq və bolluq tapar. «(Quran, Nisa, 100)


İstər İslam tarixində, istərsə də İslam fiqhində əhəmiyyətli yer tutan anlayışlardan biri də hicrətdir. Lüğəti mənada bu söz tərk etməyi, ayrılmağı, istilahi mənada isə Allahın qadağan etdiyi şeylərdən qəlb, dil və əməllə qaçmağı ifadə edir.


Hicrət özündə olduqca geniş  mənanı ehva edir,  onu təkcə bir yerdən digər yerə köçmək formasında, feli bir əməl kimi qəbul etmək düzgün deyil. İbn Qeyyim (Allah ona rəhmət etsin) hicrəti bədən və qəlbin birgə mühacirəti şəklində izah etmişdir. Belə ki:


Ardı →

Duyğusallıq

Duyğusallıq, insanlara sıxıntılı bir həyat yaşadan və eyni zamanda Allahın Quranda bildirdiyi anlayışa uyğun olmayan, ancaq insanların böyük bir əksəriyyətinin görəbilmədiyi əhəmiyyətli təhlükədir. Hətta, duyğusal olmaq insanlar arasında bəyənilən xüsusiyyətdir. Duyğusallıq sevginin bir təzahürü zənn edilir, halbuki Quran əxlaqından uzaq insanların yaşadıqları daxili bir əzabdır. Gerçək sevgi səmimidir və ürəkdən, açıq-aydın, çəkinmədən, qürur olmadan göstərilən səmimi bir duyğudur. Duyğusallıq isə sevginin gizlənməsindən və ya Allaha duyulmalı  olan sevginin insanların şəxsinə yönəldilməsindən qaynaqlanır. Bu şəkildə davranan insanlar sevgilərini yönəltdikləri kəsləri sahiblənir, hətta onları bütləşdirəcək hisslər bəsləyirlər. Bu səbəblə də davamlı iztirab içində yaşayırlar. Duyğusallıq dinə müxalif olan duyğudur. 
Ardı →

Dinsizlik yoxsa qudurğançılıq

Bir gün gələn bir gün gedir. Bu ki həqiqətdir. Həyatın axarı belədir. İnsan bu dünyaya gələndə sevinirik, o dünyaya köçəndə kədərlənirik. Ayrılıq ağırdır. Amma bununla barışmaqdan başqa çarə yoxdur. Bu dünyada qalanların vəzifəsi isə gedəni son mənzilə yola salmaqdır. Özü də necə? Müsəlman olduğumuza görə şəriət qaydalarına əməl etməklə! Bu en yaxşı seçimdir.

Ardı →

Kəşv edilməyi gözləyən xəzinələr ( II hissə)

Həyatda nə əksək onu da biçərik. İbni Miskeveyh buyurur: «Uşaq valideynlərinin yanında əmanətdir. Onun tərtəmiz ürəyi naxış və sürətdən kənar, aydın və mücərrəd bir cövhərdir. Bu mübarək ürək, özünə nəqş edilən hər şeyə meyillidir. Nə tərəfə meyl etdirilsə oraya meyl edər.» Biz uşağımıza əgər xeyiri öyrətsək, o da xeyir üzərində böyüyər. Dünya və axirətə sahib olar, bizlər də yəni ana və atalar da savabında ortaq olarıq. Əgər şərə alışdırılsa, heyvanlar kimi onlara laqeydlik edilsə, bu halda onlar həlaka doğru gedərək məhv ola bilərlər. Günah da onun tərbiyəsiylə mükəlləf olanın üzərindədir. Necə ki gözəllər gözəli Allahu Təala Quranı Kərimdə buyurur:
Ardı →

Həyatın əsl mənası

Bütün təriflər, bütün həmdlər və sənalar şəriki, ortağı, övladı və bənzəri olmayan hər şeydən böyük olan Allaha məxsusdur. Allahın salavatı və salamı onun rəsulu və qulu, peyğəmbərlərin sonuncusu  olan Məhəmmədə (sav) onun ailəsinə olsun və əshabına olsun.

Yaranmasından ölümünə qədər bəşərin yaşadığı müddət — insan ömrü. İnsan bu müvəqqəti həyatını dünyada keçirir; burada Yaradanı tərəfindən ona nemət olaraq  verilənlərdən faydalanır.  Yaxşı və ya pis işlərlə həyatını keçirir. Bütün bunlardan sonra Allahın hüzuruna qayıdar.

Ardı →

And içmək

Tez-tez rastlaşdığımız böyük and, lakin bu andı heçə sayaraq, unutqan insanların unutqanlığı. İnsan tələsərək və nə dediyinin vərqinə varmadan Uca Allahın adını utanmadan, yalanı Onun yaratdığı qulunun qarşısında doğru qəbul etsin deyə, Allahın adını dilinə gətirərək yalandan and içərək Böyük Yaradana qarşı müharibəyə qalxmış olur. İmam Sadiq (ə) belə buyurmuşdur: “Hər kəs yalan olduğunu bildiyi halda and içsə Allaha qarşı müharibəyə qalxmışdır”.

Pak və müqəddəs Allaha and içmək qadağandır. Bu barədə Quran bizlərə açıqlama göstərir: “Yaxşılıq etməkdən, təqvalı olmaqdan, xalq arasında barışıq yaratmaqdan kənar durmanız üçün Allahı öz and yerinizə çevirməyin. Allah eşidən və biləndir”.

Yalandan and içmək olmaz. Çalışmaq lazımdır yalan and içməkdən insan çəkinsin. Bəziləri yalandan and içməyə vərdiş edib və sanki onu kimsə asacaq. Bu səbəbdən tez-tez and içməyə adət etmişdir. Uşaqların, körpələrin böyüklərdən öyrəndiyi səhv fikirlərdən də biri məhz budur. Onların da Allaha and içərək danışmaları, çox sıxıcı və ürək ağrıdandır. Allah Təala buyurmuşdur: “Mən öz rəhmətimi yalandan and içən şəxsə şamil etmərəm. Hətta məcburi olaraq yalandan and içmək özündən sonra qalan övladlarınıza yoxsulluq gətirər”.

Biz pis mələkələrdən əl çəkməli və bizi günaha aparan əməllərdən çəkinməliyik.

Hazırladı:Zeynəb Aslanova


deyerler.org saytına istinadən


Davamı →

Gülüş barədə hədislər

«Mənim ondan razı, ya narazı olduğumu bilmədiyi halda gülən bəndəyə təəccüb edirəm»

Gülüş haqqında bir neçə hədis topladım. İnsanı düşündürən bu hədisləri sizlərlə paylaşmaq istədim.

“Gülə — gülə günah işlədən adam ağlaya- ağlaya cəhənnəmə gedər”.

“Üç cür adam Allahın qəzəbinə gələr: Tox ola- ola yeyən, gününü yatmaqla sovuran, mənasız yerə gülən”.
Ardı →