Silinməz dostluq

Bir-birini çox sevən iki səmimi dost birlikdə yola düşürlər. Dağlardan, meşələrdən, çaylardan keçib bir səhraya çatırlar. Uzun yol dostlardan birinin ürəyini sıxmağa başlayır. Eyni açılsın deyə dostunun boynuna bir şillə çəkir.
Yorğunluqdan taqəti tükənən, üstəlik də durduğu yerdə şillə yeyən dost qumun üstünə " Bu gün ən yaxşı dostum mənə şillə vurdu " yazır və dostundan " məni niyə vurdun?" — deyə soruşmadan yoluna davam edir.
Ardı →

Biz mehriban ailəyik!

Mehribanlıq səadətdir,
Mehribanlıq səadətdir,
Səadəti yaşadağın.
Ömrün şövqü məhəbbətdir,
Ömrün şövqü məhəbbətdir,
Məhəbbəti yaşadağın.
Ardı →

Dostluq haqqında

— Qardaş dost olmaya bilər,amma dost həmişə qardaş olmalıdır (Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
— Dostluğun birinci şərti etibardır (Jan Labrüer:Fransız yazıçısı və filosofu)
— Mənfəət xatirinə qurulan dostluğa «alver» deyilir (Harold Laski:İngilis siyasətşünası)
— Müharibə igidi,qəzəb müdriki,ehtiyac isə dostu sınağa çəkir (Atalar sözü)
— Dostunun sağ ayağı axsayırsa,sən sol ayağınla axsa ki,dostluğunuz daim müvazinətdə olsun (Jül Renar:Fransız yazıçısı)
Ardı →

Belə bir dostunuz oldumu?

Daim düşüncəli idi.
Susmağı danışmağından uzun çəkərdi.
Lazımsız yerə danışmazdı.
Danışarkən nə həddindən artıq, nə də əksik söz işlədərdi.
Dünya işləri üçün heç özündən çıxmazdı.
Öz mənafeyi üçün əsla hirslənməz və qisas almazdı.
Pis söz söyləməzdi.
Bağışlamaqda səmimi idi, intiqam almazdı.
Düşmənlərini sadəcə bağışlamqla kifayətlənməz, onlara şərəf ve dəyər də verərdi.
Ardı →

Dost necə olmalıdır?

Rəhman və Rəhim Allahın adı ilə! Hamımızın ağız dolusu «dostum» deyib danışdığımız anlar var. Hamımız «dostum» deyəndə kimisə nəzərdə tuturuq.


Bu həyatda hər bir insanın doğma olmayan, lakin çox yaxın, sirdaş saydığı bir dostu var. Həzrəti Əli bin Əbu Talib (r.a) buyurub ki: «Dostunu həddindən artıq çox sevmə, çünki bir gün düşmənin ola bilər. Düşməninə həddindən artıq kin, nifrət bəsləmə, çünki bir gün dostun ola bilər.» Həqiqətən də, bir çoxlarımız illər boyu dost saydığımız bir insandan bəzən xəyanət görürük və aramızdakı əlaqə düşmənçiliyə çevrilir.


Ardı →

Möminlərin dostluğu

Hər insan «yaxın bir dost» axtarışı içindədir. Xoşbəxtliklərini paylaşacaq, çətin anlarında özünə dəstək olacaq, həll olunmamış qaldığı mövzularda həll yolları göstərəcək, özünü qeydsiz şərtsiz sevəcək, sədaqət göstərəcək, qoruyub gözləyəcək, səhvlərinə şəfqətlə yaxınlaşacaq, sağlığında olduğu qədər xəstəliyində və ya yaşlılığında da özünü tək buraxmayacaq insanlar axtarar.
Ardı →

Dost dar gündə tanınar

Onlar yaxşı rəfiqə idilər. Qonşu olduqları üçün hər gün bir — biri ilə qarşılaşır, dərdləşir, söhbətləşirdilər. Ayrılmaz cütlük idilər.


Bir gün bərk xəstələndi. Sətəlcəm olmuşdu. Üç uşaq, qaynana və yoldaşı, ailə böyük idi. İndi nə edəcəkdi? Həkim yataqdan qalxmamağı tapşırmışdı. Qalxsa belə, bir addım atacaq qədər gücü yox idi. Həmişə möhkəmliyi, can sağlığı ilə seçilirdi, bəs indi? Bilmirdi nə etsin.


Dost dar gündə tanınar. Belə də oldu. Rəfiqəsi hər gün yanına gəlir, yemək bişirir, evini yığışdırırdı. O necə də xoşbəxt idi. Dar gündə yanında birisi olması çox yaxşıdı. Xəstə olduğundan çoxdan idi ki, əlini ağdan -qaraya vurmamışdı, Hər yan toz idi. Rəfiqəsi isə «hər şeyi yoluna qoymuşdu». Hər yanı təmizləmiş, yığışdırmışdı. O,, necə də ona minnətdar idi. Lakin xəbəri yox idi ki, bütün həyət ondan danışır. Çünki, rəfiqəsi «hər işini yoluna qoymuşdu» — " Natəmizlik? Belə də yox daa, ödüm ağzıma gəldi, iyrəndim, fuu, mındarçılıq, daha nə deyim" — deyə, hər kəsə onun evinin natəmizliyindən və necə "əziyyətlə" oraları səliqəyə salıb, təmizlədiyini danışmışdı.


P.S Belə dost və onun yaxşılığındansa tək qalsan yaxşıdı.


Müəllif: Zeynalova Vüsalə. M


Davamı →