Gerçək dost

Çox səmimi iki dost və yoldaş idilər. Lakin bir  çox hiyləgər  və hərəkətli, digəri isə çox saf, dürüst və səssiz idi. Bir gün hiyləgər olan dost, digər dostunun yanına gedərək işlərinin pozulduğunu söyləyər və safdan pul istər. Səmimi dostu onu heç qırmaz və əlindəki bütün pulu yoldaşına verər. Dostu bu pulla işlərini düzəldər. Bir müddət sonra hiyləgər olan yenə dostunun yanına gedər və dostuna evlənmək üzrə olduğu nişanlısını çox bəyəndiyini və özünə verməsini istər.Dostu  çox çaşar, nə deyəcəyini bilə bilməz.
Ardı →

Qumdan qala

Bir yaz günü, çimərlikdə oturub, qumlarla oynayan iki uşağı seyr edirdim. Hər ikisi də, dəniz sahilində qapılarıyla, qüllələriylə, tunelləriylə böyük bir qala etmək üçün bərabərcə böyük səylə çalışırdılar. Qala demək olar ki, tamamlanmışkən, böyük bir dalğa gəlib qalanı pozdu. Hər şey, bir anda yaş bir qum yığınına çevrilmişdi.
Bütün əziyyətlərinin bir anda gözlərinin qarşısında yox olduğunu görən uşaqların göz yaşlarına boğulmalarını gözləyirdim. Amma uşaqlar məni çaşdırdı. Ağlamaq yerinə, ikisi də qalxıb əl-ələ tutdular və gülərək sahildən bir az daha uzaqlaşıb yeni bir qala düzəltməyə başladılar.
Uşaqların, o anda mənə əhəmiyyətli bir dərs öyrətdiklərini anladım. Həyatımızdakı hər şey, yaratmaq üçün üzərində çox zaman və enerji sərf etdiyimiz hər qarışıq quruluş, əslində qumdan hazırlanmışdır.Tez ya da geç, bir dalğa gəlib, qurmaq üçün sıx səy sərf etdiyimiz işləri anında məhv edə bilər. «Belə bir vəziyyət qarşısında isə, yalnız yanında tutacaq bir əli olan insan gülümsəyə bilər....»


Davamı →

Həqiqi dost | Oskar Uayld

Günlərin bir günü səhər Qoca Su Siçanı başını yuvasından çıxartdı.  Onun xırda kinli gözləri, qısa tikanlı bığları vardı və quyruğu bir qədər qara rezinə bənzəyirdi. Gölməçənin içində sarıbülbülə bənzəyən balaca ördək balaları üzməyə çalışırdılar; Ana Ördək isə təmiz ağ rəngdə idi, qırmızı ayaqları vardı və balalarına suya necə baş vurmağı öyrətməyə çalışırdı.
Ana Ördək balalarına deyirdi:
-         Başınızı suya vura və orda saxlaya bilməsəniz heç vaxt mötəbər cəmiyyətdə yaşaya bilməzsiniz.


Ardı →

Dostluq

Bir gün padşah öz saray əhli ilə ovdan qayıdanda, çay kənarında bir adam görür. Adam oturub boş aş süzəni suya salır, çıxardır, aş süzəndəki su süzülür və yenə eyni ilə təkrar edir. Hadisə padşaha çox maraqlı gəlir. Vəziri göndərib adamı yanına çağırtdırıb ondan niyə belə etdiyini soruşur. Adam deyir, aş süzən mənim həyatımdır, süzülən su isə həyatımdan gəlib keçən dostlarımdır. Kimi ölüb, kimi vəfasız çıxıb kimi də dostluğunu davam etdirə bilməyib. Padşah adamdan dostluqda bu qədərmi vəfalı olduğunu soruşanda adam cavab verir, bəli mən vəfalıyam. Padşah adama dostluq təklif edir. Adam padşahın dostluğunu qəbul edib onunla saraya gedir. Belə illər keçir və dostluq günü-gündən möhkəmlənir.
Ardı →

Dostluq

Dostluq həyatın ən gözəl anlamıdır.O qədər dəyərli bir münasibətdir ki...Sözlərlə anladılması çətindir.Bunu qorumaq üçün sidq ürəkdən çalışmaq lazımdır.Dostlarınla gözəl münasibət qur.

Dünyada eyibsiz adam ola bilməz,lakin sən mərd ol,mərd adamda çox da nöqsan olmaz.Namərdlə dostluq etmə,namərd dostdan xeyir gəlməz.Badə dostlarını dost hesab etmə,çünki onlar qədəhi üstün tuturlar,səni yox.Dostun yaxşısı da olar,pisi də,hər ikisi ilə dostluq et,yaxşıları ilə ürəkdən dostluq et,pisləri ilə dildə dost ol.Beləliklə,hər iki tərəfin dostluğu təmin edilmiş olar.Ehtiyac həmişə yaxşı dostlara düşməz,elə vaxt gələ bilər ki,pis dostlara da adamın işi düşə bilər.Hərçənd yaxşıların yanına getmək pislərin yanında hömətini azaltdığı kimi,pislərin yanına getmək yaxşıların yanında hörmətini azaldar,lakin sən yaxşıların yolu ilə get ki,hər iki dəstənin dostluğu sənə nəsib olsun.Amma heç vaxt axmaq adamlarla dostluq etmə,çünki axmaq dost öz dostluğu ilə elə şeylər edər ki,yüz ağıllı öz düşmənçiliyi ilə onu edə bilməz.
Ardı →

Dostluq

Müharibənin ən ağır anı idi. Bir əsgər dostunun qan içində yerə yıxıldığını gördü. Əsgər tez komandirin yanına gəlir və deyir:
— Komandir icazə verin gedim dostumu gətirim.
— Dəli olmusan?! Getməyə dəyməz. Dostun dəlik-deşik olub, bəlkə də ölüb. Öz həyatını təhlükəyə atma!
Əsgər israr edirdi, sonra komandir əsəbləşərək deyir: — Yaxşi, get. Necə olursa əsgər yaralanmiş dostunu yıxıldığı yerdən gətirə bilir. Birlikdə qayıtsalar da dostu ölür. Komandir əsgərə deyir:
— Sənə dəyməz demişdim.Dostun sonda öldü, öz həyatını boş yerə təhlükəyə atdın, dəyərdi buna?
— Dəyərdi, komandir, dəyərdi. Mən onu gətirəndə o hələ ölməmişdi.Onun son sözləri mənim üçün dünyaya dəyərdi.
«Son sözü nə oldu?»-deyə komandir soruşur. Əsgər isə hıcqıraraq dostunun son sözlərini təkrarladı.
— MURAD, GƏLƏCƏYİNİ BİLİRDİM…
Davamı →