Dua və Qurandan dualar

YUSİF ƏLEYHİSSƏLAMIN QARDAŞLARININ ÖZ ATALARINDAN KÖMƏK İSTƏMƏSİNİN İZAH OLUNMASI
Şirklə dolu dualarda Allahdan başqasını çağıran (onlara yalvarıb-yaxaran) şəxslər özlərinin bu əməllərinə görə hər hansı bir sübuta sahibdirlər? Onlar avam insanları aldatmaq üçün dəlil adı altında özləri üçün bir bəhanə uydurmuşlar. Bəzən Həzrət Yəqubun övladlarının onu (yəni Yəqub əleyhissəlamı) çağırdıqlarını və ona dediklərini dəlil gətirirlər: “(Oğlanları ona): “Ey atamız, bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq!” – dedilər. (Yəqub) dedi: “Mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. …”

Davamı →

Övlad istəyənlər üçün Qurani-Kərimdən gözəl bir dua

Qurani-Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur.
Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.
Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.
Davamı →

İbrahim surəsinin fəzilətləri

“İbrahim” surəsi Quranın 14-cü surəsidir ki, Məkkədə nazil olmuşdur və 52 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim “İbrahim” və “Hicr” surələrini oxuyar, bütlərə pərəstiş edən və etməyənlərin sayının on qatı qədər ona həsənə verilər”. (Tebyan)
Davamı →

Duanı təmiz ağızla etmək lazımdır

Ayətullah Cavadi Amuli əxlaq dərslərindən birində buyurmuşdur: “Rəcəb ayı – istiğfar ayıdır. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Özünüzü istiğfar edərək ətirləndirin”.
İnsan bəzən elə işlər görür ki, bir söz deyir, ya hansısa əməli görür, başqalarının abırını tökmüş olur. Ona görə də Həzrət (s) bizə buyurur ki, günahın pis iyini istiğfar edərək özünüzdən uzaqlaşdırın və ətirli, pak olun.
Davamı →

Ölənlərimiz üçün oxunması faydalı olan surələr

Bir müsəlman ölən zaman ona qüsl verilib kəfənlənməsi və basdırılması başqaları üçün vacib olar. Ancaq bəzi əməllər vardır ki, onları yerinə yetirmək ölü üçün müstəhəbdir: sədəqə vermək, dua etmək və Quran oxumaq kimi. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərdə yatan ölülərinizi yaddan çıxartmayın. Ölüləriniz sizdən ehsan ümidindədir. Ölüləriniz məhbusdur və sizin yaxşı işlərinizə rəğbət bəsləyirlər. Onlar bir işi görmək qüdrətinə malik deyildirlər. Siz onlara sədəqə və duanı hədiyyə edin”.
Davamı →

Qızdırmaya qarşı dua

Xanım Fatimeyi-Zəhranın (s.ə)  Allahın Rəsulundan (s) öyrəndiyi  və hər gün səhər və axşam təkrar etdiyi bir dua vardır ki, bu dua qızdırmanın zərərlərini insandan dəf edir.
Seyid İbn Tavus öz kitabında Salmandan nəql edir ki, Xanım Fatimeyi-Zəhra (s.ə): “Bu dünyada yaşadığınız müddətcə qızdırmanın zərərinin sizə toxunmasını istəmirsinizsə, bu duanı oxuya bilərsiniz” deyə buyurub.Dua, “Nur duası” adlanır və o, belədir:

Davamı →

Şeytana qalib gəlməyin yolu

Şeytan görünməyən və haradan gələcəyi bilinməyən bir düşmən olduğu üçün onun hiylə və vəsvəsələrindən Allaha sığınmaq, bizim kimi aciz qullar üçün olduqca önəmli bir xüsusdur.
İnsan üçün şeytandan tamamilə xilas yoxdur. Qurtarılmaq demək imtahan sirrinin yox olması deməkdir, bu da yaradılış hikmətimizə ziddir. Buna görə şeytan həyatı boyunca insana ürcah olar, vəsvəsə verməyə çalışar. Rəsulu Əkrəm (s.ə.s) bu barədə: “Sizdən hər birinizin bir şeytanı vardır” buyurmuşdur. Şeytanın vəsvəsəsi Allahı xatırlamaq və Ondan kömək diləməklə aradan qaldırılar. Fələq surəsinin təfsirində Mücahid deyir ki: “Xannəs olan şeytan ürəyə yerləşər. Allah zikr edildikdə qaçar, ürək qəflətə düşdükdə isə yenidən fəaliyyətə başlayar. Sanki qaranlıq ilə işığın mücadiləsi kimi dayanmadan bir-birinə qarşı mübarizə apararlar. İşıqlığın gəlməsiylə qaranlığın getməsi kimi, Allahı xatırlamaqla da şeytan uzaqlaşar.
Davamı →

Günahların bağışlanması üçün oxunması tövsiyə olunan dua

Məhəmməd Peyqəmbərdən (s) nəql olunan hədisdə günahların bağışlanması üçün hər namazdan sonra bu duanın oxunması tövsiyə olunur:

«Allahummə innə məğfirətəkə ərca min aməli və innə rahmətəkə əvsəu min zənbi. Günahların bağışlanması üçün oxunan duaAllahummə illəm əkun əhlən ən tərhəməni fərəhmətukə əhlun ən təbluğəni və təsəani liənnəha vasiət kullə şəy. Birahmətikə ya Ərhəmər-rahimin». 

Tərcüməsi: «Allahım, sənin məğfirətin mənim əməllərimdən daha ümüdvericidir, sənin rəhmətin günahlarımdan daha genişdir. Allahım, əgər günahlarım böyükdürsə bağışlanman daha böyükdür. Allahım, əgər mən sənin rəhmətinə çatmağa layiq deyilsəm də sənin rəhmətin mənə çatmağa və mənə də şamil olmağa layiqdir, çünkü sənin rəhmətin hər şeyə şamil olar. Səni öz mərhəmətinə and verirəm, Ey mərhəmətlilərin ən mərhəmətlisi!».
Davamı →

Dualar, alqışlar və qarğışlar

Qarğışlar, dualar, alqışlar təbiət, cəmiyyət hadisələrinə münasibətlərində yaranması və etiqadlarının ifadəsidir. Qarşı tərəflərin bir-birlərinə arzu-istəklərini ifadə edən dualar, ümumi şəkildə konkret zaman içində olmaması səbəbindən, andlar etnoqrafiyanın etiket bölməsinə daxil olur.

Yəni dualar zaman və məkandan asılı olmayaraq, birinin başqasına uğur istəyi ilə deyilir, söylənilir. Bu səbəbdən mərasim, mərasim ayini növü ola bilmir. Bununla belə, bir sıra hallarda mərasimlər, ayinlər keçirilən vaxtlarda da, söylənilir. «Kitabi-Dədə Qorqud»da boyların sonluğunda bildirilir ki, igidlərin uğuru, yaxud kafirlər üzərində qələbələr şərafinə mərasimlər keçirilir. Bu mərasimlərdə iştirak edən Dədə Qorqud dualar söyləyir: Yerli qara dağların yıxılmasın! Kölgəlicə qaba ağacın qurumasın. Qamin aqan görkli suyun qurumasın! Qanadların ucları qırılmasın! Ötkən ağ-boz atın büdrəməsin! Çalışanda qara polat üz qılıncın gödəlməsini şərkən ala göndərin ufanmasın! Ağbirçəkli anan yeri behişt olsun! Ağ saqqallı baban yeri uçmaq olsun! Haqq çırağın yana dursun! Qadir Tanrı səni düşməninə möhtac eyləməsin! Axır-sonu ari camaldan ayırmasın! «Amin» deyənlər behişt görsün! Ağ alınanda beş kəlmə dua qıldıq, qəbul olsun! Allah verən ümüdün kəsilməsin! Yığışdırsun-duruşdursun günahınızı adı görkli Məhəmməd Mustafa səni bağışlasın! Oğullar qarındaşdan ayırmasın!


Davamı →