İlin dəbi

Dəb aləmində baş verən ən xırda yenilik belə olduqca maraqlıdır. Xüsusilə dəblə geyinməyi sevənlər üçün. 

Bu il kobudluq zərafət sayılacaq. Belə ki, payız qış mövsümündə sinə dekoltesi olan, tünd və kobud görünüşü olan geyimlər dəbdə olacaq. 

Ayaqqabılarda da bu kobudluq açıq aydın hiss ediləcək. Rəng tendesiyası isə bənövşəyi, qəhvəyi və qaradır. 
Aksesuarlar da diqqətdən kənarda qalmayıb. Bu mövsümdə mirvari yenidən gündəmə gələcək. 

Makiyajda isə dəyişiklik yoxdur — qalın qaşlar, sadə gözlər. 

Saçlara gəldikdə bu il biz qısa və telli saçlara tez-tez rast gələcəyik. Rənglərdə isə klassika heqomunluq edəcək. Qara və şabalıdı.
Davamı →

Dəri pencək kombinləri

Dəri pencək – dəbli, klassik, sport və hər qardirobda olması lazım bir parçadır. Payız və qış fəsillərinin vacib geyimi olan dəri pencəkləri bir çox tərzdə istifadə edə bilərsiniz. Sezona uyğun trendlərlə dəri pencək kombinasiyaları:

Ardı →

Karl Lagerfelddən stil və dəb barədə 7 məsləhət

«Chanel»«Fendi» moda evlərinin kreativ direktoru Karl Lagerfeld dəb sənayesinin ən önəmli fiqurlarından biridir. Özünü fotoqraf, rejissor kimi sınayan, «7L» kitab mağazasının rəhbəri olan alman əsilli dizaynerin şəxsiyyəti qədər geyim üslubu da maraqlıdır. Qara günəş eynəkləri, əlcək, qara Edi Sliman kostyumları 81 yaşlı dizaynerin ağ saçları ilə ahəng yaradır. Müasir dövrdə elə bir dəbli qadın tapılmaz ki, ondan stil və dəb barədə məsləhətlər almaq istəməsin.

Milyonlarla pul xərcləməli deyilsiz

Bahalı geyim həvəskarlarına təəccüblü görünə bilər, amma Lagerfeld müsahibələrinin birində belə deyib: «Bu gün ucuz paltarlarla da şıq görünmək olar. İndi hər büdcəyə uyğun yaxşı dizaynlı paltarlar var». Bir sözlə, stil puldan çox zövqə bağlıdır.

Özünü ifadə et

Lagerfeldə görə, geyim təkcə özünü ifadənin yox, eləcə də dünya görüşünün, ideyanın, mövqeyin də göstəricisidir: «Dəb reallığı dəyərləndirmək üçün geyimlərdə özünü yaradan dildir».

Qara paltar heç vaxt «yetərincə» deyil

«Chanel» dizaynerindən bundan başqa nə gözləmək olardı? Əlbəttə ki, Lagerfeld qara rəngin vurğunudur. Nadir hallarda onu rəngli geyimdə görmək olar. Dizayner kimi qarderobunuzdan qara rəngi əskik etməsəniz, qısa vaxtda şıq və eleqant görünüşə sahib olacaqsınız.


Ardı →

Narıncı dodaq boyası


Keçən yaz olduğu kimi, bu yaz mövsümündə də, narıncı rəng çəhrayı və parlaq boyaların əsas rəqibidir. Bu il sitrus təkcə bu elementin üstünlük təşkil etdiyi ətirlər sayəsində deyil, həm də portağal, naringi, greyfrut rənglərinin üstünlük təşkil etməsi ilə dəbdədir.
Ardı →

Christian Louboutin mövsümlərarası kolleksiyası

Məşhur fransız ayaqqabı brendi Christian Louboutin mövsümlərarası (pre-fall) 2014 kolleksiyasını təqdim edir.

Klassik qayıqşəkilli ayaqqabılar, səndəllər, botilyonlar və uzunboğaz çəkmələr müxtəlif rəng və materiallarda təqdim olunub. Laklı dəridən qara səndəllər kokteyl gecələri, gül naxışlarıyla zəngin qayıqşəkilli ayaqqabılar isə payız gəzintiləri üçün əla seçimdir. Kolleksiyanın ən parlaq modelləri animalist printli botilyonlardır.

Ardı →

Roberto Cavallidən yeni kolleksiya

Yeni mövsümlərarası kolleksiyasında dizayner üstünlüyü “gözəllik və eleqantlığa” verib.

Kavallinin əsas ilham mənbəyi heyvanlar aləmi olub. Muncuq və saçaqla bəzədilmiş ipək geyim, üzərində bəbir printi olan yun kostyum və timsah dərisindən olan qızıl rəngli bayker gödəkcəsi kolleksiyanın əsas nümunələrindəndir.
Kolleksiya dəbdəbə və parlaq obrazı sevənlər üçün nəzərdə tutulub.

Ardı →

Dəbdən düşməyən 8 geyim

Həyatın başqa sferalarında olduğu kimi, dəbdə də əbədi klassika adlandırılan geyimlər mövcuddur.

Onlar insanların dəbə olan şüurunda elə kip oturdular ki, onları oradan artıq heç nəylə çıxartmaq mümkün olmur.

Hər bir modabaza lazım olacaq 8 geyim:

Ardı →

Uqqi modelləri

Uqqilər ayaqları isti saxladığı üçün bir çox qadının vaz keçilməz qış geyimi sayılır. Həm dar cinslərlə, həm də lasinlərlə çox gözəl yaraşır. Neçə ildir ki, təkrar modellər aktual olsa da, bu il dəyişiklik oldu. Zəncirli, iynəli, biserli, muncuqlu stilləri dəbə minib. İddialı geyinməyi sevənlər üçün ən yaxşı uqqi modelləri burda.

Ardı →