Sizin ölkədə eşşək yoxdurmu?

Dişi ağrıyır kimi, bir əli üzündə başını sağa-sola yellədə-yellədə içəri girdi. Bir yandan əlini yanağına vurur, bir yandan da:
— Tüff, rüsvayı-cahan olduq...- deyə deyinirdi.
O, əslində çox nəcib bir adamdır. Qapıdan girər-girməz, salam vermədən belə deyinməsinə çox təəccüb etdim.
— Xoş gəldiniz, — dedim — buyurun, rica edirəm oturun.
— Rəzil olduq, rəzil…
— Necəsiniz?
— Necə ola bilərəm? Biabır olduq… biabır… Yəqin başına bir fəlakət gəlmişdi. Bəlkə də ailəsinə bir bədbəxtlik üz vermişdi...
— Yerin dibinə girdik, məhv olduq...
— Axı nə üçün? Nə olmuşdur?
— Daha nə olacaq. Bir qotur eşşəyi kişiyə iki min beş yüz lirəyə satdılar...
Üzünə diqqətlə baxdım: Yoxsa dəli olmuşdu? Qorxumu gizlətmək istəmədim. Arvadı çağırmaq üçün bəhanə edərək:


Ardı →