Evi həftədə neçə dəfə təmizləmək lazımdır?

Amerika alimləri ev xanımlarına evi tez-tez təmizləməməyi tövsiyə edirlər. Alimlərin fikrinə görə, evin tez-tez yığışdırılması həm ev xanımının, həm də digər ailə üzvlərinin sağlamlığı üçün… ziyanlıdır.

Belə ki, steril şəraitdə yaşan uşaqların immun sistemi daha zəif olur, onların orqanizmi istənilən infeksiya və virusa daha kəskin reaksiya verir.

Kanadada aparılmış digər bir araşdırmada fermalarda və şəhərdə yaşayan uşaqların sağlamlığı müqayisə olunub. Araşdırma göstərib ki, fermalarda sterillikdən uzaq şəraitdə yaşayan uşaqların immun sistemi şəhərdə yaşayan uşaqlarla müqayisədə daha möhkəmdir, onlar daha az xəstələnir, tez sağalır, allergiyalara meyilli olmurlar.

Digər tərəfdən müasir təmizlik vasitələri ev xanımının sağlamlığına da mənfi təsir edir — allergiya və astmanın inkişafınının riskini artırır.
Davamı →