Göyərtiləri uzun müddət necə saxlamalı?


Mətbəxlərdə ən çox israf olan qidalar cəfəri, şüyüd, nanə kimi göyərtilərdir. Bəs göyərtiləri uzun müddət xarab olmadan saxlamaq mümkündürmü?
 
Əvvəlcə bildirək ki, alış-veriş edərkən kiçik dəstələri seçməlisiniz.
Göyərtiləri mütləq soyuducuda saxlayın. Açıqda qalan qidalar təzəliyini itirir və soyuducuda qoxu yaranmasına səbəb olur.
Davamı →

Yorğan-döşəyin sırınması

Azərbaycan ailələrində yorğan-döşək, adətən, yundan hazırlanır. Qoyunun yunu ildə 2 dəfə qırxılır: yayqabağı və payızda. Yayqabağı qırxılan yun uzun və zərif olduğu üçün ondan yorğan salınır. Payızda qırxılan yun isə üstdən qırxıldığı üçün qısa olur, buna güzəm deyilir. Güzəmdən döşək salınır.

Yunun yuyulması və çırpılması
Ev şəraitində yun böyük ləyənlərdə yuyulur. Təzə qırxılmış yun bir gün əvvəldən islağa qoyulur. Bir neçə dəfə çirkli suyu axıdıldıqdan sonra otaq temperaturlu suya hər hansı yuyucu tozlardan bir az töküb yunu onun içində saxlayırlar. Ertəsi gün yunu həmin suda övkələyib yenidən təmiz suya tökür və yuyurlar. Əgər yun çoxdursa, onda ya hissə-hissə yuyur, ya da ayaqlayırlar. Təmiz yuyulmuş yunu bir neçə dəfə soyuq suda yaxalayırlar. Sonuncu dəfə yaxalayanda suya naşatır spirti tökülsə, yun yumşaq olar və tez çırpılar. Yuyulub yaxalanmış yunu torlara yığıb suyu süzülmək üçün asırlar. Sonra yunu quru parçanın üzərinə sərib gün tutan yerdə qurudurlar. Yun çırpılmaq üçün bir qədər nəm olmalıdır.
Davamı →

Kətan paltarları necə yumalı?


Ağ kətan parçadan olan əşyalar asan yuyulsun deyə onları qabaqcadan sabunlayıb bir saat müddətində ilıq suda saxlamaq lazımdır. Sonra suya azca paltaryuyan toz və bir xörək qaşığı sirkə qataraq islatdığınız kətan əşyanı yuyub, soyuq su ilə yaxalayın. Suya çəkdikdən sonra yaxşı olar ki, kətan əşyaları günəşli havada ipə sərib quruluyasınız.

Çox çirklənib rəngi bozarmış paltarları və süfrə-dəsmalı skipidarın köməkliyi ilə ağardıb əvvəlki vəziyyətinə qaytara bilərsiniz. Bunun üçün paltar yuduğunuz ləyənə su töküb paltaryuyan toz və stəkanın üçdə biri qədər skipidar əlavə edərək köpükləndirin.
Davamı →

Çarpayı necə seçilməlidir?

İndi bizə məlum olan çarpayılar qədim misirlilərə yaxşı tanış idi. Avropada isə çarpayılardan 11-ci əsrdən istifadə etməyə başlayıblar.

Mebel mağazalarına gedəndə diqqətli olmaq gərəkdir, xüsusilə də çarpayı seçimində. Çarpayı seçərkən onun yan tərəflərinə və döşəyinə fikir verin. Çarpayının bütün hissələrinə və hətta ən xırda detallarına qədər baxılmalıdır. Yaxşı çarpayı nə cırıldamalı, nə də yırğalanmalıdır. Çarpayının döşək yerləşən çərçivəsi enli olmalıdır ki, döşək yaxşı yerləşsin. Çarpayı isə ağacdan hazırlanmalıdır. Elit çarpayıların çəriçivəsi isə xüsusi ölçülərdə olur. Belə çarpayıların istənilən hissəsini yuxarı qaldırmaq mümkündür.

Çarpayının arxa (baş hissəsi) hissəsi o qədər də əhəmiyyətli olmasa da, o da yaxşı yatmağa kömək edir və gecəyarısı yastığı yerə düşməkdən qoruyur. Çarpayı seçərkən onun ölçüsünə də diqqət yetirmək önəmli məqamlardan hesab olunur. Amma ilk olaraq evinizin ölçüsünü bilib ona uyğun çarpayı seçməlisiniz. Əgər yataq otağınız kiçikdirsə bu zaman asan yığıla bilənlərə üstünlük verməlisiniz. Əks halda otaqda rahat hərəkət etməyinizi əngəllənər. Amma normal yataq otağı üçün çarpayı iri və rahat olsa yaxşıdır.
Davamı →

Xörəyi nədə bişirək?

Emallı qab
Çuqun və dəmirdən hazırlanıb, üzərinə 2-3 lay emal çəkilir. Belə qabda yemək tez yanır və çətin təmizlənir. Bişirməyə başlamazdan əvvəl mütləq bir neçə dəfə soyuq su ilə yaxalanmalıdır. Emalı qopmuş qazanda yemək bişirmək, xüsusən, süd qaynatmaq olduqca təhlükəlidir.

Alüminium qab
Artıq bir çox ölkələrdə bu materialdan olan qablar istifadə olunmur. Qabın tərkibindəki alüminium tədricən yeməyə qarışıb, orqanizmə keçir. Belə qazanın dibinə yemək tez yapışır, təmizlənməsi çətinlik yaradır. Evdar xanımlar qalıqları təmizləmək üçün dəmir sürtgəcdən istifadə edirlər ki, bununla da qazanın dibi cızılır. Cızılmış hissədən alüminium metal tozları asanlıqla yeməyə keçir və insanın bu metalla zəhərlənmə ehtimalını ikiqat artırır. Alüminium qabda borş, süd, kisel bişirmək olmaz. Uşaqlar üçün belə qabda yemək bişirmək qəti qadağandır.
Davamı →

Düyünün keyfiyyətli olduğunu anlamağın 3 yolu

Son illər keyfiyyətsiz, plastikdən hazırlanmış düyülərin bazara ayaq açması haqda çox yazılır. Bəs düyünün təbii, keyfiyyətli olduğunu necə müəyyənləşdirmək olar?

1. Bir stəkan suya bir xörək qaşığı düyü tökün. Əgər düyü stəkanın dibinə çöksə, deməli, bu, keyfiyyətli və təbii düyüdür. Yox əgər suyun üstündə qalsa, bu, düyünün plastikdən hazırlandığını göstərir.

2. Bir ovuc düyünü suda bişirin. Sonra bir plastik qaba tökün və bir neçə gün ərzində günəşli yerdə saxlayın. Düyü kiflənərsə, deməli, təbiidir. Olduğu kimi qalarsa, saxta olduğu mənasına gəlir.
Davamı →

Bişmiş tərəvəzlərin dadını necə artırmalı?

Bişirmə çətin proses deyil və hər kəs bunu bacara bilər. Lakin, tərəvəz yeməklərinə düzgün dad əlavə etmək çətindir. Ət və ya balığı bişirməmişdən əvvəl duzlu suya saldığımız halda, tərəvəzlər təzə şəkildə qaynadılır. Beləliklər, tərəvəzləri necə ədviyyatlı edə bilərsiz?

Bişirmənin və buğa vermənin ənənəvi yolu sevimli bitkiləri və ədviyyatları əlavə etməkdir. Xüsusilə, təzə bitkilər və qurudulmuş ədviyyatlar. Onların aroması (iyi) qaynadılmış tərəvəzlərə əla hopur. Reyhanın intensiv qoxusu var. Onu İtalyan yeməklərinə vururlar. Pendirin, sendviçlərin, salatların və balıq yeməklərinin dadını artırmaq üçün ondan istifadə edə bilərik. Pomidorlu yemək hazırlayırsınızsa, reyhan ən yaxşı seçimdir.

Davamı →

Tül pərdələri ağartmağın yolları

Qaralmış tül pərdələr bütün qadınların ortaq kabusudur. Fərqli kimyəvi yuyucu məhsullar istifadə etmənizə rəğmən tül pərdələrinizi ağarda bilmirsinizsə, sizə məsləhət görəcəyimiz bu üsullar kabusdan xilasınız olacaq. Tül pərdələriniz əvvəlki bəyazlığına qovuşacaq.

— Pərdələri yuyacağınız suyun içinə və ya paltaryuyan maşına 2 yemək qaşığı şəkər tozu əlavə edin.

— Ya da ki pərdələri islağa qoyacağınız suya yumurta qabıqları da əlavə edin, bir az gözlədikdən sonra yuyun.
Davamı →

Meyvə-tərəvəz alarkən nələrə diqqət etməli?

Ərik
Ərik seçərkən ləkəsiz, eyni rəngdə olmasına diqqət edin. Əzik olmasın. Bunlarla yanaşı, qaysının səthi tamamilə quru və forması zədələnməmiş olmalıdır.

Badımcan
Badımcanın qabığı sərt olanların əvəzinə yüngül elastik olanları seçin. Üzərində azca çatlar və ağ ləkələr olan badımcanları almayın. Eyni zamanda, badımcanın saplağı qəhvəyi deyil, yaşıl olmalıdır.
Davamı →

Akvariuma qulluq

Canlı aləmin kiçik bir hissəsinin evinizdə olması nə qədər xoşdur! Lakin heyvan və bitkiləri sevmək azdır. Onlara düzgün qulluq etmək lazımdır.

Akvariumu təmiz və gözəl saxlamaq bacarığınız varsa,ona uyğun balıqları xüsusi saytlardan seçin və alın. Evdə yaratdığınız süni su mühiti sizi stresdən uzaqlaşdıracaq.

Balıqlardan sonra su bitkiləri,filtr,termometr və s. alınmalıdır. Balıqların həyatını uzatmaq üçün akvariumu mütəmadi təmizləmək lazımdır-kiçik akvariumu hər həftə, böyük akvariumu isə ayda bir dəfə. Dekorativ balıqların sahibi akvariumdakı qida artıqlarının təmizliyinə, suyun duruluğuna və balıqların davranışına hər gün fikir verəcək. Qida artıqları balıqlar qidalandırıldıqdan 10 dəqiqə sonra suyun səthindən tor vasitəsi ilə təmizlənir,suyun dibindən isə sifonla.
Davamı →