Evdar xanımların işini asanlaşdıran alətlər

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən elektrik əşyalarının ilkin formalarını yəqin ki, bir çoxunuz heç görməyib. Bu yazımızda sizə əsasən, evdar xanımların həyatını rahatlaşdıran məişət əşyalarının tarixindən bəhs edəcəyik.

— Qadınların mətbəxdə bir nömrəli köməkçisi qabyuyan maşın ilk dəfə 1886-cı ildə Jozefin Kokreyn tərəfindən icad edilib. Lakin maşının işləməsi üçün bol miqdarda isti su lazım olduğundan əvvəlcə müəssisələrdə, 1970-ci ildən sonra isə evlərdə istifadə olunmağa başlayır.

— Müasir dövrdə geniş şəkildə istifadə olunan fen ilk dəfə Fransız saç ustası Aleksandr Gödefoy tərəfindən 1890-cı ildə ərsəyə gətirilib. 1925-ci ildə isə alüminiumdan hazırlanan bu fenə taxtadan qulp qoyulub.

— Tozsoran ilk dəfə Uiliyam Henri tərəfindən 1908-ci ildə icad olunub. Qeyd edək ki, tozsoran 1920-ci illərdə ticarət məqsədilə istehsal edilən ilk modeldir.

— Səhər yeməklərində uşaqların əvəzolunmaz qidası qızardılmış çörəkdir. Çörək qızardan maşın ilk dəfə «Crompton & Company» şirkəti tərəfindən 1893-cü ildə hazırlanıb. 1909-cu ildə isə «General Electric» onu ticarət məqsədilə istehsal etməyə başlayıb.
Ardı →

Ağladan soğan

Soğan indiki vaxtda dünyanın dörd bir küncündə istifadə olunan və dəyişik bir aromaya sahib qidadır. Qatıldığı hər cür yemək və salata ayrı bir dad verir. İçində olan müxtəlif amin turşuları sayəsində bədənə bir çox faydası vardır. Çox xəstəlikdən insanı qoruyur.Bəs yaxşı, bu qədər faydalı və ləziz olan soğanı doğrayarkən niyə gözümüz yanır, yaşarır?

Soğan bəsləyici olması ilə yanaşı super aromatik dada malikdir. Bu aromatik dad içində olan kükürdlü maddələr və sulfid ehtiva edən amin turşulardan qaynaqlanır. Soğanı kəsdiyimiz anda propenylcysteinesulphoxide deyilən qisim həll olaraq proponal S oxit ortaya çıxır. Ortaya çıxan bu turşu gözümüzə dəydiyi anda hiroliz meydana gələr və içində az miqdarda olan sülfrik turşu gözümüzün yaşarmasına səbəb olar.

Bu hadisə çox qısa çəkər və istilik ilə yox olar. Məsələn: bişmiş soğanı doğradığınızda gözünüz yanmaz. Deyilənlərə görə soğanı doğrayarkən edilən bir neçə əməliyyat ilə gözlərinizi qoruya bilərsiniz.

Bu qaydalar belədir:
• Doğramadan əvvəl soğanı yumaq
• Soyulmuş soğanı soyuducuda bir az saxlamaq
• Dil çıxararaq doğramaq
• Bişən yemək yanında doğramaq
• Ağızda çörək yada kəsmə şəkər tutaraq doğramaq
• Doğrayıcı bıçağı soyuq suda yumaq
• Linza taxmaq
• Doğrama əməliyyatı əsnasında ağızdan nəfəs alıb — vermək
• Dəniz gözlüyü taxmaq
Davamı →

Mətbəxdə bıçaqdan istifadə

Mətbəxdə ən çox istifadə etdiyimiz əşyalardan biri də mətbəx bıçağıdır. Lakin bu bıçaqlardan istifadə zamanı bir sıra məqamlara diqqət yetirmək lazımdır. mətbəxdə bıçaqdan istifadə ilə bağlı bir sıra tövsiyyələri diqqətinizə çatdırırıq:

İti bıçaqlar
İnsanlar çox vaxt elə bilirlər ki, bıçaqla iş görərkən yaralanmaların əsas səbəbkarı iti bıçaqlardır. Bu, yanlış düşüncədir. İti bıçaqlardan qorxmayın. Çünki iti bıçaqla hər hansı bir şeyi kəsərkən istifadə olunan güc, xərclədiyiniz enerji minimum olur. Ancaq iti olmayan küt bıçaqlarla işləyəndə daha çox enerji sərfinə daha çox yaralanmağınıza səbəb olur. Kəsəcəyiniz parçaya uyğun bıçaqdan istifadə edin.

Doğrama taxtası
Hər şeydən öncə üzərində iş görəcəyiniz doğrama taxtası çox vacibdir. Onun hazırlandığı material önəmlidir. Uyğun doğrama taxtası istifadə etmək və bıçaqları yumaq əsasdır. Əsasən taxta, bambu və plastik doğrama taxtaları məsləhət görülür. Şüşə, metal, keramika və daşdan hazırlanmış doğrama taxtaları isə bıçaqlarınıza zərər verir.
Ardı →

Zinət əşyalarına qulluq

Zinət əşyalarını xüsusi qutularda və ya hər birini ayrı bir yumşaq parçaya bükülmüş vəziyyətdə saxlamaq lazımdır. Qiymətli daşlar qızıl və platindən daha bərkdirlər, və zinət əşyaları bir yerdə saxlandıqda daşlar metalları cıza bilərlər.

Zinət əşyaları müntəzəm taxıldıqda onların 1 görünüşü korlana bilər. Onları çirkdən və zədələrdən qorumaq üçün hər bir ev işlərini görərkən və həmçinin kosmetik vasitələrdən (krem, losyon, ətir və s.) istifadə edərkən mütləq çıxartmaq lazımdır. Çünki möhkəm zərbə və ya kimyəvi vasitələr hətta ən möhkəm zinət daşlarını belə zədələyə bilər. Çalışın bahalı zinət əşyalarını ancaq xüsusi günlərdə taxasınız.

Adi günlərdə isə gümüş əşyaları və ya bijuteriya taxa bilərsiniz. Yeri gəlmişkən, onlar bəzən gözəllikdə bahalı zinət əşyalarından çox az fərqlənirlər.

Zinət əşyalarınızın öz gözəlliyi və parıltısı ilə sizi hər zaman sevindirməsini istəyirsinizsə, onlara düzgün qulluq edin.

Zinət əşyalarını daim təmizləmək lazımdır. Əgər qızıldan olan zinət əşyalarının rəngi tutqunlaşıbsa, parıltısını bərpa etmək üçün onları naşatır spirti qatılmış (1 stəkan suya 1/2 çay qaşığı naşatır spirti) sabunlu suda, sonra təmiz suda yuyun və yumşaq parça ilə yaxşı-yaxşı silin. Qızıl kulon, zəncir, sırğa, nişan üzüklərini təzələmək və parıltını qaytarmaq üçün onları şəkər tozu (1 çay qaşığı şəkər tozu + 1 stəkan su) qatılmış suda 2-3 saat saxlayın, sonra isə yumşaq parça ilə silin.
Ardı →

Qarışqa hücumuna məruz qaldıqda

Məlumdur ki, yazın gəlişi ilə bir çoxlarımızın evində sarı qarışqaların sayı artır. Onlarla mübarizə üçün bir neçə üsul mövcud olsa da effekt qısamüddətli olur. İlk dəfə bu qarışqalar haqda isveçrə alimi Karl Liney yazmışdır. Bu qarışqa növü əsasən isti yerlərdə məskunlaşır: sobaların arxasında, hamamda, plintusun arxasında.

Aşkar edilmişdir ki, qarışqalar tütün və limon qoxusunu sevmirlər. Duzlunu sevməsələr də şirin onları cəlb edir. Evdar xanımlar limonla hər tərəfi silə bilərlər, lakin qoxu zəifləyən kimi qarışqaların hücumu bərpa olacaq.

Həmişəlik olmasa da bu həşəratları evdən uzaqlaşdırmaq üçün daha bir vasitə var. 2 xörək qaşığı qaynar su, 4 çay qaşığı qliserin, 3 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı bor və xörək qarışıq balı qarışdırın. Kütləni tam həll olana kimi alçaq odda qızdırın. Sonra mayeni balaca qablara töküb qarışqaların toplandığı yerlərə qoyulur.

Lakin ən effektiv üsulu sizə təqdim edirik. Eyni miqdarda yumurtanın sarısını, bor turşusunu və balı qarışdırın. Kütlədən kiçik toplar düzəldin və uşaqların əli çatmayan yerlərə yerləşdirin. Məsələn, soyuducunun, plintusun, mətbəx mebelinin arxasına yerləşdirin. Bu vasitə evinizi həm qarışqalardan, həm də tarakanlardan azad edəcək.
Davamı →

Soyuducuda mikorblar nece yarana bilər

Açıqda qalsa, otaq şəraitində xarab olar deyə əlimizə nə gəldi soyuducuya qoyuruq. Əslində elə şeylər var ki, soyuducusuz da keçinər. Belə ərzaqları soyuducuya qoyduqda keyfiyyəti itir, həm də soyuducuda mikrobların əmələ gəlməsinə səbəb olur. Ərzaqları soyuducuya düzgün yerləşdirmədikdə də mikroblar törəyir. Məsələn, ərzağı alver edilən sellofanlarda soyuducuya qoyuruq. Sellofana bulaşmış bakteriyalar soyuducudakı digər qidalara da keçir.

Qidaların qara rəngli sellofanlara qoyulması məsləhət deyil, çünki həmin sellofanların rəngi çıxdığından orqanizm üçün təhlükəlidir. Yeməklərin soyuducuda saxlanması üçün ağ sellofanlar, çini və şüşə qablar seçilməlidir.

Ərzaqların soyuducuya yerləşdirilməsi aşağıdakı kimidir:

Süd
Süd qutusunun ağzını açmısınızsa, istifadə etdikdən sonra qalan südü mütləq şüşə bankada saxlayın.

Limon
İstifadə etdiyiniz limonların kəsilmiş hissəsini üzü aşağı şəkildə qaba qoyun və soyuducuya yerləşdirin.

Yoqurt
Yoqurtu sulanmasın deyə içində qaşıq saxlamayın, üzərini qaşıqla hamarlayıb uzun müddət saxlaya bilərsiniz.

Banan
Bananı soyuducuya qoymayın. Otaq temperaturunun aşağı olduğu yerlərdə, məsələn, pəncərənin yaxınlığında saxlaya bilərsiniz.

Balıq
Balığı soyuducuda geniş və dayaz qabda saxlayın.

Pendir
Holland pendirini hava keçirməyən plyonkalara bükün ki, qurumasın.


Qoxunu necə yox etmək olar?
Soyuducudakı bütün ərzaqlar ağzıqapalı halda, bir-birinə toxunmaz şəkildə saxlanılmalıdır. Soyuducunun ən isti bölməsi 5-7, ən soyuq bölməsi isə -4 dərəcə olmalıdır. Balaca bir qaba karbonat tökərək soyuducunun bir tərəfində yerləşdirməklə pis qoxunu aradan qaldıra bilərsiniz.

Soyuducuya çoxlu ərzaq qoymayın. Ərzaq çox olduqda hava axını rahat dolaşmır və nəticədə, soyuducu yaxşı soyutmur. Bu üzdən də ərzaqlar xarab olub, mikrob mənbəyinə çevrilir.
Davamı →

Mətbəx taxtasındakı mirkob yuvası

Məbəxlərdə mövcud olan bir əşya var ki,  ABŞ-da aparılan bir təcrübə zamanı bunun heç də sadə bir əşya olmadığı əksinə insan sağlamlığı üçün olduqca təhlükəli bir mikrob yuvası olduğu ortaya çıxmışdır.

Mətbəxlərdə geniş istifadə olunan əsasən üzərində göyərti, meyvə-tərəvəz, ət və s. məhsullar doğradığımız kiçik taxtanın təmizlənmədiyi zaman bir mikrob yuvasına cevrilir.

Mütəxəssislər mətbəxdə istifadə olunan bu taxtanı hər istifadə etdikdən sonra limon, duz və ya  sirkə ilə mütləq təmizlənməsinin vacib olduğunu bildirirlər.

Həmçinin mütəxəssislər taxtanın sadəcə su və kimyəvi yuyucu tozlarla yuyulmasının təhlükəli olduğunu da bildirirlər.


Davamı →

Evinizdəki havanı təmizləyən effektiv bitkilər

Çoxlarımız elə bilirik ki, evimizdəki hava təmizdir. Havada formaldehid, benzol və trixloretilen kimi bəzi kimyəvi maddələr mövcuddur. Mütəxəssislər bütün bu kimyəvi maddələrin birləşərək insanlarda allergik simptomlar əmələ gətirə biləcəyini bildirirlər.

Hər gün nəfəs aldığımız hava müxtəlif (hətta ağlınıza belə gətirmədiyiniz) mənbələrdən çirklənir. NASA (ABŞ-ın Milli Aerokosmik Assosasiyası) tədqiqatlar nəticəsində müəyyənləşdirmişdir ki, 300-dən çox üzvi qarışıq kosmos ətrafında dolanır və yer kürəsi üzərindəki hava təbəqəsini çirkləndirir.

Bundan baska heç bilirsinizmi ki, evinizdəki mebel də nəfəs aldığınız havanı zəhərləyir?


Ardı →

Balıq qoxusundan qurtulmaq

Soyuq aylar balıq yemək üçün ən gözəl zamandır. Ancaq evə çökəcək qoxuya görə bir çox qadın balıq bişirməkdən imtina edir.

Balıq yeməyi nə qədər çox sevilsə də, bişirildikdən sonra evin hər otağına yayılan, yedikdən sonra isə pərdəni belə yumaq məcburiyyətində qalındığı üçün çoxları balıq yeməklərini hazırlamağı sevmirlər. Halbuki hər şeyin bir yolu olduğu kimi evdəki balıq qoxusunu aradan qaldırmanın də bir çox üsulları var.

Evdəki balıq qoxusundan azad olmaq üçün faydalı olacaq bır sıra məlumatlar var. Bundan faydalana bilərsiniz.

Balıqları qızardarkən digər qazın gözündə su içərisinə paltaryumşaldıcısı əlavə edib qaynadın.
Balığı qızardacağınız tavaya ilk olaraq yağla bərabər tərkibinə bir qədər limon sıxın, daha sonra balıqları qızardın. Bu üsul həm də yeməyinizi daha ləzzətli edər.

Balıq qoxusunun evə yayılmasını istəmirsinizsə qızardılan zaman ağızı açıq bir qabın içərisində sirkəli su qaynadın.
Evə yayılan balıq qoxusunu aradan qaldırmaq üçün limonu qazda yandıra da bilərsiniz.

Balığı qızartdıqdan sonra tavanı əvvəlcə soyuq sudan keçirin. Isti suyla yumayın, isti su ilə yumaq qoxunu daha çox evə yayılmasına səbəb olar.
Balığı təmizləmək və sonra onu bişirmək əlinizdə ürəkaçmayan qoxu yaradır. Ondan qurtulmaq üçünsə çox çətindir. Bu qoxunu aradan qaldırmaq üçün dəm çayı sonra isə limonla əllərinizi ovuşdurun.
Davamı →

Ləkəni necə təmizləməli

Paltarları ləkələnməkdən qorumaq çox çətindir. Bəzən çox bahalı paltara düşən kiçik bir ləkə onun tamamilə yararsız hala düşməsilə nəticələnir. Ancaq əksəriyyətiniz yəqin bilmirsiniz ki, hər ləkəni təmizləməyin öz üsulu var.

Üst paltara ləkə əksər hallarda yağ, xörək, konserv, qənd, şərab, meyvə və s. bu kimi yeməli şeylərdən düşür. Qab-qacaqdan diqqətli istifadəniz və yeməyi səliqə ilə yeməyiniz paltarınızı ləkələrdən qoruya bilər. Buna həm özünüz riayət edin, həm də bunu uşaqlarınıza öyrədin.

Paltara ləkə çox vaxt xörək bişirərkən düşür. Buna görə də iş görəndə mütləq önlük taxın. Əxlaq qaydalarına görə, qadın oturarkən paltarını və ya paltosunu qaldırmamalıdır, lakin oturduğu yerin təmiz olub-olmadığını diqqətlə yoxlamaqdan da çəkinməməlidir. Əgər siz geyiminizdə ləkə görsəniz, onu dərhal təmizləyin. Yeni düşmüş ləkəni ilıq su ilə tez təmizləmək mümkündür. Köhnə ləkədən isə güclü təsirə malik kimyəvi vasitələrlə qurtulmaq olar.

Ləkəni təmizləməzdən əvvəl onun nədən əmələ gəldiyini təyin etmək lazımdır. Əgər bu, sizə məlum deyilsə, onda əvvəlcə sabunlu ilıq sudan başlayın. Bir çox ləkələr təzə ikən su ilə təmizlənir. Əskini sabunlu ilıq suda isladıb ləkəli yeri onunla silin. Ləkəni əvvəl soyuq, sonra isə isti su ilə yumaq olar. Lakin yadda saxlamaq lazımdır ki, bəzi parçalarda sudan ləkə qalır. Ona görə də əvvəl suyun təsirini – parça rənglidirsə, onun rənginin çıxıb-çıxmamasını paltarın üstünə tikilmiş parça qırığında yoxlamaq olar.
Sonra parçanı qurudub ütüləyin. Əgər ləkə getməzsə, başqa vasitədən istifadə edin.
Ardı →