Ayaqqabılara qulluq

Ayaqqabını alanda fikir verin ki, ayaqqabı ayağın üst tərəfini sıxmasın, böyük barmaq ayaqqabının burnuna dirənməsin.
Təzə ayaqqabı isti günlərdə ayağı sanki «yandırır». Bu əziyyətdən azad olmaq üçün ayaqqabını içəridən sirkəli su ilə silmək olar.

Ayaqqabı hər gün təmizlənməlidir. Hər rəngli ayaqqabının öz rəngində kremi və ayrı şotkası olmalıdır. Ayaqqabını vaxtaşırı günə vermək və qurut-maq lazımdır.

Ayaqqabıdakı çirk quruyandan sonra onu şotka ilə təmizləyirlər və quru, təmiz əsgi ilə silirlər, sonra krem çəkirlər və yenə şotka ilə təmizləyirlər.

Əgər ayaqqabı islanıbsa, onu nəm əsgi ilə silmək və sıx-sıx qəzet kağızı ilə doldurmaq lazımdır. Qəzet nəmi özünə çəkir və ayaqqabı tədricən quruyaraq, öz formasını saxlayır. Ayaqqabını otaq temperaturunda qurutmaq lazımdır. Heç vaxt nəm ayaqqabını odun yanında, mərkəzi istilik batareyasında, yaxud başqa istilik mənbələrinin yanında qoymayın. Bu hallarda dəri həddindən tez quruyur, büzüşür və çatlayır.

Əriyən qar ayaqqabını korlayır. Qarda gəzəndən sonra ayaqqabınıza yağlı krem çəkin və bir azdan təmizləyin.
Ayaqqabını quru, sərin yerdə saxlamaq lazımdır. Əgər ayaqqabı rütubətli yerdə qalıbsa, kif basıbsa, ona benzin çəkin. Qış gəldikdə su keçirməyən plaşların və kauçukdan olan əşyaların üstünə talk səpin, yay ayaqqabısına krem çəkin.
Gənəgərcək yağı – dəri məmulatları üçün ən yaxşı qidadır. Onu ayaqqabıya çəksəniz, yumşaq və su keçirməyən olur, bununla belə, dərinin parıltısı qalır.
Ardı →

Qidaların qaynadılma müddəti

Toyuq yumurtası (5-15 dəqiqə)
Yumurtanı qaynatmaq üçün soyuq suya atmalısınız. Yumşaq olmasını istəyirsinizsə, 5-15 dəqiqə qaynatmalısınız. Yumurtanın qabığının tez soyulmasını istəyirsinizsə, qaynayan kimi tez soyuq suya salın.

Ardı →

Müxtəlif parçalardan olan paltarları necə yumaq lazımdır?

Yun
Müasir yun parçalar iki kateqoriyaya bölünür: yun və yarımyun. Birincinin tərkibində 90-100% yun var, ikincilərin tərkibində 20-90% yun və lavsan, kapron, yaxud viskoz var. Əgər tərkibin içində 50% süni saplar varsa, onda parçada parıltı və yumrular əmələ gəlir.

Yaxşı olar ki, yun paltarlar bir çox halda əllə, xüsusi vasitələrdən istifadə etməklə yuyulsun. Yun paltar yığılmasın deyə, onu bir az ilıq suda, eyni temperaturda yuyurlar və suya çəkirlər, heç vaxt islatmırlar və burub sıxmırlar.

Axırıncı dəfə yaxalayanda yun yığılmasın deyə, xüsusi kondisionerlər əlavə edin. Rəngi çıxan yun paltarı yuduqda ilıq suya duz və sirkə tökün. Müasir paltaryuyan maşınlarda yun üçün də rejim nəzərdə tutulub, lakin bahalı yun paltarları əllə yusanız daha yaxşı olar. Ümumiyyətlə, çalışın yun paltarları tez-tez yumayın.

Yun paltarı kölgədə astar üzünə sərilmiş halda qurudun. Sviterləri və şalları (pled) daha yaxşı olar ki, xovlu məhrabaların üstünə sərib qurudasınız.

Yun malları gün şüalarının altında qurutmaq qadağandır, lakin onlara təmiz hava lazımdır, odur ki, qarderobunuzun havasını müntəzəm dəyişmək sizin üçün adət halını almalıdır.
Ardı →

Döşəmənin yuyulması

Taxta örtüklü döşəmələrin mühafizəsi üçün bir neçə faydalı məsləhət:
Döşəmələrdə hündürdaban ayaqqabıda gəzməyin;
Giriş qapısının yanında, həm xaricdən, həm daxildən balaca xalçalar qoyun ki, ayaqqabı ilə gətirilən çirk az olsun;
Mebelin altına keçədən ara qatları qoyun;
Ultrabənövşəyi şüalar hər növ taxta döşəmələrin rəng çalarını dəyişir.
Günəş şüalarının döşəmənin ayrı-ayrı hissələrinə təsirini azaltmaq üçün vaxtaşırı xalçaların yerlərini dəyişmək olar. Hazırkı halda pəncərə pərdələri və jalüzlər də kömək edə bilər;

Döşəmələri təmiz saxlayın
Mebelin və ağır şeylərin yerini ehtiyatla dəyişdirin. Onları çevrilmiş xalçanın xırda bir hissəsində tərpətmək məsləhətdir;
Döşəmənin təmizlənməsi üçün vasitəni heç bir vəchlə, bilavasitə döşə-mənin üstünə yox, parçaya tökmək lazımdır.
Boyaq çəkilmiş döşəməni hər gün nəm əsgi ilə silmək olar. Vaxtaşırı suya müasir kimyəvi məhlullardan birini əlavə etmək (miqdarı qablaşmanın üstündə qeyd olunur) olar. Əgər sizdə kimyəvi vasitələrə qarşı allergiya varsa, onda çirklənmiş döşəməni naşatır spirti qatılmış su (1 vedrə suya 2 xörək qaşığı naşatır spirti) ilə yuyun. İndi mağazalarda boyaq çəkilmiş döşəmələrə qulluq etmək üçün müasir vasitələr satılır və onlar yaxşı effekt verir.
Ardı →

Ev təmizliyində nəyə diqqət etməli?

Amerikadakı bir araşdırmada evdəki çirkli yerlər dəyincə diş fırçası qutusu evdəki ən çox üçüncü mikroblu yer seçildi. Bir diş fırçası qutusunda, ümumiyyətlə hamamdakı tualetə yaxın olan yerlərdə mikroblar daha çoxdur. Diş fırçası qabını həftəlik olaraq qab-qacaq maşınında ya da yüksək istilikdə suyla yumaq lazımdır. Daha sonra dezinfeksiya edilmiş bir dəsmalla silə bilərsiniz.

Ev heyvanlarının təmizliyi
Bəli, bəzi ev heyvanları bağçada ya da evin xaricində yaşaya bilər. Lakin evinizdəki çirkli yerlər deyincə heyvanları unutmamaq lazımdır. Heyvanlarla uşaq bir-birlərinə təbii yollardan gözəl bir bağ qura bilərlər. Ancaq ev heyvanlarının tullantıları, tüpürcək və ya təmas yolu ilə uşaqlar üçün bakteriya, virus və parazit yuvası ola bilər. Uşaqlar hər zaman ev heyvanlarına toxunmadan ya da heyvanların oyuncaqlarına dəymədən yemək masasına oturmalıdır. Ev heyvanlarıyla yaxın təmas halında olduqdan sonra əllər yuyulmalıdır.

Soyuducu təmizliyi
Açıq yeməklər, qoxu sızdıran paketlər, dərhal korlanan süd… Evinizdəki ən çirkli yerlər bəzən buralardır. Yəni ola bilər pis şeylər bol bir miqdarda soyuducunuzda uşaqlarınızı gözləyir. Mədə və ishala səbəb salmonella, campylobacter və Norovirüs, mətbəxin ortaq bakteriya və viruslardır.
Ardı →

Üzüm yarpağı

1. Plastmas butulkada üzüm yarpağı 
Bu üsul Azərbaycanda yayğındır. Cavan üzüm yarpaqları yığılır, üç-üç, beş-beş olmaq şərtilə üst-üstə düzülür, və boş plastmas butulkanın içinə salınır. Butulka dolduqca, çubuqla yarpaqların üstünə bastırılır ki, yeni yer açılsın. Buraya nə duz, nə də su vurulur. Butulka dolanda, qapağını sız bağlayıb, butulkanı sərin yeri qoyun. 1 il hətta 2 il belə sərin yerdə qala bilər. Yarpaqlar lazım olduğunda, butulkanı ortadan bıçaqla kəsib ikiyə bölün. Yarpaqları çıxardın. Dolma bişirin.
Ardı →

Şabalıdın təmizlənməsi

Şabalıdın qabığını soymaq üçün aşağıdaki 2 üsuldan birini istifadə edin.

Üsul 1: Şabalıdın yastı tərəfində iti bıçaqla X çərtin. Diqqətli olun, şabalıdın özünü zədələməyin. Bıçaq sadəcə şabalıdın qabığından keçməlıdir.

Ardı →

Dar ayaqqabıların genişləndirilməsi

Biz hamımız bu problemlə rastlaşmışıq. Hər birimiz dar ayaqqabının yarada biləcəyi narahatçılıqları barədə agahıq. Lakin bunu aradan qaldırmağın yolu var.

Dar ayaqqabını açmaq üçün sizə sadəcə fen və qalın yun corab kömək edə bilər.

Sadəcə corabı (bu yalnız 1 cüt olmaya da bilər) ayaqqabı ilə geyinib fenlə dar yerlərdən çəkmək lazımdır. İstilik nəticəsində ayaqqabı boşalır və corabın yaratdığı qalınlığa uyğunlaşır. Bunun nəticəsində dar ayaqqabı boşalır və sizə lazım olan formaya uyğunlaşır.

Bu prosses yalnız dəri ayaqqabı üçün deyil.

İstənilən nəticəni aldıqdan sonra sadəcə ayaqqabını ayaqqabı kremi ilə təmizləyin.
Bu qədər sadə.
Davamı →

Mikrodalğalı sobanın təmizlənməsi

Siz yağlı mikrodalğalı sobanızı təmizləmək üçün rahat və ucuz vasitə axtarırsınız?
O zaman sizin bununla bağlı  bütün suallarınızın cavabı adicə bir  limondadır.

Sobaya hopmuş yağla uzun müddət mübarizə artıq geridə qaldı. Dərhal limondan istifadə edin və məsələnin rahat həllini tapın.
 
İlk növbədə yarısı sıxılmış limonun şirəsini bir boşqab su ilə, təxmini 300 ml, qarışdırın. Sonra isə hazırladığınız məhlulu sobanın içərisinə qoyun və maksimal istilik dərəcəsinə çevirərək 5-10 dəqiqə saxlayın.

Nəticədə buxar sobanın divarlarındakı yağı əridəcək. Sonda isə limon təravəti hopmuş sobanı çay dəsmalı ilə qurulayın. Və budur həm problem həll olundu, həmdə sobanız təmizləndi.
Davamı →