Dadlı kompotun sirləri

1. Dadlı kompotun əsas sirri — meyvələrin çox olmasıdır. Bəzi ev xanımları meyvələrə qənaət edir və bu səbəbdən kompot dadsız alınır.

2. Kompotun bişirilməsi üçün 3-5 l-lik emallı qazan götürmək lazımdır. Allüminium qazanda kompot bişirmək olmaz.

3. Qazanın 1/3 hissəsini meyvə və giləmeyvələrlə doldurun. Bərk meyvələri daha kiçik, yumşaq meyvələri isə daha iri tikələrə doğrayın. Giləmeyvələr bütov istifadə olunur.
Davamı →

Banka və qapaqları necə sterilizə etmək lazımdır?

Ev şəraitində qışa müxtəlif mürəbbə, turşular, kompotlar və s. tədarük edəndə banka və qapaqların düzgün sterilizə edilməsi çox vacibdir. Bu ev konservlərinin uzun müddət ərzində qalmasını təmin edir. Banka və qapaqları sterilizə etmək üçün sizə 2 üsul təqdim edirik.

1. Qaynatmaqla
Bankaları və qapaqları qabyuyan vasitə ilə yaxşı yuyun və yaxalayın. Bankaları qapaqlarla birlikdə enli qazana yığın, üzərinə çıxana qədər su tökün, 10-15 dəqiqə qaynadın. Bankaları istifadə edənə qədər suda saxlayın.
Davamı →