Evlənmək çətin deyil, evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur.Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır.

Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda qadınların şəxsi münasibətlər zamanı yol verdikləri səhvlərdən söhbət gedəcək.Qadınlarımız davranışı ilə sevdiyi kişilərin ən pis xüsusiyyətlərini belə aradan qaldıra bilərlər. Amma, bu o demək deyil ki, münasibətlərdəki bütün problemlər qadınların təqsiri üzündən yaranır və kişilərin öz mənfi cəhətlərini aradan qaldırmağa ehtiyacı yoxdur.
Davamı →

Evlilik haqqında 8 maraqlı fakt


Gəlin paltarı niyə ağ olur?
  — Gəlinlik libasları bütün dövrlərdə ağ rəngdə olmayıb. Tarixdə milli adətlərə görə, mavi, çəhrayı, gümüşü, qızılı, hətta qara rəngli gəlinliklər də mövcud olub. Məsələn Qədim Romada gəlinliklər sarı rəngdə olub. Ağ gəlinliyin tarixi Birləşmiş krallıq və İrlandiya kraliçası Victorianın 21 yaşında Prins Albert ilə toyundan sonra dəb halını alıb. 

Öpərək yuxudan oyandırmaq  — Bu maraqlı həqiqət kişilərin diqqətini çəkir. Səhərləri həyat yoldaşını öpərək oyandıran insanların daha uzun ömürlü olduğu deyilir. Bu ənənə xüsusən də,  kişilər tərəfindən çox sevilir.  
Ardı →

Evlilik?

«Evliliyin ilk beş ili kritikdir», «Dərhal uşaq dünyaya gətirməyin» kimi tövsiyələri eşitməyən, yəqin ki, yoxdur. Bu cümlələr elə hey qurulur, amma evliliyə son həll təklifləri verilmir. ABŞ-da Cornell və Chicago Universitetinin sosioloqları 3 min yetkin üzərində araşdırma aparıb. Bu araşdırmalarda, evliliklərində özlərinə aid ictimai həyatı olmayan insanların evliliklərinin təhlükəyə girdiyi görülüb. Xəbərdə evliliyi qurtarmanın düsturu «insanın insana ilişməsi» olaraq verilib. Evliliyinizdə işlər yaxşı getmirsə, problemləriniz varsa və həll edə bilmirsinizsə, hətta evliliyiniz bitmə nöqtəsinə doğru gedirsə, aşağıdakı sualları özünüzə verin və cavabların sizə ipucunu verməsinə şərait yaradın.
Ardı →

Evlilikdən sonra

İlk günün səhəri bir-birini yataqdan qalxdıqları halları ilə görən qadın və kişi ilk peşmanlıq duyğularını hiss edirlər. Eyni evin içində yaşamağa başladıqdan sonra bir-birlərinin daha əvvəl bilmədikləri dəyişik vərdişlərinə və şəxsiyyətlərindəki anormallıqlara şahid olurlar. Daha əvvəl gözlərində böyütdükləri bu insan zamanla dəyərini itirir və bu vəziyyət qısa müddətdə aralarında soyuqluq yaranmasına səbəb olur. Daxildə bəslədikləri bu mənfi duyğular zaman keçdikcə artaraq davam edir. Aradakı sevgi anlayışı səthi olduğundan, bir müddət sonra sevgi zənn edilən duyğuların zəruri bir vərdiş halına çevrildiyini görürlər.
Davamı →