Amerikan
forumlarının birində bir qız sorğu vermişdi:
«Mən gözəl, şən və ağıllı qızam. Gəliri il ərzində 500 min dollardan az olmayan oğlana ərə getmək istəyirəm.»
Cavan maliyyəçilərdən biri tənbəllik etməmiş və ona əsaslı cavab vermişdi:
«Mən sənin sözlərini böyük maraqla oxudum. Və bunun hamısını belə görürəm.
Mənim kimi oğlan üçün sənin təklifin düzü, pis sövdələşmədi. Əgər qısaca desək, sən mənim pullarımın əvəzində öz gözəlliyini təklif edirsən. Çox gözəl. Axı sənin gözəlliyin solacaq, amma mənim kapitalım ancaq artacaq. Əlbəttə, mənim kapitalımın artması tam dəqiq olmaya bilər, amma sənin gözəlliyinin artmayacağı tam dəqiqdi!
Beləliklə, iqtisadiyyat dili ilə desək, sən — köhnələn aktivsən, mən isə — gəlirli aktivəm. Sən sadəcə köhnələn aktiv deyilsən: sənin dəyərin sürətlə düşür, 10 il sonra sənə heç kim baxmayacaq. Səni almaq (sənin dediyin kimi) — uğursuz biznesdi, buna görə səni icarəyə götürsəm, daha yaxşı olar.
Əgər mənim sözlərim sənə çox sərt görünərsə, düşün, əgər mənim pullarım yox olsa, sən də mənim kimi hərəkət edəcəksən. Belə ki, hüquq üzrə, sənin gözəlliyin solandan sonra mən bu aktivdən canımı qurtarmalı olacam. Bu çox sadədi. Buna görə mənim üçün sərfəli sövdələşmə görüşməkdi, toy deyil.
Ümid edirəm ki, mən sənə kömək etdim. Hə, əgər icarə variantlarını müzakirə etməyə hazır olsan, mənə xəbər et!»
Davamı →